Un bahalaşdı Çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

Analitika 09:29 08.01.2019
Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi  artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun  növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.
 
Eurasia Diary xəbər verir ki, unun qiymətinin artmasını "Yeni Müsavat”a danışan çörək istehsalçıları da təsdiqləyiblər.
 
Təndir çörəyi satışı ilə məşğul olan kiçik sahibkar bir ay öncə  27 manata aldığı un kisəsini indi 28.50 manata aldığını bildirdi: "50 kiloqramlıq ”Mehriban" unu  27 manatdan 28.50 manata qalxdı, "Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi əvvəl 26 manat idi, sonra 26.50-yə qalxdı, indi də 27.50 manatdır. "Karmen” unu 25.40 manatdan 27 manata qalxdı. Öncəki aylarda 30-40 qəpiklik cüzi artım baş verirdisə, son bir ayda 1 manat bahalaşma oldu".
 
"Gilan Holdinq №1" çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov da təsdiqlədi ki, unun qiymətində son aylar bahalaşma var: ”Bu da bizim işimizə birbaşa  təsir edir, unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməyini istəyirik. Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb. Fikrimcə, səbəb xarici amillərlə bağlıdır. Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük".
 
Ramin Qədirov ile ilgili görsel sonucu
 
Ekspertlər isə unun bahalaşmasına səbəb kimi dünya bazarında baş verən qiymət artımı göstərirlər. Çünki Azərbaycana ərzaq buğdası xaricdən idxal olunur. Unun qiyməti ilə bağlı market və mağazalarda apardığımız müşahidə zamanı bahalaşmanın şahidi olduq. Çəki ilə satılan unun qiymətində 4-5 qəpik, bəzi kağız bağlamalardakı unun qiymətində isə 10 qəpik civarında artım var.
 
İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov açıqlamasında bildirdi ki, bu, dünya bazarında taxılın qiymətində baş verən dəyişikliyə daxili bazarın reaksiyasıdır: "Bu daha çox informativ təsirlərdir. Ticarətlə məşğul olan insanlar hər fürsətdən məharətlə istifadə edirlər. Bundan öncə baş verən qiymət artımlarında da biz bunun şahidi olduq. Qiymət artımında hazırda əsas faktor manatın məzənnəsi ola bilərdi ki, o  da hələ ki sabitdir və yaxın zamanlarda dəyişəcəyi gözlənilmir”.
 
Fikrət Yusifov ile ilgili görsel sonucu
İqtisadçı onu da vurğuladı ki, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır: "Azərbaycanın taxılla bağlı əsas problemlərindən biri də budur ki, əlavə növ taxıl buğdasını xaricdən idxal edirik. Yüksək keyfiyyətli un üçün lazım olan taxılı istehsal edə bilmirik. Ona görə də bizim taxılın keyfiyyəti o səviyyədə deyil ki, bazarın tələbatı onunla ödənilsin. Gərək məhsulun əkininin strukturunda müəyyən dəyişikliklər edilsin. Mən bu mövzuda mütəxəssislərlə də söhbət eləmişəm. Yerli şəraitin də müəyyən təsirləri var. Ancaq bunu  təkcə şəraitlə bağlamaq düzgün deyil. İndi müasir texnologiyalar imkan verir ki, hətta şoran torpaqda belə istədiyiniz məhsulu əldə edəsiniz. Bu mərhələni adlamaq mümkündür. Hazırda bazarlarda satılan yüksək keyfiyyətli unun taxılı xaricdən gətirilir. Ona görə də buğda idxalı çox böyük rəqəmlərlə ifadə olunur. Əsasən Rusiya və Qazaxıstandan idxal olunur”.
 
F.Yusifovun sözlərinə görə, dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı çıxışlarında bu məsələ çox ciddi şəkildə qoyulub: "Kənd Təsərrüfatı Nazirliyinin qarşısında tələb qoyulub ki, taxıl balansında olan vəziyyəti düzəltmək üçün tədbirlər görülsün. Ancaq o proqramların reallaşması nə zaman baş verəcək, bunu  demək çətindir. Digər bir məsələ isə odur ki, çox ciddi investisiya tələb edən bu sahədə iş adamlarının vəsaiti sığortalanmır. Çünki aqrar sığorta məsələsi tam reallaşmayıb. Məsələyə kompleks yanaşmaq lazımdır. Bu işi görən sahibkar öz yatırımını sığortalamaq istəyir. Biz bu sahənin problemlərini həll edib idxaldan asılılığımızı azaltmaq istəyiriksə yüksək keyfiyyətli taxıl əkini üçün hər şəraiti yaratmalıyıq”.
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan son statistik məlumata əsasən, ötən ilin 11 ayında  ölkəmizə 992 353.87  ton buğda idxal olunub və bunun üçün 187 milyon 540 min 920 min ABŞ dolları vəsait xərclənib. Bu rəqəmləri nəzərə alsaq, deyə bilərik ki, bir ton ərzaq buğdası 188 dollara, yəni təxminən 320 manata başa gəlir.
 
Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, 2017-ci ilin 11 ayında  1 milyon 120 min 804.47 ton buğda idxal edilib və bunun üçün  200 milyon 631min 780 ABŞ dolları vəsait xərclənib.  Belə olan halda, buğdanın 1 tonu 179 dollara başa gəlib və bu da manat ifadəsində 304 manata bərabərdir. Buğdanın hər tonuna görə 16 manatlıq bahalaşma sonda unun qiymətində də öz əksini tapır.
 
Artımın səbəbi ötən il dünyada taxıl istehsalının aşağı düşməsidir. Belə ki, Beynəlxalq Taxıl Şurasının məlumatına görə, ötən il avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi.  Əsas taxıl ixracatçılarından olan Rusiyada da taxıl istehsalında geriləmənin olduğu bildirilir. Bütün bunlar həm birbaşa, həm də informativ olaraq unun qiymətinə təsir göstərir. Bunun çörəyin qiymətinə və ya çəkisinə necə təsir göstərəcəyini isə qarşıdakı dövrdə görə biləcəyik.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı