Avropaya gedən yolda son 10% "Rusiya ilə bu məsələdə gərginlik yaşana bilər"

Analitika 16:19 05.04.2019

Ötən gün Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında bildirib ki, münasibətlərimizdə elə bir sıxlıq var ki, mən bunu çox müsbət və siyasi nöqteyi-nəzərdən yaradıcı hesab edirəm. Bu yaxınlarda biz danışıqları onun bütün üç hissəsi üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var.

 

Məmmədyarovun “saziş üçün son 10%” kimi qiymətləndirilən çıxışını Millət vəkili, politoloq Rasim Musabəyov Eurasia Diary üçün şərh edib.

rasim musabəyov ile ilgili görsel sonucu

 

R. Musabəyov bildirib ki, “Bəli, Aİ-la belə bir saziş gözlənilir. Çox guman ki, bu may ayında baş tutacaq. Əslində saziş daha əvvəlcədən planlaşdırılmışdı. Sadəcə, sazişin bağlanmasına mane olan müəyyən çətinliklər gec həll edildi”.

 

Millət vəkili həmçinin əlavə edib ki, sözügedən çətinliklərə Qarabağ problemi və ya insan hüquqları məsələsi daxil deyil. Ümumiyyətlə, bu çətinliklər siyasi və humanitar məsələlərlə əlaqədar deyil, əsasən iqtisadi faktorlar sazişin bağlanmasını gecikdirir. Beləki, məlum olduğu kimi Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü deyil və bu təşkilata üzv dövlətlərə aid olan iqtisadi, ticari öhdəlikləri yoxdur. Məhz bu faktor Aİ-lə iqtisadi əlaqlərin genişləndirilməsinə mane olur.

 

Ukraniya və Gürcüstan ÜTT üzvü olduqlarından, bu dövlətlər Aİ-la Asossasiya sazişi imzalamaqda çətinlik çəkmədilər. Çünki bu dövlətlərlə Aİ arasında iqtisadi öhdəliklər baxımından heç bir fikir ayrılığı yox idi. Ancaq Azərbaycan ÜTT üzvü deyil və Azərbaycanın xarici ticarətlə bağlı qanunları ÜTT üzvü olan dövlətlərin qanunlarından tamamilə fərqlidir. Ona görə də biz Aİ-la hələki ümumi konvensiya imzalaya bilmirik.

 

ÜTT-yə üzv olmaq və ya ÜTT prinsipləri əsasında Aİ-la iqtisadi əməkdaşlıq haqqında saziş bağlamaq təbii ki, mümkündür. Ancaq burada müəyyən çətinliklər yaşana bilər. Belə olan halda Azərbaycandakı banklar, sığorta şirkətləri, “AZAL” və digər şirkətlər üçün yeni hüquqi problemlər yarana bilər. Çünki Azərbaycan bu tipli konvensiyaya girərsə ölkədəki iqtisadi təşkilatlar Avropa və ÜTT standartları əsasında fəaliyyət göstərməli olacaq. Düşünürəm ki, məhz bu məsələlər həll edilmədiyi üçün E. Məmmədyarov Aİ-la 100% deyil, 90% razılaşmanın əldə edildiyini söyləyib. Qalan 10% isə yuxarıda qeyd edilən iqtisadi faktorlarla əlaqədardır.

 

Sözügedən 10% çətinliklər həll edilməyəcək məsələlər deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan məhsullarının 50%-i Avropaya ixrac edilir və illərdir Azərbaycan Aİ arasında səmərəli əməkdaşlıq davam edir. Azərbaycan Avropa dövlətləri üçün əsas enerji mənbələrindən biridir və Aİ bu məsələdə Azərbaycana xüsusi önəm verir. Ona görə də qısa zamanda bu çətinliklərin aradan qaldırılacağını düşünürəm. Hazırda Azərbaycan İqtisadiyyat Nazirliyi və Gömrük Komitəsi bu məsələlər üzəində çalışır.

 

Aİ-la razılaşma çox önəmlidir. Xoş niyyətlə bütün çətinlikəri aradan qaldırmaq mümkündür. Onsuzda biz nə vaxtsa ÜTT-yə üzv olacağıq. Ona görə də çox da gecikmədən Aİ-la saziş imzalanmalıdır. Əgər biz bu məsələni indi həll edə bilsək gələcək də ÜTT-yə daxil olmağımız üçün heç bir maneə olmayacaq.

 

“Rusiyanın Azərbaycanla Aİ arasındakı razılaşmaya münasibətinə gəldikdəysə, rəsmi Moskvanın hər hansısa iradı və ya təzqyinin olacağı gözlənilmir. Çünki Azərbaycandan əvvəl KTMT üzvləri olan Ermənistan və Qazaxıstan Aİ-la bənzər sazişlərə qol çəkiblər. Rusiya onlara bu prosesdə heç bir meneəçilik törətmədi. Bizə niyə mane olsun?” deyə, R. Müsabəyov qeyd edib.

 

Mövzuyla bağlı Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov da öz fikirlərini Eurasia Diary-lə bölüşüb.

Əvəz Həsənov ile ilgili görsel sonucu

 

Ə. Həsənov qeyd edib ki, “Azərbaycan Respublikası artıq uzun müddətdir ki, Avropa İttifaqı ilə imzlayacağı sənədin müzakirəsini aparır. Hökumət "Assosiasiya Razılaşmasını" imzalamaqdan vaz keçdikdən sonra özünün maraqlarının nəzərə alındığı bir sənəd "strateji tərəfdaşlıq" adlı şərti sənədi təklif etdi. Bu sənədin ətrafında aparılan müzakirələr ərəfəsində artıq Ermənistan oxşar sənədi imzaladı. İndi yeganə olaraq Azərbaycan və Belarusiya hər hansı sənəd imzalamamışdı. Azərbaycan Respublikası Şərq tərəfdaşlığı proqramına qoşulan zaman Aİ ilə "enerji təhlükəsizliyi ilə bağlı" ayrıca sənəd imzaladığı üçün heç də digər istiqamətlər üzrə əməkdaşlığa tələsmirdi”.

 

Amma, vəziyyət elə gətirdi ki, ölkənin özü üçün Avropa İttifaqı ilə əməkdaşlıq vacib amilə çevrildi. Hətta Avropa Azərbaycanı insan hüquqları və demokratiya ilə bağlı proseslər üzrə tənqid etsə də Aİ ilə hər hansı adda olmasından asılı olmayaraq əməkdaşlıq müqaviləsi imzalamalı idi. Bu ŞTP əsas şərtidir.

 

Azərbaycan indi islahatlara rəvac verməklə Avropada özünə qarşı tənqidi azaltmaq üçün hər şey etdi. İndi demək olmaz ki, Azərbaycana qarşı insan hüquqları məsələsində ciddi bir təzyiq var. Məhz bu imkandan istifadə edən hökumət danışıqlar prosesini intensiv edib və təbii ki, Avropa Parlamentində seçkilər zamanı bu sənədi imzalamağı və təsdiqə vermələri düzgün taktika olardı.

 

Daxildə buna ciddi maneə yoxdur. Amma, islahatlardan qorxan köhnə məmurların kadr dəyişikliklərinə mane olması mümkündür. Xarici maneə qaçılmazdır. Xüsusən müqavilənin imzalanması ərəfəsində ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsi də ehtimal olunur. Təbii ki, Azərbaycanın Avropa ailəsinə daha yaxın olması istəyi ən çox Rusiyanı qıcıqlandırır. Amma, mənə elə gəlir ki, İlham Əliyev Rusiyanı da neytrallaşdırmağı bacarır və bunun öhdəsindən gələcək. Sənəd mütləq imzalanacaq.

 

Ə. Həsənov həmçinin bildirib ki, “Məmmədyarovun qeyd etdiyi “Strateji Əməkdaşlıq” sazişidir. Bizimlə imzalanacaq “Strateji Əməkdaşlıq” sazişi təxmini olaraq Aİ-nın Ermənistan ilə imzaladağı sazişlə eyni mətndə olacaq. Ola bilsin ki, bizim enerji təhlükəsizliyi ilə bağlı məsələlərimizə daha çox yer verilməsi şərti ilə”. Rusiya ilə bu məsələdə gərginlik yaşana bilər. Xüsusən də ölkədə etirazların alovlanması ilə hakimiyyəti müqaviləni imzalamaqdan çəkindirməyə cəhd oluna bilər. Ancaq, Azərbaycan bu məsələdə tədbirlidir. Çünki, Azərbaycanın əsas iqtisadi partnyoru Avropadır. Azrbaycanın enerji layihələri elə Rusiyanın hegemonlugunun qarşısını almaqda Avropaya ən yaxşı dəstəkdir. Ona görə də Azərbaycan Avropa üçün dəyərli tərəfdaşdır”.

 

Saziş imzalanacağı halda Azərbaycanda bizim hansı kursu – Rusiya və Avropa seçməyimiz barədə cəmiyyətdə gedən müzakirələrə son qoyulacaq. Saziş hakimiyyətə islahatları aparmağa imkan verəcək. Hakimiyyətin mövqeyini möhkəmləndirəcək. Cəmiyyətdə siyasi islahatların aparılmasına imkan verəcək.

 

Nicat İmsayılov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı