AMQF 1 illik fəaliyyətinə dair ictimai hesabat verib

Cəmiyyət 16:41 19.05.2025

Mayın 19-da Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyəti 1 illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib.

"EDnews" xəbər verir ki, İdarə Heyətinin sədri Ramil İskəndərli ötən il mayın 15-də keçirilmiş Azərbaycan Milli QHT Forumunun Ümumi Yığıncağının təsisatın həyatında tamamilə yeni səhifə açdığını, keyfiyyət mərhələsi yaratdığını bildirərək deyib: “Etiraf etməliyik ki, güclü ənənələri və əhəmiyyətli tarixi missiyası olan Forum əvvəlki dövrdə xeyli zəifləmiş, iflic vəziyyətinə düşmüşdü. Forumun həyatında müşahidə edilən durğunluq və tənəzzülə son qoyulub, əvvəlki tərkib buraxılıb və struktur ləğv edilib, yeni və çevik idarəçilik mexanizmi yaradılıb. Azərbaycan Milli QHT Forumu ölkə QHT-lərinin çətir təşkilatı kimi öhdəsinə düşən funksiyaları icra etməyə başlayıb, vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan Milli QHT Forumu beynəlxalq miqyasda yaxşı tanınan və qəbul edilən nüfuzlu təşkilatdır. Bu, Forumda birləşən Azərbaycan QHT-lərinin birgə əməyinin nəticəsi, uğur hekayəsidir”.

Toplantıda Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının təsis olunması barədə çağırışına 120 ölkənin yer aldığı Qoşulmama Hərəkatı regionunun 116 ölkəsinin dəstək verdiyi, bu ölkələrin hər birindən aparıcı QHT-lərin iştirakı ilə 2025-ci il aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis olunduğu vurğulanıb. Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə ilk dəfədir, bu Platformanın təşəbbüskarı Azərbaycan Milli QHT Forumudur. Forumun bu Platformanın qurulması üçün ardıcıl və sistemli fəaliyyətini nəzərə alaraq, 116 ölkə tərəfindən yekdilliklə qərar qəbul edilib ki, Platformanın gələn il Baş Assambleyasına qədər ona rəhbərliyi məhz Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri etsin, Ramil İskəndərli müvəqqəti Baş katib seçilib. Gələcəkdə hansı ölkənin təmsilçisinin Platformaya rəhbərlik etməsindən asılı olmayaraq, onun mərkəzi qərargahı Bakıda yerləşəcək.

Ramil İskəndərli bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin bu Platformanın təsis konfransının iştirakçılarına məktubla müraciət etməsi, məktubda Azərbaycan Milli QHT Forumunun fəaliyyətinə yüksək qiymət verməsi böyük fəxrdir”.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Qlobal Cənub QHT Platformasının Qoşulmama Hərəkatının QHT şəbəkəsi adını daşımağa tam haqqı olduğunu qeyd edib: “Bu platformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nə tam uyğundur. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır. Bakıda aparılmış qlobal diskussiyalarda bu məsələlər dönə-dönə vurğulandı. Qlobal Cənub QHT Platformasına rəhbərliyin ölkəmizə həvalə edilməsi, həmin qərar elan olunarkən 116 ölkə təmsilçisinin ayaq üstə qalxaraq alqışlarla bu anı qeyd etməsi Azərbaycanın beynəlxalq arenada moderator və lider kimi artan rolunu vurğulayır”.

Zaur İbrahimli qeyd edib ki, Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib: “QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Artıq inamla deyə bilərik ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər”.

Toplantıda o da vurğulanıb ki, Azərbaycan Milli QHT Forumunun 5 nəfərlik İdarə Heyətinin 2 üzvü son parlament seçkilərində həm də Milli Məclisin üzvləri seçiliblər.

İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Azərbaycan QHT-ləri artıq yeni müstəvidə fəaliyyət göstərir, bunun üçün sağlam iqlim və böyük fürsətlər, yeni, əlçatan imkanlar yaradılıb: “Dövlətin diqqətini və dəstəyini hər yerdə hiss edirik. COP29 Təşkilat Komitəsinin üzvləri sırasına ötən il ilk dəfə QHT-lərdən nümayəndələr daxil edildilər. Azərbaycan QHT-ləri COP29 prosesinə layiqli töhfə vermək üçün əsl fədakarlıq göstərdi. Aparılmış çoxsaylı görüşlər, yaradılan təmaslar, keçirilən tədbirlər səmərəli oldu”.

Toplantıda qeyd edilib ki, Qlobal Cənub QHT Platforması məhz COP29-un qalıcı töhfəsidir. Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyası iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi, COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı. Azərbaycanın təşəbbüslərinin uğuru yeni çağırışlar fonunda qlobal çoxtərəfli əməkdaşlıq formatlarına ehtiyacı göstərdi.

Pərvanə Vəliyeva Azərbaycanın QHT sektorunda son illər ixtisaslaşmanın güclənməsini də təqdir edib: ““Environmental Protection First” Koalisiyasında Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı mübarizə aparan QHT-lər birləşib. Bu Koalisiya Ermənistanın ekoloji cinayətlərini ingilis, Azərbaycan və erməni illərində ifşa edən peşəkar çap xəritəsi və rəqəmsal xəritə ərsəyə gətirib. Bu xəritələr ciddi beynəlxalq reaksiyalar yaradıb. Onlar 2024-cü ilin mayında BMT-nin Keniyada keçirilmiş Vətəndaş Cəmiyyəti Forumunda, sentyabrında Nyu-Yorkda “Gələcəyin Sammit”ində, noyabrında Bakıda COP29 zamanı xarici QHT-lərə paylanılıb. Bu ilin martında BMT-nin Cenevrədəki İnsan Hüquqları Şurasında da bu mövzu diqqətdə saxlanılıb”.

O, Qərbi Azərbaycan istiqamətində də QHT-lərin olduqca fəal iş apardığını, çoxsaylı uğurlar əldə etdiyini bildirib.

İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, ötən qısa dövr ərzində Azərbaycan QHT-lərinin dünyaya bu cür çıxışı, beynəlxalq əməkdaşlığı üçün böyük imkanların açılması həm də QHT-lərin inkişafı siyasətinə məsul olan dövlət qurumlarının böyük zəhmətinin, fədakar xidmətinin nəticəsi sayılmalıdır: “Bunun təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi QHT-lərin inkişafı strategiyası dayanır. Biz dövlət başçının həm andiçmə nitqində, həm parlamentin yeni tərkibi qarşısında çıxışında, həm də yerli televiziya kanallarına müsahibələrində vətəndaş cəmiyyətinə dair konseptual baxışının şahidi olmuşuq. Ona görə də bu gün Azərbaycan QHT-ləri ümumi prosesə töhfə vermək üçün çoxsaylı yeni təşəbbüslərlə çıxış edir, fəallıq göstərir. QHT-lərin müvafiq rəy və təkliflərinin nəzərə alınması bizi sevindirir”.

Azər Allahverənov onu da vurğulayıb ki, Azərbaycan Milli QHT Forumu İctimai şuraların da sağlamlaşdırılmasında maraqlıdır: “Biz müxtəlif qurumlar yanında olan İctimai şuralarla müntəzəm şəkildə görüşlər təşkil edirik, onların öz aralarında da körpülər qururuq. 2024-cü ildən bu yana formalaşmış İctimai şuraların hər birinin sırf sahəyə uyğun profil təşkilatlardan ibarət olması aydın sezilir. Bu, əvvəllər arzu idi, indi reallıqdır. Biz yeni mühitdə İctimai şuralarla əlaqədar neqativ halların kəskin azaldığını da müşahidə edirik”.

İdarə Heyətinin üzvü Xatirə Vəliyeva Foruma üzv təşkilatların yeni vəsiqələrlə təmin edildiyini bildirib: “Biz əvvəlki siyahıları təftiş etdik, orada çoxsaylı qüsurlar aşkarladıq. Ona görə də İdarə Heyəti qərara aldı ki, üzv təşkilatların yeni siyahısı hazırlansın. Hazırda proses davam edir. Foruma üzv təşkilatlar ofisin konfrans zallarından limitsiz şəkildə ödənişsiz istifadə imkanı qazanır. Bu gün Forumun ofisi “QHT Evi”dir, bura hər zaman qaynayır, Foruma üzv təşkilatlar burada çoxsaylı tədbirlər, görüşlər keçirir. Təkcə bu ilin I rübündə Forumun ofisində 60-dan çox tədbir keçirilib. Bu, 2024-cü ildə ofisimizdə keçirilmiş bütün tədbirlərin sayından 2 dəfə çoxdur. Artıq 100-ə yaxın təşkilat yeni üzvlük vəsiqələrini əldə edib, müraciətlərə İdarə Heyətinin iclaslarında baxılır, mərhələli qaydada bu ilin sonuna qədər bütün üzvləri yeni vəsiqələrlə təmin etməyi planlaşdırırıq”.

Toplantıda o da qeyd olunub ki, Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna da ciddi hazırlaşır. Artıq Forumun təşəbbüsü ilə 2025-ci il martın 12-də “WUF13 QHT Koalisiyası” təsis olunub. Hibrid formatda keçirilən təsis konfransına 18 ölkədən 25 xarici QHT qatılıb. Azərbaycan tərəfini Koalisiyada milli QHT-lərin flaqmanı olan Azərbaycan Milli QHT Forumu təmsil edir. “WUF13 QHT Koalisiyası”nın tərkibi getdikcə genişlənir, xarici QHT-lərdən burada təmsil olunmaq üçün çoxsaylı müraciətlər daxil olur. “WUF13 QHT Koalisiyası” hibrid formada görüşləri davam etdirir.

Azərbaycan Milli QHT Forumu QHT-lərlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də iş aparır, ictimai müzakirələr təşkil edir. Yaxın vaxtlarda təkliflər sistemləşdiriləcək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.

Yekunda Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti 1 illik fəaliyyət dövrünün Forum üçün mühüm mərhələnin başlanğıcı olduğunu bildirərək, qarşıdakı dövrdə həm yerli, həm də beynəlxalq miqyasda vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyə davam edəcəklərini vurğulayıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Kərimə" dövləti qurmaq istəyənlərə hökm oxundu
14:06 12.06.2025
"Suriyanın yeni rəhbərliyi ilə danışıqlarda maraqlıyıq"
14:02 12.06.2025
Hindistanda aviaqəza nəticəsində ölənlərin sayı 40-a çatıb
13:56 12.06.2025
“Elmi fəaliyyətlə bağlı qrantlara müraciət tam rəqəmsallaşdırılmalıdır”
13:47 12.06.2025
Hindistandakı aviaqəza "Boeing"-in səhmlərini ucuzlaşdırdı
13:36 12.06.2025
Məleykə Abbazasə repetitorlardan danışdı: "...özlərini reklam edirlər..."
13:24 12.06.2025
Çimərlik mövsümü 15 İyunda başlayacaq
12:48 12.06.2025
Fəxriyyə Xələfova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşür - MÜSAHİBƏ
12:21 12.06.2025
BAEA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edib
12:04 12.06.2025
Sabah 37 dərəcə isti olacaq
11:37 12.06.2025
Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
11:35 12.06.2025
Azərbaycanlı cüdo hakimi ilk dəfə dünya çempionatını idarə edəcək
11:21 12.06.2025
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
10:58 12.06.2025
"İqlim müzakirələrində ziddiyyətlərin aradan qaldırılmasında əsas rolu elm oynayır"
10:54 12.06.2025
"UNEC elmi məqalələrin artım tempinə görə dünyada birinci yerdədir"
10:38 12.06.2025
Göyərtəsində minlərlə avtomobil olan gəmi bir həftədir ki yanır
10:28 12.06.2025
Şimali Koreya - Cənubi Koreya sərhədində səsli təbliğat dayandırıldı
10:08 12.06.2025
Polşa millisinin baş məşqçisi Levandovski ilə münaqişədən sonra postunu tərk edib
09:40 12.06.2025
Günəşin qütblərinin görüntüləri əldə edildi
09:22 12.06.2025
Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?
08:43 12.06.2025
İqlim böhranının insanların sağlamlığına təsiri artır -ÜST
08:29 12.06.2025
"Çelsi" yeni səfər formasını təqdim etdi
07:41 12.06.2025
Messi Klublararası dünya çempionatında iştirak edəcək?
07:35 12.06.2025
İran İsraillə müharibəyə hazırlaşır
06:50 12.06.2025
Aİ Çinin iki bankına sanksiya təklif edib
02:40 12.06.2025
ABŞ Avstraliyaya atom sualtı qayıqların tədarükü sazişinə yenidən baxacaq
00:24 12.06.2025
12 iyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
00:01 12.06.2025
Professor Nazim İmanov: Azərbaycan iqtisad elminin görkəmli siması
16:53 11.06.2025
"Los-Anceles sakinləri çox şanslıdırlar ki, onlara kömək etmək qərarına gəldim"
16:21 11.06.2025
Peru tariflərə görə ümidini Çinə bağlayır
15:42 11.06.2025
Fariz İsmayılzadə: "Bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxmalıyıq"
15:31 11.06.2025
Rusiya İrana nüvə yanacağını ölkədən çıxarmağa kömək edə bilər
15:04 11.06.2025
Arıqlamaq üçün bitki çayları içən gənc komaya düşüb
14:23 11.06.2025
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
14:19 11.06.2025
"ChatGPT" yeni modelini işə salır
13:57 11.06.2025
Rusiya diplomatı XİN-ə çağırıldı
13:18 11.06.2025
Leroy Sane "Qalatasaray"la razılığa gəldi
13:01 11.06.2025
Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
12:24 11.06.2025
Rusiya Ukraynaya 1 200-dən çox hərbçinin meyitini qaytarıb
12:21 11.06.2025
ABŞ "F-35" qırıcılarının alışını iki dəfə azaltdı
10:26 11.06.2025
Hamısı