Nazarbayevin Nur Otanı (Nurlu Vətəni) Bir istefanın izində

Analitika 14:15 26.03.2019

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin istefası hələ də yerli və beynəlxalq mətbuatın gündəmini zəbt edən əsas mövzulardan biridir. Nazarbayevin istefasının əsas səbəbləri və Nazarbayev sonrası Qazaxıstanın taleyi ən çox maraq doğuran suallardır.

 

“Nazarbayev “hələ ki, burdayam” mesajını verdi”

nazarbayev ile ilgili görsel sonucu

 

Əvvəlcə onu deyək ki, Nazarbayev istefa versə də siyasətdən getmədi. Hələ də Qazaxıstan Təhlükəsizlik Şurası və iqtidarda olan Nur-Otan partiyasının rəhbəridir. Nazarbayevin bu postları tərk etməməsinin səbəbi aydındı. O, ölkə siyasətini birdən-birə tərk etsəydi, Qazaxıstan siyasi arenasında böyük boşluq yarana bilərdi və bu şok effektinə səbəb olardı. Ona görə Nazarbayev əvvəlcə  “çiyinlərindəki ən böyük yükü”, prezidentlik postunu tərk etdi və onu ən çox etibar etdiyi siyasətçi Tokayevə əmanət etdi. Parlamenti qızına həvalə etdi və digər səlahiyyətlərini əlində saxlamaqla bir növ vətəndaşlarına və dünyaya “hələki burdayam” mesajını verdi.

Nazarbayev yeri dolmayacaq liderlərdən biridir. O, uzun illər Türkiyə baş naziri və prezidenti olmuş İsmet Paşa kimi sadəcə olaraq “papağını götürüb” gedə bilməzdi. Onun siyasi arenanı tərk etməsi nəticəsində yarana biləcək boşluğu müxtəlif xarici ünsürlər doldura və illərdir böyük inkişaf yolu keçmiş Qazaxıstanın həm iqtisadi, həm də siyasi həyatı üçün ciddi təhdidlər yarada bilərdi. Ona görə də Nazarbayev şok effektiylə deyil, keçid effektiylə, tədricən, yavaş-yavaş ömrünün yarıdan çoxunu həsr etdiyi siyasəti tərk etməyə qərar verdi.

 

Bəs Nazarbayev niyə istefa verdi?

nazarbayev ile ilgili görsel sonucu

 

Yorulmuşdu, həm də çox. Gənclik günlərindən ahıl yaşına kimi siyasi arenalarda həm ölkə daxilində ona müxalif olanlarla, həm də ölkə xaricində onun müstəqil siyasətindən narazı olanlarla illərlə mübarizə aparmışdı. Qocalmışdı, 5 ildir xroniki xəstəlikdən əziyyət çəkirdi və kim bilir bəlkə də səhhətinə arxayın olmayıb öləcəyini düşünürdü. (və ya hələ də bunu düşünür) Nazarbayev heç kimin etməyə cəsarət etmədiyi şeyi etdi, “Ölümündən sonra nələr olacağını görmək üçün istefa verdi”. Belə hesab etmək olar ki, istefasında ilk niyyət bu idi. Doğrudan da hamı kimi ona da maraqlı idi ki, müstəqilliyi və inkişafı yolunda bütün ömrünü həsr etdiyi dövlətin taleyi ondan sonra necə olacaq.

 

Prof.Oktay Tanrısever Nazarbayevin istefa səbəblərini izah edərkən qeyd edir ki, "İstefasının digər bir səbəbi də ölkəsində görmək istədiyi “dəyişim” idi. Nazarbayev yazdığı kitab və məqalələrdən, nitqlərindən də gördüyümüz kimi çox ağıllı və irəli görüşlü bir şəxsiyyətdir. 28 illik prezidentliyindən sonra Mərkəzi Asiya siyasi mədəniyyətinə zidd bir şəkildə tutduğu postda ölməkdən imtina etdi. Öz xoşuna istefa verdi və bunu bir o qədər istəyən də yox idi, tələb edən də. Əksinə onun istefası bir çox vətəndaşlarını və Türk dünyasının aydınlarını məyus etdi".

Prof. Dr. Oktay TANRISEVER ile ilgili görsel sonucu

Ona görə də qeyd edilə bilər ki, Nazarbayev xalqına və bütün Orta Asiya regionuna son reformu edərək getdi. Bu reform demokratikləşməyə keçid idi. Nazarbayev istefasıyla “heç kim əbədi prezident və lider ola bilməz, hətta bir müstəqil dövlətin ilk prezidenti belə” dedi. Nazarbayev bununla həm Qazaxıstan, həm də digər region dövlətləri üçün yeni bir ənənə qoydu. Əgər Nazarbayev ölənə kimi prezident olmamışdısa ondan sonra kim buna cəhd edə bilərdi ki?...

 

Nazarbayev istefasının ilk addımını əslində 2017-ci ildə atmışdı. Prezidentin fövqəladə səlahiyyətlərindən 37-si Nazarbayevin sərəncamıyla parlamentə həvalə edilirdi. Bu çox önəmli fərman idi. Bununla Nazarbayev “prezidentli respublikada güclü parlament” rejiminin yaradılması üçün start vermişdi. Nazarbayevin istefasından sonra isə parlamentin səlahiyyətlərinin daha da artırılması gözlənilir.

 

"Nazarbayev gedişiylə Qazaxıstan üçün yeni bir yol xəritəsi çəkdi. Daha demokratik, daha milli və daha güclü Qazaxıstana gedən bir yol..."

Alev KILIÇ ile ilgili görsel sonucu

 

Türk diplomat, sabiq səfir Alev Kılıç Nazarbayevin istefasından sonra Qazaxıstanda baş verə biləcək siyasi dəyişikliklərə münasibət bildirərkən qeyd edib ki, "Qazaxıstanın daha da demokratikləşəcəyi bizdə şübhə doğurmur. Çünki Qırğızıstan və Özbəkistanda sözügedən demokratikləşmə prosesi artıq başlayıb". 

Bu nöqteyi-nəzərdən qeyd edə bilrik ki, Qazaxıstanda bu proses daha effektiv və intensiv gedəcək. Çünki həm elmi, həm də sosial-iqtisadi durumuna görə Qazaxıstan bu ölkələrdən daha çox inkişaf edib.  Ən maraqlı məsələ Qazaxıstanın Nazarbayevdən sonra xarici siyasət istiqamətidir. Beləki, Nazarbayev Rusiyaya daim yaxın olsa da ABŞ və Avropa ilə sıx əməkdaşlıq etmiş, Çinlə birgə enerji layihələri hazırlamış, ümumilikdə götürdükdə çoxqütblü xarici siyasət yürüdən dövlət formalaşdırmışdı. Tokayevin bu ənənəyə sadiq qalacağı gözləniləndir. Ancaq qeyd etmək lazımdır ki, daha da demokratikləşən və milliləşən Qazaxıstan Rusiyayla çox yaxın qala bilməz".

 

“Nazarbayevin Nur Otanı (Nurlu vətəni)”

nur otan ile ilgili görsel sonucu

 

Nazarbayev hakimiyyətdə olduğu müddətcə öz ölkəsi üçün sözün əsl mənasında “Nur otanı (vətəni) oldu”. Sovet imperializminin əsarətindən xilas olan və “zülmət içində qalmış” Qazaxıstan üçün  Nazarbayevin “Nur Otanı” partiyası müstəqillik üçün başlanğıc oldu.

Nazarbayev  Rusiyaya məxsus Qazaxıstandakı Semey Nüvə Sınaq Stansiyasını bağlamaqla ölkəsinin “nüvə poliqonu” olmaqdan xilas etdi. Nazarbayev ölkəsində mülayim və çağdaş türk millətçiliyinin də əsas dəstəkçisi oldu. O, rusların “tarixdə heç bir qazax dövləti olmayıb” fikrinə qarşı “biz türklər çox böyük millətik” deyərək cavab verməklə yeni milli tendensiyanı başlatdı.

Bununla yanaşı Nazarbayev qazax dilini rəsmi şəkildə birinci dərəcəli dövlət dili elan etdi və qazax pulunun üzərindən rus yazısını çıxartdı. Nazarbayev türk dünyası üçündə əsl ağsaqqal idi. Qarabağ məsələsində digər Mərkəzi Asiya və KTMT dövlətlərinə nisbətən daha həssas davranıb Azərbaycanı açıq bir şəkildə dəstəklədi. Türkiyəylə Rusiya arasında yaşanmış təyyarə problemini bir vasitəçi kimi həll etdi. Qısa zamanda Qazaxıstanı regional lider və dünyada söz sahibi etdi. Qazaxıstana son yaxşılığını da edərək ölkəsini demokratikləşdirmək üçün istefa verdi. Nursultan Nazarbayev öz gedişiylə yalnız ölkəsində deyil, bütün Türküstanda demokratik bir ənənənin başlanğıcını qoydu. İndi daha fərqli Qazaxıstan və daha fərqli Mərkəzi Asiya olacaq.

 

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı