ABŞ-Çin ticarət müharibəsi kim qalib gələcək?

Analitika 21:21 08.04.2018

Ekspertlər ABŞ-ın şəksiz üstünlüyünü qeyd edirlər

Bir ay öncə ABŞ Çinə faktiki olaraq ticarət müharibəsi elan etdi. İki tərəf bir-birlərindən idxal etdiyi mallara qarşı yüksək tariflər tətbiq etməyə başladı.

Müşahidəçilər dünyanın iki nəhəng gücü arasında bu cür böyük bir miqyasda iqtisadi toqquşmanın son 30 ildə ilk dəfə qeydə alındığını bildirirlər.

Musavat.com xəbər verir ki, iqtisadi ekspertlər savaşın şəksiz favoritinin ABŞ olduğunu söyləyirlər. İlk zərbə də elə məhz ABŞ-dan gəlib. Martın 8-də ABŞ prezidenti Donald Tramp Çindən gətirilən  polad, aliminium və yarımfabrikat mallara 25%-lik gömrük rüsumu tətbiq edib. ABŞ-ın ilk həmləsinə Çin heç bir cavab verməyib.

Martın 22-də Donald Tramp ikinci memorandum imzalayıb. Həmin memorandumla prezident ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzerə Çindən gətirilən 50 milyard dollarlıq həcmdə olan mallara tarif gətirilməsi barədə tapşırıq verib. ABŞ-ın Çindən ildə 505 milyard dollarlıq mal idxal etdiyi nəzərə alınsa, bu, olduqca böyük bir rəqəm sayılır. Prezident bu addımını Çinin intellektual oğurluqla məşğul olması və Çin dövlətinin ölkəyə sərmayə qoyan firmalardan onların texnologiyalarının sirrini qeyri-qanuni olaraq tələb etməsi ilə əsaslandırıb.

120517-Import-Export-Shipping-JustinSullivan2.jpg (59 KB)

Martın 23-də isə Çin cavab tədbirlərini açıqlayıb. Rəsmi Pekin128 adda amerikan mallarına yüksək rüsüm tətbiq edib. Bunların içində meyvə, çərəz, şərab və polad borularla bağlı 120 əmtəə nişanına 15%-lik rüsum gətirilib. 25%-lik rüsum isə donuz əti və aliminium metal məmulatlarına tətbiq olunub. Lakin Çinin cavab zərbəsi sadəcə 3 milyard dollarlıq həcmlə kifayətlənib.

Aprelin 3-də isə ABŞ Çindən 1300 adda əmtəəyə əlavə 25%-lik gömrük rüsumu tətbiq edib. Aprelin 4-də Çin ABŞ-ın 106 adda malını xüsusi rüsuma tutub. Bunların içində ən mühüm olanı soya yağları, təyyarələr, kimyəvi məhsullar və avtomobillər sayılır.

Müharibənin qalibi kim ola bilər?

Mütəxəssislər Çinə qarşı başladılan ticarət savaşında Donald Trampın əlinin daha güclü olduğu qənaətindədirlər. İlk öncə ABŞ iqtisadiyyatının xarici ticarətdən asılılığı cüzidir (ÜDM-in 11,9%-i). Çində isə bu rəqəm 19,2% təşkil edir.

Bundan başqa Çinlə ABŞ arasında ticarət kəsiri olduqca böyükdür - 505 milyard dollara qarşı 130 milyard. Rəqəmlərə baxdıqda 375 milyard dollarlıq Çinin xeyrinə üstünlük görünür. Lakin ticarət müharibələrində bu üstünlük kəsiri daha çox olanın xeyrinə çevrilir.

china_airlines_777_300er_delivery_1500x400.jpg (173 KB)

Çinin ABŞ-a qarşı tətbiq eəcəyi ən təsirli tədbir soyalara gətiriləcək rüsumlar ola bilər. ABŞ-ın 2017-ci ildə dünyaya ixrac etdiyi 23 milyard dollarlıq soya məhsullarının təkcə 12 milyardı Çinin payına dşür. Lakin Çin kənd təsərrüfatında geniş şəkildə istifadə olunan ABŞ məhsulunu əvəz etmək demək olar, mümkün deyil.

Çinin ABŞ “Boinq”lərinə məhdudiyyət gətirməsinin xeyri olmayacağı bəllidir. Belə olan halda rəsmi Pekin onun əsas rəqibi “Aerobus”lara yönəlməli olacaq. Bu isə avropalı təyyarə sənayeçilərinin əlinə qiymət və texnologiya mübadiləsi məsələsində əlavə rıçaqlar verəcək.

