Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı ilə bağlı bəyanat yayıb

Cəmiyyət 07:57 28.03.2025

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) 2025-ci il 25 mart tarixli hesabatında ölkəmizlə bağlı irəli sürülən qərəzli və əsassız iddialarla bağlı bəyanat yayıb. 

"EDnews" xəbər verir ki, bəyanatda hesabatın qərəzli və birtərəfli xarakter daşıdığı xüsusi vurğulanıb, Azərbaycanda dini tolerantlıq mühitinin tarixən təşəkkül tapdığı və bu gün də bütün dini icmalara bərabər şərait yaradıldığı qeyd olunub. Bildirilib ki, ölkədə 900-dən çox dini icma fəaliyyət göstərir, onların təxminən 30 faizi qeyri-müsəlman icmalardır. Bakıdakı pravoslav kilsəsi, katolik kilsəsi, sinaqoqlar və digər dini məbədlər ölkədə dini müxtəlifliyin və azadlığın göstəricisidir. 

Bəyanatda bildirilib ki, hesabatda guya Azərbaycanın dini azadlıqları məhdudlaşdırdığı, qeyri-müsəlman icmalara qeydiyyat verilmədiyi və Qarabağda erməni dini irsinə təhdid olduğu barədə əsassız iddialar reallıqla üst-üstə düşmür. 2023-cü ildə BMT missiyasının Xankəndidə dini və mədəni obyektlərə heç bir zərər dəymədiyini rəsmən bəyan etdiyi xüsusilə diqqətə çatdırılıb. 

Qeyd olunub ki, USCIRF 30 il ərzində Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində məscidləri dağıtmasını və dini abidələri təhqir etməsini tamamilə nəzərə almır. Azərbaycanda dini radikalizmlə mübarizə qanun çərçivəsində aparılır və dövlətin təhlükəsizliyinə yönəlmiş fəaliyyətlər hüquqi qaydada cavablandırılır. 

Həmçinin vurğulanıb ki, Azərbaycan dövləti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə dinlərarası dialoqu və dini tolerantlığı təşviq edir. “Bakı Prosesi” çərçivəsində keçirilən beynəlxalq forumlar, dinlərarası zirvə toplantıları və mədəniyyətlərarası dialoqun dəstəklənməsi bu siyasətin konkret təzahürüdür.

Qərəzli və birtərəfli təqdim edilən bu cür hesabatlar regionda sülh, sabitlik və qarşılıqlı anlaşmaya deyil, gərginliyə və nifrət ritorikasına xidmət edir. Biz bu cür yanaşmanı qətiyyətlə rədd edirik və dünya ictimaiyyətini Azərbaycanın reallıqlarını obyektiv şəkildə qiymətləndirməyə çağırırıq”, - deyə Avropa Azərbaycan Mərkəzinin bəyanatında xüsusi vurğulanıb.

Fatimə Şükürova // EDnews

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı