"Eurasia Diary" xarici KİV-ə istinadla xəbər verir ki, iqlim üzrə Paris razılaşması artıq qüvvəyə minib. Bu sənəd, fəaliyyət müddəti 2020-ci ildə bitəcək Kiot protokolunu əvəzləyəcək.
Paris razılaşması bir il bundan əvvəl imzalanıb. Foruma toplaşan 195 iştirakçı dövlət planetdə orta temperaturun 2 dərəcədən partıq yüksəlməsinə imka verməmək barədə razılığa gəlib. Alimlər hesab edirlər ki, əks halda ekologiya üçün dönməz proseslər baş qaldıra bilər.
Kiot protokolundan fərqli olaraq, Paris razılaşmasına görə, atomosferə buraxılan zərərli tullantıların həcminin azaldılması öhdəliyini iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün dövlətlər öz üzərinə götürür.