Ərdoğan üçün sonun başlanğıcı?! İstanbulda demokratiya qazandı

Analitika 15:23 24.06.2019

23 iyunda Türkiyənin və demək olar ki, dünya mətbuatının diqqəti İstanbulda keçiriləcək bələdiyyə seçkilərinə yönəlmişdi. Bu seçkilərdə Ərdoğanın partiyası olan AKP tarixinin ən ağır məğlubiyyətinə düçar oldu. Ötən seçkilərdə AKP namizədi Binəli yıldırıma səs verən 14 qəsəbənin vətəndaşları bu seçkidə onun rəqibi, CHP namizədi Ekrem İmamoğlunu dəstəklədi. 31 mart seçkilərində iki namizəd arasındakı xal fərqi cəmi 0,35% təşkil edirdisə, 23 iyun seçkilərində bu fərq 9%-ə qədər yüksəldi və İmamoğlu açıq bir şəkildə rəqibindən üstün olaraq İstanbulu yenidən qazandı. Ümumilikdə 54% səs qazanan Ekrem İmamoğlu illər əvvəl İstanbulda bələdiyyə sədri seçilən, hazırki prezident Ərdoğandan 50% daha çox səs topladı.

istanbul seçim ile ilgili görsel sonucu

Əslində seçkilərin nəticələri elə əvvəldən məlum idi. Çünki 31 martda seçkiləri AKP namizədi, sabiq baş nazir, Binəli Yıldırım uduzmuş, CHP namizədi Erkem İmamoğlu isə 13 min səs fərqlə qələbə qazanmışdı. Lakin Erdoğan seçki nəticələr ilə barışmadı. Seçki Komissiyasına müraciət edildi. Seçki Komisyası təcili toplantı çağırdı və AKP-nin təzyiqləri altında seçkilərin nəticələrini ləğv etdi və seçkinin 23 iyunda yenidən keçirilməsi haqqında qərar qəbul etdi. Məhz bu fakt 23 iyunda təkrarlanan seçkilərin taleyini həll etdi.

 

Bəs məğlubiyyətin səbəbləri nələrdir?

İlk səbəb yuxarda da qeyd edildiyi kimi, seçkilərin təkrarlanması idi. Seçkilərin təkrarlanacağı qərarı çıxdıqdan sonra 40 gün ərzində AKP mətbuatı və Ərdoğan İstanbul elektoratını bu seçkilərin niyə təkrar keçirildiyini izah edə bilmədi. Gah səslərimiz oğurlandı dedilər, gah səslərimiz sayılmadı dedilər, gah xalqımız təkrar seçklilər tələb edir dedilər. Xalqa konkret və məntiqli bir cavab verə bilmədilər. 31 mart seçkilərindən zəfər qazanmış İmamoğlu və müttəfiqləri isə çox sadə dildə xalqa hər şeyi izah etdilər: “Görünən kənd xəritə istəməz. Haqqımızı qəsb etdilər və yenidən müarizə aparıb zəfər çalacağıq. Bu iş artıq Türkiyədə bir bələdiyə seçkisi olmaqdan çıxıb, bu Türkiyədə demokratiya mübarizəsinə çevrilib”. Bu sözləri ilə İmamoğlu xalqı, xüsusən də əksəriyyəti İstanbulda yaşayan türk ziyalıları və incəsənət xadimlərini özünün deyil, demokratiyanın ətrafında birləşməyə və ona dəstək olmaqla demokratiyanı qoruyacaqlarına inandıra bildi.

imamoğlu ile ilgili görsel sonucu

Doğrudan da İstanbul seçkiləri Ərdoğanın siyasi kariyerasının ən ağır məğlubiyyəti oldu. 2002-ci ildən bu yana Ərdoğan və partiyası heç bir seçkidə bu qədər açıq və konkret şəkildə uduzmamışdı. AKP-nin seçkilərdəki əsas şəriki olan MHP-də xeyli nüfuz və səs itirdi. MHP əslində 31 mart seçkilərində istədiyini almış, AKP-nin də dəstəyi ilə bir çox bələdiyyələr qazanmışdı. Baxçalının İstanbul seçkilərində AKP-yə dəstəyi sadəcə siyasi etika xətrinə idi. 31 mart seçkilərində MHP qanadı müvəffəqiyyətlə ortağı AKP-ni dəstəklədi.

Ərdoğan məğlubiyyətinin digər bir səbəbi isə seçkilərə bir neçə gün qalmış PKK terror təşkilatı lideri Abdullah Öcalanın seçkilərdə kürdlərin bitərəf qalması haqqındakı məktubuna Ərdoğan və müttəfiqi Baxçalının açıq dəstək verməsi oldu. Məktubun hazırlanması və Anadolu agentliyi tərəfindən yayımlanmasındakı əsas hədəf İstanbulda yaşayan kürd elektoratın səsini qazanmaq idi. Lakin kürdlərin partiyası olan HDP İmamoğluna dəstəyini davam etdirəcəyini açıqladı. Kürdlərin səsləri dəyişmədi. Lakin bu dəfə də AKP və MHP-nin ittifaqı olan Cümhur ittifaqına səs verən vətənpərvər və millətçi kəsim seçkilərdə tərəfini dəyişdi və Yıldırıma deyil, İmamoğluna səs verdi. Lakin 23 iyundakı seçkilərdə MHP-dən 31 martda gələn 3,5 %-ə qədər səs, AKP namizədi Binəli Yıldırıma deyil, rəqibi İmamoğluna keçdi. Bu amil 23 iyun seçkilərində səs faizləri arasında fərqin 9 %-ə qədər artmasına səbəb olan əsas amil oldu. Təbii ki, burada Türkiyədəki millətçi kəsim üçün MHP-yə əsas alternativ olan Meral Akşenerin İmamoğlu lehinə yürütdüyü kompaniyanın da böyük rolu var.

Seçkilərdə Ərdoğanın partiyasının məğlubiyyətinə səbəb olan ən vacib amillərdən biri də media faktoru oldu. Seçkilər və seçi prossesi haqqında obyektiv məlumat almaq istəyən hər vətəndaş demək olar ki, Foxt tv xəbərlərini izlədi. Xüsusən də 31 mart seçkilərini yenilənməsi qərarından sonrakı 40 gün ərzində Fox-un axşam və səhər xəbər proqramları ardıcıl reytinq rekordları qırdı. Bu rekordların qırılmasına dolayı yolla Ərdoğan siyasəti səbəb oldu. Beləki, Ərdoğan hakimiyyətdə olduğu 14 illik müddətdə ölkədəki əksər media quruluşlarını ya öz nəzarəti altına aldı, ya da təzyiq altında saxladı. Müxalif mövqeyli media qurumları ardıcıl bağlandı. Bir çox jurnalist FETO qruplaşmasınının üzvü olmaqla ittiham edilib həbs edildi. Bütün bunlar ölkədə sərbəst və obyektiv fikirin ifadə edilməsində müəyyən problemlər yaratdı.

fatih portakal ile ilgili görsel sonucu

Xüsusən seçki öncəsində Türkiyədə iqtisadi durum daha da ağırlaşdı, işsizlik, infilyasiya, maliyyə manipulyasiyaları, süni qiymət artımları və s. kimi ciddi problemlər əhalinin xüsusən orta və aşağı təbəqlərinin həyat tərzinə mənfi   təsir göstərdi. Lakin vətəndaşın bu problemlərini 1-2 media quruluşunu çıxmaq şərti ilə heç bir KİV dilə gətirmədi. 8 milyon işsiz və minlərlə ağır vəziyyətdə yaşayan aşağı və orta təbəqədən olan vətəndaşların seçki öncəsində əksər televiziyalarda inkişaf və intibah haqqında əsassız məlumatların səsləndirilməsini görməsi onları daha da qəzəbləndirdi və ölkədə illərlə AKP-yə səs verən aşağı sinif bu dəfə CHP-yə səs verdi.

