“Qarabağla bağlı gizli proses ...” Yeni planın detalları nədən ibarətdir?

Analitika 14:58 31.01.2019

“Qriqori Karasinin Ermənistana səfərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsirinin olacağını düşünmürəm. Amma mənim fikrimcə, bu səfər son dönəmlərdə ATƏT-in Minsk qrupu daxilində gedən gizli danışıqların tərkib hissəsidir”.

Eurasia Diary-nin verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistana səfərini Teleqraf.com-a şərh edən politoloq Azər Qasımlı belə deyib.

Ekspert xatırladıb ki, bu yaxınlarda Parisdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Zohrab Mnatsakanyanla 4 saat davam edən görüşü keçirilib:

“Bu görüş də ATƏT-in Minsk qrupu həmsədrlərinin müşayiəti ilə baş tutdu. Görüşdən sonra belə bir açıqlama verdilər ki, hər iki dövlət öz xalqlarını sülhə hazırlamalıdır. Bundan sonra gedən proses də sanki bu fikirlərin tərkib hissəsi kimi gəlir. Hesab etmək olar ki, Karasinin də İrəvanda səsləndirdiyi fikirlər bu planın tərkib hissəsidir.

Amma bu planın nədən ibarət olduğunu demirlər. Hələlik plan gizli saxlanılır. Ermənistan mətbuatı da bu haqda çox yazır ki, planın nədən ibarət olduğu açıqlanmır. Bunun Azərbaycanın, yoxsa Ermənistan, yaxud Qərb və Rusiyanın xeyrinə olması da sual altındadır. Görünən budur ki, Qarabağla bağlı gizli proses gedir”.

Azər Qasımlının sözlərinə görə, gizli prosesin nədən ibarət olması haqda ehtimal irəli sürmək üçün bundan əvvəl keçirilmiş görüşlərə və irəli sürülmüş proyektlərə baxmaq lazımdır:

“Məsələn, Praqa, Vyana, Kazan, Davos və digər proseslər bura daxil ola bilər. Amma bu görüşlərə baxanda da bir söz demək çətindir. Çünki hər danışıqlar prosesində yeni məqam yaranırdı. Gah Ermənistanın, gah da Azərbaycanın lehinə olan məqamlar ortaya çıxırdı. Nəticədə proses yeni çalar alırdı, yeni variantlar, ideyalar irəli sürülürdü. Buna görə də indi gedən proses haqda ehtimal irəli sürmək çətindir.

Amma mənim ehtimalıma görə, Qarabağ ətrafındakı 7 rayonun bir hissəsinin Azərbaycana qaytarılması bu prosesin tərkibinə daxil ola bilər. Əlbəttə, bu rayonlar qaytarılmadan Dağlıq Qarabağın statusunun müəyyən edilməsi Azərbaycanın maraqlarına uyğun gəlməyəcək. Buna görə də düşünürəm ki, rayonların bir hissəsinin Azərbaycana qaytarılması mümkün ola bilər. Buna cavab olaraq mümkündür ki, Azərbaycan “Bişkek protokol”una uyğun olan yeni bir sənədə imza atsın. Bununla həm rayonların bir hissəsini qaytarış olacağıq, həm də Minsk qrupu çərçivəsində yeni bir sülh protokolu imzalanmış olacaq. Bu çərçivədə də Qarabağda yaşayan ermənilərin Azərbaycanın suverenliyi altında təhlükəsizliyinin təmin edilməsi onların qazancı olardı”.

Qeyd edək ki, Ermənistana səfər edən Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Ermənistan-Azərbaycan münaqişəsi barədə açıqlama verib. O, indiki məqamda münaqişənin həll prosesinin sürətləndirilməsinin vacib olduğunu iddia edib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı