İŞİD-in yeni hədəfi Qafqaz? Bağdadinin gizli planı

Analitika 12:20 30.04.2019

İŞİD terror təşkilatının media qurumu hesab edilən “Al Furqan” 5 il fasilədən sonra ötən gün yenidən təşkilatın lideri Əl Bağdadinin görüntülərini yayıb. Bağdadi videoda İŞİD səflərində vuruşub “şəhid” olanları və Şri-Lankadakı terror aktında iştirak edənləri salamlayıb. Videoda həmçinin Bağdadinin İŞİD-ə dair hesabatları incələdiyi görülür. Maraqlıdır ki, Bağdadinin incələdiyi raportlardan birinin üzərində “Qafqaz vilayəti” yazılıb.

Videoda Bağdadi həmçinin qeyd edib ki, xaçpərəstlərlə müsəlmanların müharibəsi uzun bir savaşdır. İŞİD-in son qalası olaraq bilinən Bağuzdakı məğlubiyyətə toxunan Bağdadi bildirib ki ,”Biz məğlub olsaq belə hər kəs xristianların müsəlmanlara qarşı pis niyyətini və vəhşətini bir daha gördü”.

Bağdadinin Şri-Lankada 350-ə yaxın insanın öldürüldüyü terroraktdan sonra videoda yenidən mücahidlərinə səslənişi və verdiyi bəyanatlar beynəlxalq aləmdə şokk effekti yaratdı. Çünki “The Guardian” başda olmaqla bir çox tanınmış media qurumları Bağdadinin ağır yaralı olduğu və ya öldürüldüyü ilə bağlı xəbərlər yayımlamışdı.

Bağdadinin videoda dediklərini təhlil etdiyimiz zaman iki təhlükəli məqamla qarşılaşırıq:

  • Bağdadi bundan əvvəlki videolarında daha çox konkret ölkələrin adlarını çəkər, onları müsəlmanlara zülm etməkdə günahlandırar və müsəlmanları bir xəlifə tək bu zülmə qarşı mübarizəyə səsləyərdi. Amma bu videoda Bağdadi konkret ölkə və ya xalq adı çəkmədi. “Xristianlar” dedi. Eyni zamanda lideri olduğu təşkilatın döyüşlərin birinci mərhələsində məğlub olduğunu təsdiqlədi. Burdan belə bir nəticəyə gəlmək olar ki, Bağdadi məhz xristianlara qarşı döyüşdə məğlub olduğunu, məzlum hala düşdüyünü və bütün müsəlmanların xristian zülmünə qarşı birləşməsi gərəkdiyinə işarə edir. Əvvəlki videolarında şiəlik başda olmaqla bir çox təriqətlərə “kafir” ideologiyası deyərək, onların müridlərini ölümlə hədələyən Bağdadi, bu dəfə Şri-Lankada 350-dən çox xristianı qətl eləmiş mücahidlərinə salam göndərdi. Bütün bunlar bizə onu deməyə əsas verir ki, illər sonra kameralar qarşısına keçən İŞİD lideri artıq yebi bir müharibənin başladığını elan edir və “müsəlmanları” bu müharibəyə səsləyir. Sözügedən savaş isə müsəlman-xristian savaşıdır. Deməli, İŞİD üşün yeni düşmən xristianlar və yeni taktika gerilla savaşıdır. Görünür, İŞİD Suriyada və İraqdakı kimi konkret bir coğrafiyada xilafət formalaşdıraraq dövlətçilik xülyası ardınca qaçmayacaq. Artıq xristianlara qarşı yeni bir radikal islami ideologiya ilə Şri-Lankadakı kimi gizlin və gözlənilməz hücumlar gerçəkləşdirəcək.

 

  • Bağdadinin videosunda diqqətimizi çəkən digər vacib məqamsa İŞİD liderinin videoda incələdiyi “Qafqaz vilayəti”nə dair hesabatdı. Təbii ki, bu hesabatın mahiyyəti ilə bağlı konkret bilgilərə sahib deyilik. İŞİD raportunda qeyd edilən “Qafqaz vilayəti”nin Şimali yoxsa Cənubi Qafqazı əhatə etdiyini də bilmirik. Ancaq belə bir fakt aydındır ki, Qafqaz, xüsusilə Cənubi Qafqazda kifayət qədər çox xristian yaşayır. Əgər İŞİD yeni düşmən olaraq xristianları qəbul edibsə və artıq özünəməxsus bir “Qafqaz vilayəti” yaradıbsa daha çox onun hücumları iki xristian dövlətinin yerləşdiyi Cənubi Qafqazı əhatə edəcək. Amma eyni zamanda bu “Qafqaz vilayəti” termini coğrafi deyil, milli bir termin kimi də istifadə edilə bilər. Beləki, İŞİD-in nəzarətində olan torpaqlarda bir neçə il bundan əvvəl Azərbaycan əmirliyinin fəaliyyət göstərdiyi barədə məlumatlar var. Bu ərazinin Azərbaycan əmirliyi adlanmasına səbəb isə onun başında duran adamın və burada yaşayanların əksəriyyətinin azərbaycanlı olması idi. Yəni, ola bilər ki, Qafqaz vilayəti də o dövr İŞİD-in tərkibində olan və Qafqazdan gələn mücahidlərin yaşadığı ərazi kimi nəzərdən keçirilib. Lakin bu cüzi bir ehtimaldır. Çünki İŞİD lideri videoda açıq bir şəkildə məğlub olduqlarını və müharibənin birinci mərhələsinin başa çatdığını bəyan etdi. Ona görə də Bağdadinin nəzərdən keçirdiyi hesabat böyük ehtimalla Qafqaz regionunda yaşayan və İŞİD liderindən hər an “fətva” gözləyən “passiv İŞİD-çilər barəsindədir.

Passiv terrorçuluq 2005-ci ildən başlayaraq Mərkəzi Asiya, Şimali Qafqaz, Cənubi Qafqaz kimi müsəlmanların çoxluq təşkil etdiyi regionlarda durmadan artır. Bəs Passiv terrorizm nə deməkdir?

Passiv terrorizm müəyyən bir terror təşkilatının ideologiyasını mənimsəyən və təşkilat liderlərinin əmrlərini yerinə yetirməyə daim hazır olan insanlara şamil edilən konsepsiyadır. Passiv terrorçular çox vaxt dinc sakinlərdən, sadə vətəndaşlardan fərqlənmirlər. Onları fərqləndirən əsas məqam ideoloji görüşləridir. Onlar tez-tez özləri ilə həmfikir olan yoldaşları ilə görüşür, birgə çalışır, ticarət edir və ideoloji ritualları yerinə yetirirlər. Azərbaycanda passiv terrorizm daha çox dini radikalizmdə özünü biruzə verir. İŞİD və Hizbullah terror təşkilatlarının Azərbaycanda və ümumilikdə Qafqaz regionunda ciddi sosial bazaları var. Azərbaycanda xüsusən sosial şəbəkələrdə Hizbullahın və İŞİD-in açıq təbliğatını aparan yüzlərlə insanlar var. Passiv terrorizm konsepsiyasına əsasən bu insanlar da passiv terrorçudurlar. Elə isə Bağdadinin əlindəki Qafqaz vilayəti hesabatının mahiyyəti də çoxguman bununla bağlıdır.

Yeri gəlmişkən qeyd edək ki,  Hizbullah Azərbaycanda və regionda aktivliyini artırıb. Bunu "RİA Novosti"nin verdiyi məlumata görə, 23 aprel tarixində brifinq zamanı jurnalistlərə aşıqlamasında ABŞ  Dövlət Departamentinin terrorla mübarizə koordinatoru Nathan Sayles deyib.

 

Passiv terrorizmin nə qədər təhlükəli olduğunu şərh etməyə ehtiyac yoxdur. Əsas təhlükə yaradan məqamsa ondan ibarətdir ki, passiv terrorçuları öncədən müəyyənləşdirib, onları bir siyahıda cəmləmək və terrorçu siyahılarına daxil etmək mümkün deyil. Şri-Lanka nümunəsində göründüyü kimi bu adamlar sadə vətəndaşlardır və bir əmr gözləyirlər. Əmr gəldikdə isə canları bahasına belə olsa bu əmri icra edirlər. Çünki bu insanlarla qeyri-rəsmi üzv olduqları təşkilatı dini və ya siyasi xarakterli ideoloji arqument bağlayır.

Beləliklə, Bağdadinin videosu və Şri-Lankadakı terror hadisəsini İŞİD-in öz üzərinə götürməsi dünyada yeni tipli terrorizmin meydana gəldiyinə işarə edir. Yeni Zellandiyadakı məsciddə 50-yə yaxın müsəlmanı qətl edənlərlə, Şri-Lankada kilsələri bombalayan İŞİD eyni məqsədlər əsasında fəaliyyət göstərir. Hədəf dinlər arasındakı savaşı qızışdırmaqdır. Və bir neçə il öncə Bağdadidən Ərəb yarımadasında istifadə edənlər, bu gün ondan bir regionda deyil, qlobal şəkildə, dünyada xristianlara qarşı aktiv fəaliyyəti tələb edirlər.

İŞİD-in Şri-Lankadakı terror aktını öz üzərinə götürməsi və Bağdadinin açıqlamaları dünya ictimaiyyətinin diqqətini yenidən “islami terrorizm”ə yönəldib. Bu barədə sabit DTK pot-polkovniki Akif Həsənov qeyd edib ki, ümumiyyətlə terrorizmi hansısa etnik və dini qruplara bağlamaq yanlışdır. Terror hücumu gücsüzün güclüyə çarəsiz şəkildə qarşı çıxmaq cəhdidir. Diqqət etsəniz, "İslam terrorizmi" geridə qalmış Yaxın Şərq və digər müsəlman ölkələrində "demokratik rejimlərin" keçirdiyi hərbi əməliyyatlardan sonra geniş yayılmağa başladı. Bu fəaliyyətlər nəticəsində Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və Yəməndə milyonlarla insan öldürüldü və öz evlərindən didərgin düşdü, onların əksəriyyəti öz yaxınlarını itirdi. Müharibə və "terror" mahiyyətcə çox gəlirli biznes olduğundan, bu kütlələrin əhval-ruhiyyəsindən istifadə edən iş adamları da tapılıb. Sözdə "İslam terroru"nun İslama və ya onun Vəhabi və digər təriqətləri ilə heç bir əlaqəsi yoxdur. Terroristlərin mütləq əksəriyyətinin əsl İslam barədə təsəvvürləri yoxdur və yalançı peyğəmbərlərin ona etdiyi izahlara kor-koranə inanır, çünki bu şərhlər onlarda intiqam almaq və öldürmək istəyini doğruldur. Yeri gəlmişkən, bu cür terrorizmlə artıq Avropa qarışıqlıq içindədir - hələ ki, məscidlər və qaçqın düşərgələri yandırılır. Ən təhlükəli olan isə, terrorizmin və yerli müharibələrin onun liderlərinə böyük gəlir gətirməsidir”.

 

Sonda bir daha qeyd etmək lazımdır ki, Bağdadinin son videosundan sonra Qafqaz coğrafiyasında, o cümlədən, Azərbaycanda hüquq-mühafizə orqanları daha diqqətli olmalı və terrorla mübarizəni daha da dərinləşdirməlidirlər. Qeyd etdiyimiz passiv terrorizmlə isə daha çox ideoloji və psixoloji üsullarla mübarizə aparmaq əlverişlidir.

 

Nicat İsmayılov

Əmrullayev Əmrulla


İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
Hamısı