Həmçinin seçkidə Ərdoğanın məğlubiyyətini şərtləndirən ən vacib məqam geriləyən iqtisadiyyat, artan işsizliklə birlikdə uğursuz xarici siyasət oldu. Branson hadisəsi və ABŞ-a müqavimət göstərə bilməmək faktoru, Suriya probleminin həll edilə bilməməsi və 2 milyondan çox qaçqının Türkiyədə məskunlaşması və s. amillər hesab edilə bilər.

 

Seçkilərdən sonra nələr olacaq?

Doğrusu, seçkidən bir il əvvəl, 2018-ci ilin parlament və prezident seçkilərində Ərdoğan və partiyası uğur qazansa da, əslində, əldə edilən nəticə gələcək məğlubiyyətlərin siqnalı idi. Ərdoğan son 14 ildə risk alaraq iqtidarda qalmağı bacarmışdı. Ötən ilki seçkilər isə getdiyi ən böyük risk idi, çünki prezidentliyini itirə bilərdi. Bu dəfə də seçkilərin təkrarlanması riskinə gedən Ərdoğan “qumarı uduzdu” və ağır məğlubiyyətə uğradı. Siyasi yüksəlişi İstanbuldan başlayan Ərdoğanın bu gedişlə siyasi çöküşü də İstanbuldan başlayacaq.

Seçki nəticəsində ölkədəki dəyişimin hələ də seçki qutusundan asılı olduğunu görən milyonlarla türk üçün yeni bir demokratiya inamı və umudu meydana gəldi. Bu umud Ərdoğanın siyasətindən narazı qalan və iqtisadi problemlərdən əziyyət çəkən milyonlarla vətəndaşın 2023 seçkilərindəki mövqeyinə ciddi təsir edəcək. 2023-cü ilə qədər AKP-nin bu siyasətlə iqtdidarda qalması belə çətin ikən, bu məğlubiyyətdən sonra, 2023-də Türkiyədə hakimiyyət uğrunda mübarizə aparan yeni siyasi fiqurlar və yeni partiyalar görə bilərik.

Seçkilərdən sonra Türkiyənin daxili siyasətində baş verə biləcək əsas proses AKP-nin parçalanmasıdır. Ərdoğanın köhnə dostları olan Abdullah Gül, Ahmet Davutoğlu, Əli Babacan kimi simalar artıq məlumdur ki, yeni partiya arayışı içindədirlər. Ehtimal oluna bilər ki, bu seçkilər sözügedən partiyanın qurulma ehtimalını daha da artırdı.

ahmet davutoğlu ile ilgili görsel sonucu

Seçkilərdən ağır məğlubiyyətlə ayrılan Ərdoğan və komandası prezident və parlament seçkiləri üçün 2023 gözləməyə bilər. Belə ki, xalqın narazılığının artıdığı və ardıcıl məğlubiyyətlərin yaşandığı bir dövrdə ya ölkədə ciddi islahatlar getməlidir, ya da erkən seçim həyata keçirilməlidir. Ona görə də “dəyişiklik” sözü verən Ərdoğan İstanbulu və Ankaranı itirsə də hələ də hakimiyyəti qoruyub saxlamaq üçün resurslara sahibdir. Və bu resursları qorumaq üçün o, erkən seçimə gedə bilər.

Daxili siyasət və iqtisadiyyatda dəyişiklik edə bilməyən Ərdoğan cəsarətli xarici siyasət və terrorla mübarizədən elektorat dəstəyi qazanmağa çalışacaq. Bu nöqteyi-nəzərdən seçkilərdən sonra Türkiyənin Suriya və Kipr məsələsində daha sərt siyasət yürüdəcəyini demək mümkündür. Suriya siyasətindəki problemləri dərhal aradan qaldırmaqla özünə qarşı narazılığın əsas səbəblərindən biri olan 2 milyona yaxın suriyalı qaçqını vətənlərinə qaytarmaq üçün böyük səy göstərəcək.

 

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı