Ermənistan hökümətində PANİKA Düşünülmüş plan yoxsa xaos?

Analitika 12:44 09.04.2019

Vyana görüşündən sonra baş verən siyasi hadisələr, liderlərin bəyanatları, nazirlərin açıqlamaları Qarabağ probleminin həlli istiqamətində yeni bir siyasi stuatsiyanın meydana gəldiyinə işarə edir. Xüsusən Ermənistan “cəphəsində” baş verənlər bu yeni şəraitdə ağıllara belə bir sual gətirir. Ermənistan hökümətində xaos hökm sürür, yoxsa bunların hamısı düşünülmüş planın nəticəsidir?

 

Fikri daha da konkretləşdirmək üçün keçək Vyana görüşlərindən sonra baş verənlərə. Elə Vyana görüşü keçirildiyi gün, 29-u mart, Ermənistan Müdafiə Naziri David Tonoyan Nyu-Yorkda ermənilərlə görüşdə Ermənistanın “yeni əraziləri” ələ ələ keçirəcəyi barədə açıqlama verir.

 

Paşinyan Tonoyanın sayıqlamasından sonra İrəvana gəlir, Tonoyanın bəyanatını soruşurlar və diqqət, Paşinyan cavab verir: “Başqa bir açıqlama versəydi onu istefaya göndərərdim”. Əslində deməyə başqa sözü də yoxdur. (Çünki bu açıqlamanı qınasa nazirini və nüfuzunu itirəcəkdi) Qeyd etmək lazımdır ki, Tonoyanın yeni ərazilərin işğalıyla bağlı çıxışı ATƏT mandatı və missiyasına ziddir. Paşinyanın bu açıqlamanı dəstəkləməsi isə bu açıqlamanın bir nazirin fikri deyil, dövlət siyasəti olması mənasına gəlir. Və bu ATƏT qarşısında Ermənistanın mövqeyini daha da zəifləməsi üçün real səbəbdir.

TONOYAN ile ilgili görsel sonucu

 

Aprel ayı başlar-başlamaz yenə Ermənistan hökumətinin “qanı qaralır”. Ermənistan parlamentində bir qrup deputat qapalı toplandı keçirmək sürətiylə Paşinyandan Vyana görüşü barədə izahat tələb edir. Bu tələb Qarabağ klanının parlamentdəki qolu olan Respublikaçılar və Daşnaksütyun partiyası üzvləri tərəfindən səsləndirilir. Paşinyan bir daha başa düşür ki, Qarabağ klanı pusqudadır və onun getdikcə təzyiq artır.

 

Aprel ayının 6-sı, Azərbaycan tərəfindən Ermənistanı “sirkələyəcək” bəyanatlar səsləndirilir. Xarici İşlər Naziri Məmmədyarov “Ya mənlə danışacaqlar, ya da Həsənovla” dedikdən bir neçə saat sonra Müdafiə Naziri Zakir Həsənov orduya “döyüşə hazır ol” əmrini verir. Bu iki bəyanat Paşinyanı bərk narahat edir və o anlayır ki, belə davam etsə aprel döyüşləri təkrarlana bilər.

 

7-si aprel Tonoyan yenə mətbuat qarşısındadır. Bu dəfə hücumdan, müharibədən danışmır, əksinə “Biz sülh istəyirik” deyir. Görünür, bir gün əvvəl Azərbaycan ordusunun döyüşə hazır vəziyyətə gətirilməsi Paşinyanda böyük qorxuya səbəb olub ki, dərhal müdafiə nazirinə “günahını yumaq” barədə tapşırıq verib.

