"Qarabağın azadlığı üçün sadəcə bir yol qalır" Tofiq Zülfüqarov

Analitika 14:51 08.04.2019

Sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov gündəmi zəbt edən siyasi mövzular və Qarabağ probleminin həlli istiqamətində davam edən danışıqlar barədə Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.

 

T. Zülfüqarov qeyd edib ki, hazırda danışıqlar davam etsə belə real olaraq hər sahədə tərəflər arasında aktiv mübarizə gedir. Mübarizə yalnız hərbi müstəvidə deyil, eyni zamanda diplomatiya, mədəniyyət və informasıya sahələrində də aktiv şəkildə özünü biruzə verir. Nəticədə danışıqlarda irəliləyiş üçün nəinki heç bir zəmin formalaşmır, əksinə sözügedən mübarizə danışıqlar prosesində uğuru əngəlliyir. Lakin bu patalogiya deyil, əksinə təbii haldır. Ona görə də mən dəfələrlə qeyd etmişəm ki, bu problemin danışıqlar yoluyla həlli mümkün deyil. Çünki  münaqişədə olan tərəflər hər biri özünü haqlı hesab edir və geri addım atmaq istəmirlər. Bu halda yalnız və yalnız sülhə məcbur etmə faktoru işə düşməlidir.

 

Vyana görüşlərinə gəldikdəysə, bəli, doğurdan da görüşün baş tutması artıq Ermənistanın danışıqların formatını dəyişdirmək cəhdlərinin iflası idi. Ancaq bir məsələni də qeyd etmək istərdim ki, danışıqların formatıyla bağlı əvvəllər də müxtəlif təkliflər olmuşdu. “Yadımdadır ki, 1998-ci ildə mən xarici işlər naziri olan dövrdə Köçaryan yeni iqtidara gəlmişdi. Və hakimiyyətə yeni gəlməsinə baxmayaraq tez bir zamanda Heydər Əliyevlə Moskvada görüşmək istədiyini bildirmişdi. Moskvadakı görüşdən əvvəl o, Heydər Əliyevlə görüşən zaman əvvəlcə uzun müddət cənab prezidenti təriflədi. O, qeyd etdi ki, Əliev çox uzaqgörən siyasətçidir və ona böyük hörməti var. Köçəryan təriflərdən sonra birbaşa Əlievdən xahiş etdi ki, bu dəfə vasitəçilər olmadan görüş keçirilsin. O, xahişini belə əsaslandırdı ki, görüşdə vasitəçilər onlara mane olur. Nəticədə Moskvada iki prezidetn və iki xarici işlər nazirinin iştirakıyla görüş keçirildi və danışıqların formatıyla bağlı iki tərəfində razılaşdığı yekun qərar qəbul edildi. Bu bəlkə də ermənilərin əsas diplomatik səhvi idi. İndi ermənilər yenidən formatı dəyişmək istəyirlər, ancaq bu mümkün deyil, çünki illər əvvəl məhz onlar bu formatı təklif etmişdilər.

 

Paşinyanın hakimiyyətə gəldikdən bu yana yürütdüyü siyasət ziddiyətlidir. O, bir tərəfdən Qərbə inteqrasiya arzu edir, digər tərəfdənsə Rusiyanın əlehinə heç bir layihəyə qol çəkmək istəmir. Onun yürütdüyü siyasət əməlli başdı teatr səhnəciyini xatırladır. Amma Paşinyan bəlkə də özünün də fərqində olmadan 30 illik “sülh üçün diplomatik danışıqlar” mifini məhv elədi. Paşinyanın Qarabağ probleminə yanaşması özünün dəfələrlə bəyan etdiyi “Sülhü ərazilərə dəyişməyəcəyik” fikrində özünü biruzə verir. Sülhü ərazilərə dəyişməmək ATƏT-in bütün qərar və qətnamələrini, o cümlədən, illərdir həyata keçirməyə çalışdığı diplomatik missiyanı tanımamaq, hətta üstündən xətt çəkmək deməkdir. Bu həmdə 30 ildir davam edən “danışıqlar yoluyla Qarabağı azad etmək” mifini də qıran əsas arqument hesab edilə bilər. Xüsusən də David Tonoyanın aqçıqlamalarından sonra Qarabağın sülh yoluyla azad edilməsi fikrini iflasa uğratdı. Artıq Qarabağın azadlığı üçün sadəcə bir yol qalır, oda müharibə.

 

Rusiyayla münasibətlərə gəldikdəysə bəli, düşünürəm ki, son zamanlar gərginləşmə müşahidə edilir. Ancaq isttəniln halda Rusiyanın yürütdüyü xarici siyasət onun geopolitik maraqlarına ziddir. Rusiya  bir tərəfdən “Avrasiyaçılıq” siyasəti yürüdür, digər tərəfdən Gürcüstana və Ukraniyaya hərbi müdaxilə edir, Azərbaycan və Qazaxıstanla münasibətləri günü-gündən gərginləşir. Sual yaranır bu dövlətlər olmadan Rusiyanın düşündüyü Avrasiya nəyə və kimə lazımdır.

 

Avropa İttifaqı-Azərbaycan arasında son günlər təmasların sıxlaşması və yeni əməkdaşlıq sazişi üçün danışıqların aparıldığı məlumdur. Aİ hərzaman Azərbaycan üçün əlverişli tərəfdaşdır. Azərbaycan məhsullarının 50%-i Aİ ölkələrinə ixrac edilir. Ancaq hələ ki, Aİ-lə daha sıx əməkdaşlıq üçün bizə mane olar əsas faktor Azərbaycanın ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı) üzv olmamasıdır. ÜTT-yə üzvlük üçünsə bir neçə iqtisadi riskləri gözə almaq lazımdır.

 

Nicat İsmayılov

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Novruz Məmmədov vəzifəsindən azad edildi
15:53 07.05.2024
"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO
15:45 07.05.2024
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar VERİLDİ
15:34 07.05.2024
Hamısı