Özbəkistandan gələn ekspedisiya heyəti BAMF-ın qonağı oldu

Cəmiyyət 19:00 09.07.2025

Bakı bu dəfə elmi, ədəbi və mənəvi baxımdan yaddaş dolu bir görüşə şahidlik etdi. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakıdakı ofisində Azərbaycanla Özbəkistan arasında çoxəsrlik dostluğun, ortaq maarifçilik və siyasi irsin izini süren, təkcə arxiv deyil, qəlblərdə də qovuşan bir ekspedisiya heyəti qarşılandı.

Ənənəvi protokol dilindən uzaq, ədəbi mühitin səmimi nəfəsi ilə baş tutan bu görüşdə Azərbaycanın tanınmış söz adamları – xalq şairi Ramiz Rövşən, “525-ci qəzet”in baş redaktoru, AYB katibi Rəşad Məcid, tanınmış publisist və ESSA-nın sədri Akif Azalp də iştirak edirdi. BAMF prezidenti Umud Mirzəyev öz nitqində bildirdi ki, bu cür təşəbbüslər “sözlə, sənətlə və elmlə” qurulan körpülərin rəsmi diplomatiyadan heç də az əhəmiyyət daşımadığını sübut edir.

Ədəbi-tarixi ekspedisiyanın tərkibi həm elmi, həm yaradıcı zənginliyi ilə seçilirdi. İştirakçılar arasında məşhur tarixçilərdən tutmuş gənc şair və sənət adamlarına qədər bir sıra tanınmış simalar vardı:

- Bahrom İrzayev – repressiya qurbanlarının həyatını öyrənən və ölümsüzləşdirən tarixçi və muzeyşünas.

- Javlon Jovliyev – “Qorxma” romanı ilə ədəbi sükutu pozan, türk dünyasının gənc yazıçısı.

- Rəhmat Bobocan – şair, tərcüməçi, Orxan Pamukun və Ənərin əsərlərini özbək dilinə, həmçinin Azərbaycan ədəbiyyatını türkcəyə çevirən körpü.

- Məsud Xolov – tarixi portretləri ilə tanınan rəssam, sənətində millətin üzünü çəkən fırça ustası.

- Muxtor Asrorov – milli rəqs və teatr sənətinin gənc istedadı.

- Nazimjon Talipov – öz linzası ilə mədəniyyətimizi danışdıran baş operator.

- Fərrux Cəbbərov, Safarali Qurbonov, Abdussattor Cumanazar – özbək mətbuatının, ədəbiyyatşünaslığının və şərqşünaslığının tanınmış nümayəndələri.

BAMF prezidenti qonaqlara fondun Ermənistan-Azərbaycan müharibəsindən sonra apardığı postkonflikt bərpa, humanitar diplomatiya və ictimai yaddaş siyasəti haqqında ətraflı məlumat verdi. Qonaqlar isə öz növbəsində, 1910–1930-cu illərdə Bakı universitetlərində təhsil almış özbək ziyalılarının izlərini tapmaq, “Kömak” cəmiyyətinin fəaliyyətini öyrənmək, Bakıda təhsil almış rəssam və aktyorların arxivlərini axtarmaq istədiklərini bildirdilər.

Söz Ramiz Rövşənə çatanda şair əvvəlcə görüşü təşkil edən BAMF-ın prezidenti Umud Mirzəyevə təşəkkür etdi:

“Umud müəllim təkcə təşkilatçı deyil – o, düşünən, dəyər verən və yaşadan insandır. Onun işi təkcə tədbir keçirmək yox, ruhu bir araya gətirməkdir.”

Daha sonra isə xalq şairi özbək dilinə tərcümə olunmuş əsərlərinin qardaş ölkədə necə qarşılandığını xatırladı və əlavə etdi: “Bizi birləşdirən yalnız tarix deyil, eyni zamanda eyni ağrılar, eyni mübarizələr və eyni qürurdur.”

Rəşad Məcid isə vurğuladı: 

“Belə ziyalıları bir araya toplamaq, ədəbiyyatı, tarixi və dostluğu eyni masa ətrafında birləşdirmək böyük mənəvi güc tələb edir. Umud müəllimə təşəkkür edirəm ki, bu missiyanı uğurla daşıyır.

Bu görüş sıradan bir qəbul deyil – bu, ortaq hafizəmizin yenidən dirçəldiyi anlardan biridir. Bizim Bakımız zamanında yüzlərlə özbək gəncini maarifləndirdi, indi bu tarixi yaşatmaq bizim borcumuzdur.”

 Söz filologiya elmləri doktoru,  Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı Almaz Ülviyə verildi. Almaz xanım çıxışını  BAMF  və onun prezidenti Umud Mirzəyevlə olan xatirələrinə həsr etdi:

    -80-ci illərin sonlarında "Ədəbiyyat qəzetində" çalışırdım. Bir gün dedilər  ki,  publisistika şöbəsinə  gənc bir oğlan gəlir. Saçları ağarmış bir gənc gəldi. Tez bir zamanda Umud müəllim kollektivlə  isinişdi, doğmalaşdı.  Bilirsiniz ki, ədəbi ortamlar səmimiyyəti sevir. O da bizim  ortama uyğun səmimi və doğma insan təsiri bağışlayırdı. Vaxt keçdikcə onun  ədəbi publisistikası ilə də yaxından tanış oldum.  Umud müəllim qısa zamanda istedadı, qabiliyyəti və yüksək mədəniyyəti ilə  hamının hörmətini, sevgisini qazandı.Elə qəzetdə işlədiyi vaxt Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaratdığının müjdəsini verdi.  İlk dəfə fondunun bayrağını rəngli saplarla da  mən toxumuşam. İlk mətbuat konfransı keçiriləndə həmin bayraq yuxarı başda qoyulmuşdu.  1992-ci ilin dekabrnda Prezident Aparatının  Mətbuat xidmətinin rəhbəri Arif Əliyev zəng elədi ki, xarici jurnalistlərlə Qarabağa gedərsənmi?  O dövrdə nəinki jurnalistlərlə, hətta əsgər kimi də  Qarabağa getməyə hazır idim. Razılıq verdim,  10-12 nəfərlik  bir qrup şəklində yola düşdük.. Sonradan başa düşdüm ki, bu səfəri məhz Umud müəllim təşkil edib. Gecə saat 1-də Füzulinin Aşağı Əbdürrəhmanlı kəndinə çatdıq. Gecəni Umud müəllimgilin ata evində qalası olduq. Evlərdə işıqlar söndürülmüşdü, çünki hər dəqiqə ermənilər, atəş aça,  hücum edə bilərdilər. Umud müəllim atası bizi görüb çox sevindi. Heç yadımdan çıxmaz, hündür kişi idi, tez gedib iribuynuzlu bir qoçu gətirib qonaqların ayağının altında kəsdi.  Xanım ana  da çörək bişirmək üçün çır-çırpı yığmağa başladı. Baxdım ki, bir  təknə çörək var. Dedim, o  qədər çörək var, təzədən bişirməyə nə ehtiyac var? Xanım ana qayıtdı ki, ayıb deyilmi, qonağın qarşısına köhnə çörəkqoyarlar?! Nə isə, gecəynən təndir qalandı, xəmir yoğruldu, qonşuluqda yaşayan qızını da ( red: ya bacısı anlaşılmır) çağırdı, səhərəcən, qoç soyuldu, qazanlar asıldı, çörək bişirildi. Qonaq-qaraya süfrə açıldı, yemək yeyildi. İpək yorğan-döşəklər açıldı, qonaqlar üçün yer hazlrlandı. Qonaqlar bilməsə də, biz ipək yorğanların qədir-qiymətini yaxşı bilirdik. Dediyim odur ki, Umud müəllimin valideynləri ən dar məqamda belə öz qonaqpərvərliklərini unutmadılar. 

Səhər Dilağarda  kəndindəki strateji yüksəkliklərə qalxdıq. Postda xidmət edən əsgərlərin vəziyyəti yaxşı deyildi, ərzaq çatışmırdı. Silah-sursat sarıdan da sıxıntıları var idi. Hətta əsgərlərdən biri dedi ki, topumuz var, mərmimiz yoxdu, ermənilər topun lüləyini görüb çəkinir, hücuma keçmirlər. Umud müəllim rayon rəhbərliyi ilə görüşüb lazımi şeylərlə əsgərləri təmin elədi. 

Sonra Dördlər kəndi deyilən balaca bir kəndə getdik. Dedilər, nahaq bura gəlmisiniz, bu kəndi  ermənilər mühasirəyə alıblar. 15-20 əsgər var idi, bir də üç-dörd  qadın. Qadınlar kənddə olan inəkləri sağıb birtəhər əsgərləri yeməklə təmin edirdilər. Xülasə, vəziyyətin ağırlığını nəzərə alaraq, əsgərlər maşınımızı ağac budaqları ilə örtüb  gizli yolla bizi ordan çıxardılar. Bizim rayon mərkəzinə  enəndə eşitdik ki, ermənilər Dördlər kəndində hücum edib, həmin əsgərləri qətlə yetiriblər. Yəni belə bir çətin  şəraitdə səfərimiz keçdi. Ağrılı məqamlarla yaddaşımıza həkk olundu. Bakıda Umud müəllimin təşkilatçılığı  və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirildi, rəsmi səviyyədə bəyanat imzalandı. 

Yəni, Umud müəllimlə təkcə iş yoldaşı yox, belə demək mümkünsə, həm də cəbhə yoldaşı olmuşam. Hər yerdə onun mərdliyinin, vətənpərvərliyini, insanpərvərliyini görmüşəm. O, doğurdan da, vətənə layiqli bir övlad, şəxsiyyət, ziyalıdı. Yəni bizim ordan çıxmagımız da   qismət idi.

  "Ədəbiyyat qəzeti"ndə işləyəndə iki qızı var idi. Bir gün sevincək gəldi ki, oğlum olub, adını Oğuz qoyuram. Sevincli günlərimiz də olub, müharibə illərinə təsadüf edən kədərli günlərimiz də.

Görüşün sonunda ekspedisiya üzvləri BAMF-ın dəstəyi ilə Azərbaycan Milli Arxivi, Bakı Dövlət Universiteti, Teatr Muzeyi və digər elmi-mədəni qurumlarla əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Tərəflər gələcəkdə bu araşdırmaların nəticəsində sənədli film, sərgi və konfransların təşkilinə dair ilkin razılıq əldə etdilər.

Şahlar Ruhi və Gülşən Behbud

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ukrayna müharibəsi: NATO-nun sərhədləri harada bitir? -Analitik Baxış
21:56 09.07.2025
“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Özbəkistandan gələn ekspedisiya heyəti BAMF-ın qonağı oldu
19:00 09.07.2025
"Sərmayə olmadan davamlı enerji təchizatı mümkün deyil”
18:51 09.07.2025
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb
18:36 09.07.2025
"Çelsi" klublararası dünya çempionatından nə qədər qazanacaq?
18:22 09.07.2025
Türkiyədə növbədənkənar prezident seçkisi keçirilməyəcək
18:07 09.07.2025
Tayvan tarixində ən böyük hərbi təlimlərə başlayıb
17:51 09.07.2025
Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Hamısı