Ümumiyyətlə isə ABŞ-ın yüksək texnologiyalı məhsullarına rüsumun tətbiq edilməsinin Çin iqtisadiyyatının özünü sarsıdacağı deyilir. Çinin ABŞ-ın minik avtomobillərinə gətirəcəyi əlavə məhdudiyyət tədbirlərinin də faydasının olmayacağı bilinməkdədir. İlk öncə onsuz da ABŞ avtomobilləri Çin gömrüyündə 25%-lik rüsuma məruz qoyulur. Ikincisi Çinə idxal edilən avtomobillər əsasən Almaniya şirkətlərinin ABŞ-da qurduqları zavodlardan gəlir. Yəni Çin bununla dünyanın 3-cü ən böyük iqtisadi gücü Almaniya ilə üz-üzə gələ biləcəyinin fərqində olmalıdır.

Beləliklə ABŞ-ın ticarət savaşına qarşı Çinin verə biləcəyi təsirli cavab azdır. Lakin Tramp bununla ölkə daxilində, xüsusilə öz baza elektoratında nüfuzunu möhkəmləndirə bilər. Ekspertlər isə savaşın nəticələrini maraqla gözləyirlər.

f04da2db112215fc490b0f.jpg (75 KB)

Onu da qeyd etmək lazımdır ki, Trampın bu cür proteksionist siyasəti həm demokratlar, həm də respublikaçılar tərəfindən ciddi surətdə tənqid olunur. Bu səbəbdəndir ki, prezidentin iqtisadi məsələlər üzrə müşaviri Geri Kon istefaya getməyə məcbur olub. Geri Konun sərt proteksionist tədbirlərin əsas tərəfdarları sayılan ticarət naziri Uilbur Ross və Ticarət üzrə milli şuranın sədri Piter Navarro ilə münaqişəyə düşdüyü xəbər verilir.

Bundan başqa Donald Trampın Çinlə bu tərzdə apardığı ticarət savaşı Konqres üzvlərinin də müqaviməti ilə rastlaşıb. Tramp ABŞ-ın demək olar, bütün aparıcı iqtisadi ekspertləri tərəfindən ciddi şəkildə tənqid edilir.

Politoloqlar ABŞ prezidentinin bu addımını müxtəlif səbəblərlə izah edirlər. Onların fikrincə, Ağ Evin indiki rəhbəri heç də tam olaraq respublikaçı sayılmır. Onun iqtisadi və siyasi baxışları ənənəvi mühafizəkar doqmalarla üst-üstə düşmür.

Məsələn bir çox sağçı siyasətçidən fərqli olaraq ABŞ prezidenti əmlakın dövlət tərəfindən müsadirəsi fikrini bəyənir. Lakin eyni zamanda ucuz işçi qüvvəsi və idxaldan yararlanan transmilli şirkətlərin istəklərinin ziddinə olaraq proteksionizmi qatı şəkildə müdafiə edir. Respublikaçılar üçün isə xarici ticarətə rüsumla müdaxilə etmək az qala küfür sayılır.

gomruk liman.jpg (94 KB)

ABŞ filosofu Corc Lakoff bunu Trampın gəldiyi biznes sahəsi ilə izah edir: “Donald Tramp heç vaxt iş həyatını idxal-ixrac üzərində qurmayıb. O, əsasən otellər, yaşayış binaları, qolf üçün meydançalar, kazinolar tikməklə məşğul olub. Yəni iqtisadçıların dili ilə deyilsə, Tramp qeyri-ticarət sahəsində çalışıb. Tikinti üçün isə idxal o qədər də önəmli sayılmır”.

Lakoff Trampı psixoloji olaraq Amerikanın xırda bizneslə məşğul olan sahibkarlarına, kafe sahiblərinə, bərbərlərə, avtoyuma işlətməçilərinə, hətta doktorlara, hüquqşünaslara aid edir. Xaricdən gələnlərə, ucuz işçi qüvvəsinə nifrətlə baxan ABŞ-ın bu kəsimi üçün proteksionizm bütün bəlalarının tək əlacı sayılır. Məhz bu kəsimlər D.Trampın elektoratının ana qismi hesab olunur. Onun bütün siyasəti də onların istəyinə yönəldilib.

D.Trampın 2016-cı il seçkilərində Hillari Klinton tərəfindən qalib gəlməsi şübhə doğurmayan Miçiqan, Pensilvaniya və Ohayo kimi ştatlarda zəfəri də bunula izah olunur. 1998-2005-ci illərdə bu ştatlar Çinlə aparılan ticarət səbəbindən 20%-lik işçi qüvvəsindən məhrum olmuşdu.(musavat.com)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
Hamısı