 

8-si aprel, Paşinyanın həyat yoldaşı Anna Akkopyan Amerikada bəyanat verir: “minlərlə erməni əsgəri Azərbaycan ərazilərini işğal edərkən mənasız yerə həyatlarını itiriblər”. Akopyanın bu açıqlaması Paşinyan başda olmaqla bütün erməniləri təəcübləndirir.

anna akopyan pashinyan ile ilgili görsel sonucu

 

9-u aprel Paşinyan həyat yoldaşı və müdafiə nazirinin açıqlamaları qarşısında hiddətlənən erməni ictimaiyyətini yumuşaltmaq üçün “malalama” kompaniyasına start verir. Paşinyan həyat yoldaşının səhvini belə düzəldir, “Yalnız ermənilər deyil, azərbaycanlılar da boş yerə həyatlarını itiriblər”. Müdafiə naziri Tonoyanın biabrçı sülh xahişini isə “qarşı tərəfi sülhə məcbur edəcəyik” deyərək dəyişdirir.

 

Bütün bunlar Vyana görüşündən sonra Ermənistan hökümətində yaşanan xaosu bir daha gözlər önünə sərir. Hadisələri birləşdirib təhlil apardığımız zaman iki fərqli yanaşmayla bütün baş verənləri izah edə bilərik:

I yanaşma. Paşinyanın komandasında sözün əsl mənasında xaos hökm sürür. Paşinyan başda olmaqla bütün hökumət “başın itirib” və nə etdiyi bilmir. Bir tərəfdən pafoslu Qarabağ çıxışlarıyla xalq içərisində, xüsusən də Qarabağ klanı qarşısında nüfuz qazanmağı hədəfləyən hökumət, eyni vaxtda Azərbaycanın döyüş hazırlığı, tankı və topuyla qarşılaşır. Məcbur olur geri addım atsın. Gərginliyi azaltmaq üçün Paşinyan müdafiə nazirindən daha yumuşaq bəyanatlar vermək barədə göstəriş verir, lakin Tonoyan biz sülh istəyirik deməklə bir neçə gün əvvəl hücumla bağlı dediyi sözü “yeyir”. Paşinyanın yoldaşının Qarabağda ölən ermənilərlə bağlı açıqlaması bir daha baş nazirin nəinki hökumətinin, həmçinin ailəsinin dövlət idarəçiliynə hazır olmamasını sübut edir.

 

Paşinyan sözün əsl mənasında nə etdiyini bilmir. Bir tərəfdə pusquda onun və komandasının hər səhvini güdən Qarabağ klanı, bir tərəfdə hərgün daha çox güclənən və ərazilərini geri almaq üçün yaxasından yapışan Azərbaycan, bir tərəfdə inteqrasiya etmək istədiyi Qərb və digər tərəfdən ərazisində orduları bir “dəyənək” misalı başının üstündə duran Rusiya. Bu siyasətə yeni gəlmiş bir baş nazir üçün çox ağır sınaqdır. Əgər bu yanaşma reallığı əks etdirirsə ki, xaosun varlığı gün kimi ortadadır,  belə getsə Paşinyan hökuməti gələn yaza çıxmaz...

 

II yanaşma. Bu yanaşmada da Ermənistan hökumətindəki xaos bir siyasi reallıq olaraq qəbul edilir. Ancaq bu yanaşmaya əsasən Vyana görüşlərindən bu yana baş verənlərin hər biri düşünülmüş planın məhsuludur. Əliyevlə Vyanada təkbətək iki saat müzakirələr aparan Paşinyan, sonda öz xalqını sülhə hazırlamağa qərar verib. Tonoyanın sülh çağırışları, Akopyanın Qarabağda boş yerə canlarını itirən ermənilərlə bağlı açıqlaması erməni ictimaiyyətini torpaqların bir qismini qaytarmağa və sülhə hazırlanması üçün atılan addımlardır.

 

Çünki başqa çıxış yolu yoxdur. Paşinyan ya müharibə etməli və xalqının bir qisminin qırılması, olan-qalan iqtisadiyyatının da dağılmasını gözə almalıdır, ya da torpaqları qaytarıb sülhə qol çəkib bu problemi kökündən həll etməlidir. Onun malalama kompaniyası isə daxili aiditoriyaya, daha çox da Qarabağ klanına görə icra edilir.

 

Nicat İsmayılov

İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
Hamısı