Şəhid Mayorun qətlinin təfərrüatları... Xəyanət, yoxsa...

Analitika 16:50 31.05.2019

Ötən gün (30 may)  səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən snayperinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub. 

Görüntünün olası içeriği: 9 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve açık hava

1983-cü il təvəllüdlü Aqil Omarov mayor olub. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb. Mayor iki övlad atası idi.

Mayor Aqil Omarov tabor komandiri olub. Mayorun dinc şəraitdə snayper gülləsi ilə şəhid edilməsi cəmiyyət tərəfindən aqressiya ilə qarşılanıb və “düşmənin mövqeləri məhv edilməlidir” tələbləri səsləndirilib.

 Eyni zamanda mayorumuzun şəhid edilməsinin təfərrüatları cəmiyyətdə ciddi müzxakirəlrəə səbəb olub. 

   

“Böyük xəyanət var”

Tofiq Şahmuradov ile ilgili görsel sonucu

Hərbi blogger Tofiq Şahmuradov mayorun şəhid edilməsinin təfərrüatları barədə qeyd edir ki, Tabor komandirinin vurulması elə belə iş deyil,bildiyim qədəri ilə kombat dərs vaxtı vurulub. Burada mənim fikrimcə, həm də böyük xəyanət var. Düzdür, əlimdə fakt yoxdur, yəgin ki, istintaq ciddi şəkildə bu məsələni araşdıracaq. Nəzərinizə bir şey çatdırım ki, şəhid mayorun rəhbərlik etdiyi taborun ərazisində böyük şəbəkə aşkarlanmışdı, 2017-ci ilin may ayında, orda bir neçə nəfər də vətən xaini kimi həbs edilmişdi. Vətən xaini baş-leytenant Əhmədov Faiq, baş-leytenant Zeydullayev Sultan bu taborda xidmət ediblər, düşmənlə təmas taborun cavabdeh olduğu ərazidə aparılırdı.

Mayor Omarov Aqil komandir kimi həm çox ayıq-sayıq həmdə çox tələbkar, savadlı zabit idi. Şəbəkə aşkarlananda o, bu taborda xidmət etmirdi. Taborda keçmişdə baş verənlərdən kifayət qədər məlumatlı bir idi. Ona görə daima ehtiyyatlı olub. Tanıdığım qədəri ilə, onu tanıyan dostlarda bilir ki, başın səngərdən çıxardıb düşməni müşahidə edecek qədər səriştəsiz zabit deyildi, ərazidə olanlarda bilir ki, orada ona ehtiyyac da yoxdur, çünki ərazidə düşməni 24 saat müşahidə altında saxlayacaq 15 metr hündürlükdə müasir avadanlıqla təhciz edilmiş kurqanlar tikilib.
Komandir batalyonun əlinin altında  müşahidə aparmaq üçün hər vasitə var. 1 ildən çox idiki nə Ağdam, nə Tərtər briqadası bu vasitələrin tədbiqindən sonra şəhid vermirdi. Çox şüphəli məqamlar var. Bu təsadüfi iş deyil...

Xəyanətkar şəbəkənin keçmişdəki fəaliyyətlərində belə ölümlər var. Tərtər briqadasında düşmənə göz açdırmayan Tabor komandiri Cəfərov Elnurun şəhid edilməsi müəmmalı ölümlər siyahısındadır.

 

Mənimlə zarafatlaşdı və dedi ki, “Daha Ağdama az-az gəlirsən. Nədən qorxursan? Mən burdayam sənə heç kim güllə ata bilməz!

səxavət məmməd ile ilgili görsel sonucu

Qeyd edək ki, şəhid mayorla son görüşənlərdən biri də jurnalist Səxavət Məmmədov olub. Səxavət Məmmədov şəhidlə son görüşü və mayor Omarovun şəhid edilməsi ilə bağlı təfərrüatları Eurasia Diary-ə açqlayıb.

“Bu bazar mayorla birlikdə idim. Aqillə bir-birimizi çoxdan tanıyırıq.  Çox səmimi, mülayim və rahat insan idi. Çox da zarafatcıl. Eyni zamanda əsl peşəkar zabit idi. Təəssüf ki, bəzi eksperlər Aqil Omarovun şəhid olmasını məsuliyətsizlik və diqqətsizliklə əlaqələndirirlər. Amma bu çox yanlış fikirdir. Əvvəla qeyd etdiyimiz kimi, rəhmətlik Aqil çox istedadlı və peşəkar zabit idi. Özünü və taborunu qorumağı hər an bacarıb və yenə də bacarardı. Onu diqqətsizlikdə ittiham edən ekspertlər başa düşmürlər ki, mayoru posta gəzən yerdə deyil, təlim məntəqəsində, əsgərlərinə dərs keçərkən şəhid ediblər. Dərs deyən, təlim keçən komandir necə diqqətli olsun?! Başını aşağı salıb təlim keçsin?! Ümumiyətlə, təlim məntəqəsində necə snayperlə zabit öldürürlər bunu araşdırmaq lazımdır.

Bildiyim qədəri ilə 1500 metr məsafədən atəş açılıb. Snayper sərhəddi keçib və ya yerini dəyişib atəş açıb.

Təlim məntəqələri postlardan kifayət qədər aralıda yerləşir, anlaya bilmirəm ki, düşmən snayperi onu necə vura bilib. Bu hadisə də bir daha cəphə xəttində yerləşən təlim məntəqələrinin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Təsəvvür edək ki, snayper gülləsi yox, raket atılıb həmən məntəqəyə. Bütün tabor şəhid ola bilərdi...

Eyni zamanda mayorun şəhid edilməsində ən qəribə məqamlardan biri də bundan ibarətdir ki, Ermənistan Müdafiə Nazirliyi zabitin erməni əsgərləri tərəfindən vurulduğunu inkar edir.

Mayorla sonuncu dəfə bazar günü Ağdamda görüşdük. Ayaqüstü söhbətləşdik. Mənimlə zarafatlaşdı və dedi ki, “Ağdama daha az-az gəlirsən. Nədən qorxursan? Mən burdayam sənə heç kim güllə ata bilməz!

 

Dəqiq kəşfiyyat məlumatı olmadan belə bir komandirin vurulması qeyri-mümkün olardı”

Məsələylə bağlı Tərlan Eyvazov açıqlamasında bildirib ki, “Aqil Omarov təlim meydançasında olub. Təlim meydançası isə düşmən müşahidəsi tərəfindən görünə bilməzdi. Çünki təlim meydançası bu cür təhlükələrdən sığorta olunmuş yerlərdə qurulur. Buradan belə nəticəyə gəlmək olar ki, ermənilər mövqelərini dəyişərək ərazini görə biləcəkləri yerə gəliblər və buradan atəş açıblar. 2 il öncə casusluq qalmaqalı olmuşdu. Çox güman ki, erməni kəşfiyyatının izi hələ də orada qalmaqdadır. Dəqiq kəşfiyyat məlumatı olmadan belə bir komandirin vurulması qeyri-mümkün olardı”.

 

Ani ehtiyatsızlıq və diqqətsizlik, ölümə bərabərdir! 

üzeyir cəfərov ile ilgili görsel sonucu

 

Hərbi ekspert Üzeyir Cəfərovsa fərqli fikirdədir  və bildirir ki, hamımız üçün əvəzsiz itkidir. Amma, gəlin bir sualı özümüzə verək: bu faciə olmaya bilərdimi? Bəli, olmaya bilərdi. Əgər bizim çiynində böyük ulduz gəzdirən zabit və gizirlərimiz bir qədər diqqətli və məsuliyyətli olsaydılar. Axı sən bilirsən ki, qarşındakı sənin qanını "içməyə" hər an hazır vəziyyətdə dayanan mənfur ermənidir, düşməndir.  Sən bütün bunları bilə-bilə özünü o qədər arxayın və sakit aparırsan ki, axırı da belə faciə olur. Hamımızı yandırır iki balasını başsız, atasız qoyan bu itki. 


Cavan və bir qədər də özünə arxayın zabit və gizirlərimiz birinci dəfə deyil belə boşluğa yol verirlər. Allah rəhmət eləsin. Ön xəttdə xidmət keçən bütün şəxsi heyət son dərəcə məsuliyyətli və diqqətli olmalıdır. Ani ehtiyatsızlıq və diqqətsizlik, ölümə bərabərdir! 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı