Dünya Bankı Qrupu və BMT Uşaq Fondunun (UNICEF) dərc etdiyi "İfrat Yoxsulluğa Son Vermə: Uşaqlar Üzərində bir Araşdırma" adlı hesabata görə, inkişaf etməkdə olan ölkələrdəki uşaqların demək olar ki, beşdə biri frat yoxsulluqdan əziyyət çəkir.
Hesabatda, 2013-cü ildə inkişaf etməkdə olan ölkələrdə uşaqların 19,5 faizinin, gündə orta hesabla 1,90 dollar və ya daha az gəlirə malik ailələrə mənsub olduğu bildirilib. Bu nisbət, böyüklər arasında 9,2 faizdir.
Dünya miqyasında təxminən 385 milyon uşağın ifrat yoxsulluq içində yaşadığı vurğulanan hesabatda Afrika çöllərində yaşayan uşaqların 50 faizdən çoxunun, Cənubi Asiyadakı uşaqların isə 36 faizinin hədsiz yoxsulluq içində həyat uğrunda mübarizə apardığı qeyd edilib.