Orta və ali məktəblərdə dini fənnlər tədris olunmalıdırmı? Ekspertlər

Dini radikalizm dini bilgisizlikdən irəli gəlir

Analitika 13:30 30.04.2019

Təhsil Nazirliynin ali və orta məktəblərdə dini dərslərin tədris olunacağı ilə bağlı qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb.

Yeni dəyişikliyə əsasən, 2019-2020-ci tədris ilindən 4-8 siniflərdə tədris olunan "Həyat bilgisi" dərsliklərində dini biliklərin daha geniş şəkildə yer almaqla təkmilləşdirililməsi və bakalavriat səviyyəsi üzrə "Multikulturalizmə giriş” fənninin proqramına "Dinlər tarixi” adlı mövzuların daxil edilməsini nəzərdə tutulur. Nazirlikdən verilən açıqlamada bildirirlir ki, fənnin tədrisində əsas məqsədlərdən biri tələbələrə bütün dinlər, xüsusilə İslam dini barədə məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti ilə bağlı minimum məlumatları çatdırmaqdır.

Məsələ ilə bağlı ilahiyyatçı Hacı Surxay Məmmədli Eurasia Diary-ə açıqlamasında din xadimi olaraq bu qərarı yüksək qiymətləndirdiyini deyib.

"Yerində və zamanında verilmiş bir qərardır"

“Cənab prezidentin göstərişi ilə Təhsil nazirliyi tərəfindən orta və ali məktəblərdə ilahi və səmavi dinlərin tədrisinin təkmilləşdirilməsi və keçilməsinə dair verilmiş bu qərar çox yerində və zamanında verilmiş bir qərardır. Bu hələ başlanğıcdır. Düşünürəm ki, hər bir insan dini nə multikultural dəyərlərinə sahib çıxacaq. Lakin bu yalnız təhsil sahəsi ilə məhdudlaşmamalıdır”.

Dünyada baş verən terror aktları və müharibələrə diqqət çəkən ilahiyyatçı bunu dini bilgisizliklə əlaqələndirir. O, bütün dinlərdə Allaha sevgi, inanc və əqidənin eyni olduğunu, gənclərə ailə qanunlarını, cəmiyyətdə baş verən hadisələri anladaraq onları həqiqi - ilahi yola dəvət etməyin, eyni zamanda dünyəviçiliyi başa salmağın vacib olduğunu bildirib.

“İmam Əli buyurub ki, övladlarınızı zamanlara görə yetişdirin. Çünki onlar sabahçün doğulurlar. Peyğəmbərin dövründə aparılan müharibələrdə təslim olan düşməni əgər savadı vardısa və kiməsə elm öyrədirdisə onu azad edirdilər. Müdrik valideynin övladı zamana görə çox böyük elm və mədəniyyətə sahib olur. Gənc nəsil müasir elmləri, yeni texnologiyanı öyrənməlidir, qloballaşma və inkişafdan faydalanmalıdır. 

"Din dərsini ancaq seçmə fənn kimi tələbəyə təqdim etmək olar"

Hüquqşünas Fərhad Mehdiyev ali məktəbdə din dərsinin məcburi fənn kimi keçirilməsinin yolverilməz olduğunu deyib. Fərhad Mehdiyevin sözlərinə görə, ali məktəbdə dərs seçimi zamanı əsas ixtisas fənnləri məcburi, digər fənnlər isə seçmə fənn kimi təqdim olunmalıdır. Onun fikrincə, din dərsini ancaq seçmə fənn kimi tələbəyə təqdim etmək olar. O universitetlərin bu məsələdə müstəqil qərar qəbul etməli və qərarın yenidən baxılmalı olduğunu vurğulayıb.  

Related image

İslamşünas Əkrəm Həsənov radikalizm və mövhumatçılığın baş verməməsi üçün dini fənnlərin tədrisinin vacibliyini və cəmiyyətin özündə buna maraq olmalı olduğunu vurğulayıb.

Image result for İslamşünas Əkrəm Həsənov

Hər bir dinin öz radikal forması var. Bu radikalizm dini radikalların dini bilməməsindən irəli gəlir. Xüsusilə, İslam dini mükəmməl dindir və qətiyyən terror və radikalizmi aşılamayan din kimi onun həm orta, həm ali məktəblərdə elmi şəkildə tədrisi çox vacibdir. Lakin bəzi insanlar sosial şəbəkələrdə şüar səsləndirirlər ki, mollaxana yetişdirilir, guya cəmiyyət dindarlaşdırılır. Bu təmamilə absurd fikirdir.

"Dövlət başçısı, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dinin elmi şəkildə təşliğ olunmasına dəstək göstərirlər. Bundan əlavə, ailə dinin və mənəviyyatın marağında olmalıdır. Həmçinin, televiziya efirlərində dini müzakirələrə yer verməklə cəmiyyəti geniş şəkildə maarifləndirmək lazımdır. Bütün bunların olmaması isə mənfi nəticələr doğurur. İlahiyyatda oxuyan bir insan kənara çıxanda təmamilə başqa bir çevrə ilə qarşılaşır.

"Oxuduqlarını cəmiyyətə izah edə, sübut edə bilmir. Çünki çevrə və cəmiyyət fərqlidir. Düşünürəm ki, orta və ali məktəbdə xüsusi dini təhsil verildikdə cəmiyyət özü-özünü formalaşdıracaq", deyə Əkrəm Həsənov qeyd edib.

Gülnar Səlimova

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı