“Türk Barometri 2024 - Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələri açıqlanıb

Cəmiyyət 10:49 21.04.2025

2025-ci il aprelin 21-də Bakıda, Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk Barometri 2024 - Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Türk Dövlətləri Təşkilatının himayəsində yaradılan Beynəlxalq Türk Akademiyası tərəfindən "Türk Dünyası 2040 Vizyonu" sənədində göstərilən hədəflərə uyğun olaraq, üzv ölkələr arasında hər il "Türk Barometri" adlı genişmiqyaslı beynəlxalq tədqiqat həyata keçirilir. Bu tədqiqatın Azərbaycan üzrə icraçısı Sosial Tədqiqatlar Mərkəzidir.

Ötən il Mərkəzin iştirakı ilə aparılan “Türk Barometri 2024: Türk Dövlətlərində Təhsil Sahəsində Əməkdaşlığa Münasibət” adlı tədqiqatın nəticələrinə dair hesabatda elm adamlarının, müəllimlərin və təhsil siyasətini formalaşdıran şəxslərin baxışları nəzərə alınaraq, Türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıqla bağlı mövcud yanaşmalar təhlil edilib. Bundan əlavə, tədqiqat çərçivəsində ortaq təhsil və elm siyasətinin formalaşdırılması, Türk dövlətləri arasında ortaq tədris proqramlarının hazırlanması, akademik, müəllim və tələbə mübadilə proqramlarının təşkili, elmi tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də təhsil proqramlarının hazırlanması istiqamətlərində birgə əməkdaşlığa dair ictimai meyillər araşdırılıb.

Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər Zalı”nda gerçəkləşən konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri millət vəkili Zahid Oruc, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, türk dövlətlərindən tədqiqat qrupunun üzvləri olan alimlər, təhsil ekspertləri, QHT və media təmsilçiləri iştirak edib.

 

Beynəlxalq konfrans iştirakçılarını salamlayan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri millət vəkili Zahid Oruc bildirib ki, müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın bu cür elmi-sosioloji tədqiqatlarla müəyyən olunmasının Türk dövlətləri arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:

“Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərinin aparılması siyasi elitalarımız, akademik çevrələrimiz və beyin mərkəzlərimiz üçün xüsusi önəm daşıyır. Türk Akademiyasının “Türk Barometri”  layihəsi tarixi bir missiyanı-Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı, bir sözlə Türk coğrafiyasını elmi baxımdan hərtərəfli araşdıraraq və strateji məqsədlər naminə dərindən öyrənərək, gələcəyin yol xəritəsini hazırlayır”.

O daha sonra deyib ki, Milli suverenliklərə yönələn saxta informasiya hücumlarını, kibervətənimizi işğal etmək və beyinləri yumaq cəhdlərini, dezinformasiya təbliğatını Vətən müharibəsi nümunəsində vahid media səngərində aşdığımız kimi, qərbmərkəzli elm və təhsil məkanlarında tarixi şüura, milli mədəniyyətə, dəyərlərə və ənənəvi ailə quruluşuna yönələn hücumları da birgə təhsil, gənclik, ailə siyasəti ilə dəf edə bilərik: 

“Təklif edirik ki, Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın. 

 Qafqazın Konservatoriyası hesab olunan bir məkanda  Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər. Xankəndində qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər”. 

Tədbirin açılış nitqini söyləyən Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev aparılmış tədqiqatın Türk dövlətləri arasında mövcud elm və təhsil əməkdaşlığına dair aktual məsələlərin geniş miqyasda tədqiq olunduğunu deyib. Bu tədqiqatın nəticələrinin uzun illərdir Türk dövlətləri arasında təhsil və elmi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlərin dolğun mənzərəsini müəyyən etməyə imkan yaratdığını qeyd edən Ş.Mustafayev, Türk dövlətlərinin ortaq təhsil və elm siyasətini inkişaf etdirərək regional və qlobal miqyasda daha güclü olmasının zəruriliyini vurğulayıb. Akademik öz çıxışında həmçinin araşdırma nəticələrindən yola çıxaraq təhsil və elm sahəsində əməkdaşlığın sürətləndirilməsi üçün ortaq türk ədəbi dilinin yaradılmasının əhəmiyyəti, ali təhsil diplomlarının və elmi adların qarşılıqlı tanıması və ekvivalentliyi ilə bağlı prosedur qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Çıxışlardan sonra elmi-sosioloji tədqiqatın nəticələri Türk dövlətlərindən olan tədqiqat qrupunun üzvləri tərəfindən konfrans iştirakçılarına təqdim olundu. Türk Akademiyası adından layihənin ümumi koordinatoru professor Əbülfəz Süleymanlı araşdırma nəticələri haqqında geniş məlumat verərək, tədqiqatın Türk dövlətləri elm və təhsil əlaqələrinin çox tərəfli aspektlərini əhatə etdiyini qeyd edib. O, akademik mübadilə proqramları, birgə tədqiqat layihələri və institusional əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş məlumat bazası təqdim etdiyini bildirib.

Azərbaycan tərəfindən Sosial Tədqiqatlar Mərkəzinin eksperti Elmin Nurizadə, Qazaxıstan adından Lev Qumilyov Avrasiya Milli Universitetindən dos. Nurlan Baigabylov, Türkiyə adına Düzce Universitetindən dos. Taner Atmaca və İzmir Demokratiya Universiteti müəllimi dos. Dr. Barış Çağırtkan, Özbəkistan adından Daşkənd Dövlət Nəqliyyat Universitetinin fəlsəfə kafedrasının müdiri Prof. Dr. Jumaniyaz Ramatov və Alisher Novai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin müəllimi dos. Faroqat Fayzieva, Qırğızıstan adından Qırğızıstan-Türkiyə Manas Universitetinin sosiologiya kafedrasının müəllimi Dr. Ali Ünal Türk dövlətlərində təhsil və elm sahələrində əməkdaşlıqla bağlı respondentlərin rəylərini, gözləntilərini və gələcək inkişaf perspektivlərini təqdim etdilər. Təqdimatlardan sonra təhsil siyasətləri, akademik mübadilə proqramları, birgə tədqiqat layihələri və institusional əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı