“Azərbaycan və Ermənistan prezidentlərinin görüşün keçirilməsi müsbət haldır. Nəticəsiz danışıqlar belə müharibədən daha yaxşıdır.
Bunu Eurasia Diary-ə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqaz üzrə tədqiqat mərkəzinin işçi qrupunun koordinatoru Aleksandr Skakov deyib.
Onun sözlərinə görə görüş konflikt tərəflərinin istəyilə deyil, vasitəçilərin, ATƏT-in Minsk qrupunun təzyiqilə keçirilib.
“Buna görə də nəticələr əvvəlcədən müəyyən olunmuşdu – heç bir məna daşımayan bəyanatlar: “vəd etdilər”, “istəklərini ifadə etdilər” və s. Tərəflərin güzəştə getmək istəyi və zərurəti yoxdur. Mən Dağlıq Qarabağ konfliktinin nə diplomatik nə də hərbi yolla həlli perspektivlərini görmürəm.
“Sarkisyan açıq şəkildə dedi – “gərginliyin azaldılması üçün addımlar atmağa qərar verdik”. Bu cür razılaşmalar artıq çox olub və onlardan heç biri yerinə yetirilməyib. Bu məsələdə kimin günahkar olduğunu tərəflər deyil, beynəlxalq vasitəçilər axtarmalıdır. Təqsirkar tərəfə beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Lakin konflikt zonasında beynəlxalq nəzarətin olması tərəflərin heç biri üçün sərfəli deyil. Axı bu onların əl-qolunu bağlayır. Görünür, burada qeyri-müəyyən “razılaşmalar” deyil, təzyiq göstərilməsi lazımdır.”, deyə A. Skakov bildirib.