Həm İrəvana, həm də Moskvaya qulluq etmək istəyirlər - Ekspert | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


Həm İrəvana, həm də Moskvaya qulluq etmək istəyirlər - Ekspert

Ekspert rəyi A- A A+

Ermənistanda yeni-köhnə mövzu tapıblar: Dağlıq Qarabağ Ermənistana biləşdirilsin, ya yox? Təcavüzkar ölkədəki radikallar Dağlıq Qarabağı Ermənistana birləşdirməyi təklif edirlər.

Eurasia Diary xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, həmin radikalların maraqlı məntiqi var:

“Onlar iddia edirlər ki, Dağlıq Qarabağın abxaziyalaşma prosesi baş verə, yəni bölgə Rusiyanın təsiri altına düşə bilər. Əslində bu açıqlama onun etirafıdır ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ separatçıları İrəvanın deyil, Moskvanın təlimatlarını yerinə yetirirlər və bunu Ermənistandakı siyasi güclər də görürlər”.

E.Şahinoğlu qeyd edib ki, Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” ideyasına qarşı elə ilk olaraq yerli separatçılar çıxırlar:

“Separatçılar niyə bu “təklifin” əleyhinə çıxırlar? Çünki həqiqətən həm İrəvana, həm də Moskvaya qulluq etmək istəyirlər, birinin xeyrinə seçim etmək istəmirlər. Bu da bir növ separatçıların balans siyasətidir. Maraqlısı odur ki, bu müzakirələrə baş nazir Nikol Paşinyan qoşulmur. Görünür, hazırda onun əsas hədəfi 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisi”ndə öz adamını bölgədə yerləşdirməkdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...