"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, Suriyada hökumət qüvvələrinin ölkənin şimalındakı Hələb vilayətinin şərqində yerləşən Cub əl-günbəz məhəlləsinə qarşı təşkil etdiyi hücumda aralarında qadın və uşaqların da olduğu 45 nəfər öldü.
Hələbdəki mülki müdafiə qrupunun mətbuat sözçüsü İbrahim Əbu Leys bildirib ki, hücumda aralarında qadın və uşaqların da olduğu 45 nəfər ölüb, onlarla insan yaralanıb.
Hökumətin son hücumu ilə birlikdə Hələbin şərqində 15 Noyabrdan bu yana ölən mülki vətəndaşların sayı 739-a, yaralı sayı isə 2 min 500-ə qalxıb.