Qarabağla bağlı ciddi proses başladı Ordumuz ilk dəfə...

Analitika 15:19 17.09.2018

Bölgəmizdə çox ciddi proseslərin getdiyi və Bakının bu proseslərdə nizamlayıcı və aktiv fəaliyyəti barədə beynəlxalq müşahidəçilərin fikirlərini görməzdən gəlmək olmaz. Xüsusilə, son proseslərin fonunda bu, daha aydın görünür.

Eurasia Diary xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Bakının erməni-daşnak qatillərinin işğalından azad olmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm parada münasibət bildirərkən deyib. Politoloq vurğulayıb ki, iki müstəqil ölkənin rəhbərlərinin iki müstəqil ordunun birgə paradını bir kürsüdən qəbul etməsi nadir hadisələrdəndir:

“Bu paradda hər bir nüans zərgər dəqiqliyi ilə hesablanmışdı və hər birinin xüsusi informasiya yükü vardı. Girişdə məşhur “Çırpınırdın Qara dəniz” türküsü təsadüfən oxunmadı. Türkiyənin “İkinci milli marşı” olaraq qəbul edilən bu mahnının sözləri Əhməd Cavadın, musiqisi Üzeyir bəyindir və Türkiyəyə ithaf olunub. Həmçinin, Türkiyənin Qafqazlarda Azərbaycana hər zaman dəstək verəcəyi mahnının leytmotivindədir.

Digər və ən mühüm məqamlardan biri: Diqqət etdinizsə, Prezident İlham Əliyev əsgərlərin rəsmi salamlanması – yəni paradın açılış əmrini də Prezident Ərdoğanla birgə verməyi qərara almışdı. İki dövlətin, iki prezidentin bu qədər yaxın olduğu haqda hər hansı nümunə yoxdur və əslində, Türkiyə-Azərbaycan münasibətləri dünyaya bir dostluq, qardaşlıq nümunəsidir”.

Politoloq bildirib ki, Azərbaycan Prezidentinin bu qədər sıx bir qrafiklə olduqca genişhəcmli və çoxşaxəli siyasi addımları bölgədə proseslərin dinamikasını təsəvvür etmək üçün kifayət edir:

“Sentyabrın 1-dən başlayaraq, Azərbaycan Prezidentinin Rusiya, Orta Asiya, Avropa (Xorvatiya) səfəri, 15 sentyabr möhtəşəm paradı öncəsi Yaxın Şərqin ideoloqlarından sayılan İsrailin Müdafiə naziri Aviqdor Libermanın Bakıya gəlməsi, ardınca qardaş Türkiyənin lideri Ərdoğanın Dağlıq Qarabağla bağlı paradda verdiyi mesajlar və 17 sentyabrda Ordumuzun genişmiqyaslı təlimə başlaması, paralel olaraq, Ərdoğan-Putin görüşü və gələn həftə Rusiya liderinin Azərbaycana gözlənilən səfəri bir çox mətləblərdən xəbər verir. Biz ikinci dərəcəli kimi görünən, əslində isə çox mühüm olan, məsələn, ABŞ dövlət katibi köməkçisinin iqtisadiyyat və biznes məsələləri üzrə baş müavini Brayan Makfitersin, Yaponiya XİN başçısının və s. Azərbaycana səfərini dənəzərə aldıqda, necə aktiv bir zamandan keçdiyimizi təsəvvür edə bilərik”.

A.Camalqızı Azərbaycan Ordusunun genişmiqyaslı təlimdə ilk dəfə olaraq, qarşısına bu qədər açıq məqsəd qoyduğunu da bildirib:

“Bu gün Ordumuz 20 minlik şəxsi heyətlə təlimə başlayıb. Sentyabrın 22-nə qədər davam edəcək təlimlərlə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, “eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək”. Paşinyanın Rusiyada erməni iş adamları, Fransada isə erməni diasporu qarşısında bu vaxta qədər aparılan danışıqların məntiqi ilə qətiyyən uzlaşmayan, Ermənistanın tam işğalçı siyasət yeritdiyini açıq-aşkar bəyan edən açıqlamaları fonunda bu parad, təlim və siyasi-diplomatik görüşlər olduqca böyük əhəmiyyət daşıyır”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı