"Ərdoğan NATO-da qalmaq istəyirsə..." Keçmiş Amerika kəşfiyyatçısı - EKSKLÜZİV

Amerikanın keçmiş kəşfiyyatçısı, polkovnik-leytenant Rik Frankona və ABŞ dövlət katibinin keçmiş xüsusi məsləhətçisi Paul A. Qobl Eurasia Diary-ə müsahibə verib.

Analitika 16:38 18.07.2019

Türkiyə Rusiyanın havadan müdafiə sistemi S-400-ü aldı və onlar artıq Türkiyəyə çatdırılıb. Bu siyasi kurs ABŞ tərəfindən mənfi qarşılanıb. Pentaqon rəsmisi Ellen Lord ABŞ-ın Türkiyəni F-35 proqramından çıxardığını açıqlayıb. Eurasia Diary ABŞ-Türkiyə münasibətlərinin son vəziyyəti barədə amerikalı ekspertlərə müraciət edib.

Keçmiş kəşfiyyatçı, polkovnik-leytenant və Yaxın Şərq üzrə analitik Rik Frankona fikirlərini saytımızla bölüşüb.

Frankona ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyinin mümkünlüyünə toxunub.

"Rusiyanın S-400 (NATO: SA-21) havadan müdafiə sistemini aldığına görə Konqresin hər iki palatası tərəfindən Türkiyəyə qarşı sanksiyaların tətbiqinə dair tələblər var. Prezident Türkiyəyə qarşı iqtisadi sanksiyalarla və Türkiyəni sadəcə F-35 proqramından çıxarmaq kimi gediş etməklə məsələni həll edəcəyinə ümid edir. Mən onun bunu edə biləcəyinə əmin deyiləm - ABŞ-ın buna görə sanksiya tələb edən qanunu var. O qanunla sanksiyalardan imtina edə bilər, amma Respublikaçı tərəfdarlarının dəstəyini itirərək siyasi riskə getmiş olacaq", - deyən keçmiş kəşfiyyatçı Türkiyənin F-35 proqramından çıxarılmasının səbəbini açıqlayıb:

"Düşünmürəm ki, ABŞ dünyanın ən qabaqcıl beşinci nəsil, radara düşməyən, görünməz F-35 təyyarələrini, Rusiyanın ən müasir havadan müdafiə sistemlərinin - S-400-lərin satıldığı bir ölkəyə çatdırsın. Həssas texnologiyanın Moskvanın əlinə keçməsi riski çox yüksəkdir".

Rik Frankonanın sözlərinə görə, Türkiyə biznes əlaqələri və təyyarə almaq imkanlarını itirir.

Hərbi ekspert Ərdoğanın Şərq siyasətinin uğurlu olmadığını düşünür. O hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan eyni zamanda həm ABŞ və həm də Rusiya, Çin, İran və hətta Pakistan kimi ABŞ-a düşmən olan dövlətlərlə münasibətləri saxlamaq istəyir:

"Əgər o, Şərq istiqamətində bu xarici siyasətini davam etdirəcəyini və eyni zamanda Birləşmiş Ştatlarla yaxşı münasibət saxlaya biləcəyini düşünürsə, hesab edirəm ki, Ərdoğan səhv edir".

Hərbi analitik həmçinin hesab edir ki, Ərdoğanın yürütdüyü siyasət NATO maraqlarına uyğun deyil.

"NATO hərbi ittifaqı Türkiyə daxil olmaqla Amerika Birləşmiş Ştatları və Avropalı müttəfiqlərimiz üçün ən azından indi önəmlidir. Ərdoğan NATO müttəfiqi olaraq qalmaq istəyirsə, o, birgə hərəkət etməyə başlamalıdır. Bizim əsas düşmənimizdən havadan müdafiə sisteminin satın alınması müttəfiqə xas hərəkət deyil", - deyə, Rik Frankona bildirib.

ABŞ dövlət katibinin keçmiş xüsusi məsləhətçisi və siyasi analitik Paul A. Qobl da Eurasia Diary-ə Türkiyə-Amerika münasibətlərini şərh edib.

Paul Qobl Trampın xarici siyasətdəki müvəffəqiyyətin ABŞ üçün pul qazancı kimi müəyyən etdiyini düşünür. O, kiminsə Amerika şirkətlərindən satın ala biləcəyini digərlərindən almasını istəmir.

"Tramp Türkiyənin ABŞ-dan həm təyyarələr, həm də havadan müdafiə sistemi almasını istəyir."

Siyasi analitik hesab edir ki, ABŞ Türkiyəni Rusiyaya bağlı olmayan və ABŞ-dan asılı halda görmək istəyir.

Rik Frankona təqaüdə çıxmış kəşfiyyatçı, bir sıra kitabların müəllifi, şərhçi və hərbi analitikdir. O, Birləşmiş Ştatların Hava Qüvvələrinin Yaxın Şərqdə təcrübə keçmiş təqaüdçü kəşfiyyat zabiti, Milli Təhlükəsizlik Agentliyi, Hərbi Kəşfiyyat və Mərkəzi Kəşfiyyat İdarəsi Agentliyi tərəfindən verilən tapşırıqları yerinə yetirmişdir.

Paul A. Qobl Amerikalı analitik, yazıçı və Rusiya üzrə təcrübəsi olan köşə yazarıdır. Onun etnik və milli məsələlər üzrə 150-dən çox məqaləsi dərc edilib. Qobl dövlət katibi Ceyms Beykerin Sovet millətçiliyi və Baltik regionu ilə bağlı məsələlər üzrə xüsusi məsləhətçisi vəzifəsini icra edib.

 

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı