"Ərazilər işğaldan azad edilənədək münasibətlər düzəlməyəcək" Ruspərəst mitinqlərə SƏRT ETİRAZ

Analitika 15:27 29.07.2019

Xəbər verdiyimiz kimi, Gürcüstanın kurort şəhəri Batumidə Rusiya ilə yaxın, normal münasibətlər qurulması tələbi ilə on minlərlə adam küçələrə çıxıb.

Mitinq iştirakçıları Gürcüstan hakimiyyətindən hərbi alyanslarda iştirakdan imtina etməyi və Rusiyaya düşmən kimi yanaşmağa son qoymağı tələb ediblər. Mitinqi “Gürcüstan Vətənpərvərlər Alyansı” təşkil edib. Çıxış edənlər Rusiya ilə Gürcüstan arasında “ağır mövzular” üzrə genişmiqyaslı dialoqun zəruriliyini qeyd ediblər.

“Biz Suxumi, Sxinvali və Moskva ilə birbaşa dialoq başlatmalıyıq”, - partiyanın lideri İrma İnaşvili mitinq zamanı qeyd edib.

Bu mövzu ilə bağlı Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Eurasia Diary üçün ekskluziv açıqlamalar verib.

Görüntünün olası içeriği: 1 kişi

A.Süleymanovun sözlərinə görə sözügedən mitinqlər bu günlərdə gürcü hökuməti tərəfindən məqsədyönlü surətdə təşkil edilib:

“Acarıstanda ardıcıl keçirilən bu mitiqnlərə ölkənin müxtəlif yerlərindən vətəndaşları maşınlara dolduraraq gətiriblər. Mitinqlərin məhz bu günlərdə, Gürcüstan və Rusiya arasıda münasibətlərin gərginləşdiyi və gürcü xalqının rus nümayəndə heyətinin ölkəyə gəlişinə sərt şəkildə etiraz etməsi və bu minvalla silsilə aksiyalar keçirməsi dövründə baş verməsi təsadüf ola bilməz. Burada səsləndirilən şüarlara diqqət yetirsək, bu mitinqin keçirilməsindəki əsas hədəfi görə bilərik. Məqsəd Rusiya ilə daha yaxın münasibətlər qurmaq üçün xalqdan istifadə etməkdir. İvanaşvili bu aksiyaları bəhanə edərək Rusiya ilə danışıqlara getməyi planlaşdırır. Bir ay əvvəlsə onun dəstəklədiyi prezident Salome Zurabişvili Rusiyanı işğalçı və düşmən adlandırmışdı. Lakin Zurabişvilinin bu açıqlaması daxili auditoriyanı ələ almaq, itirilmiş nufuzunu bərpa etmək məqsədi daşıyırdı”.

Deputat həmçinin Rusiyapərəst mitinqləri təşkil edən partiyanın siyasi xətti barədə də bəzi məqamları açıqlayıb.

“Batumidəki aksiyaları təşkil edən partiya Gürcüstan Vətənpərvləri Alyansıdır. Bu partiya anti-türk və anti-islamçı mövqeyi ilə seçilir. Partiyanın liderləri, əsas da Turxanov və İnaşvili tez-tez Azərbaycan və Türkiyənin əlehinə ittihamlar irəli sürürlər. Partiyanın tədbirlərində bir nəfər belə azərbaycanlı iştirak etmir. Partiyanın özü isə “əlaltı” partiyadır. Bu partiyanı İvanaşvili və onun dostları maliyyələşdirir. İvanaşvili bu partiyadan istifadə etməklə özünə uyğun ictimai rəy formalaşdırmaq və siyasi uğurlar qazanmağı hədəfləyir. Partiya sadəcə sonuncu mitinqlərdə deyil, hər zaman Rusiyapərəst bir mövqeyə sahib olub. Gürcüstan Vətərpərliyi Alyansı Rusiya-Gürcüstan münaqişəsinə fərqli nöqteyi-nəzərdən yanaşır. Partiya liderlərinin sözlərinə görə Gürcüstan əraziləri işğaldan azad edilməsə, belə danışıqlar aparmaq, Rusiya ilə razılaşmalar əldə etmək mümkündür”, - deyə A.Süleymanov bildirib.

Həmsöhbətimiz hesab edir ki, Rusiya ilə əməkdaşlığa və danışıqlara çağırış şüarlarının səsləndirildiyi mitinqlərin məhz Acarıstan bölgəsində keçirilməsi bir çox gizlin mətləblərdən xəbər verir:

“Mitinqlər niyə məhz Acarıstanda keçirildi? Bura Türkiyə ilə sərhədə yaxındır. Həmçinin Acarıstanda, xüsusilə də Batumidə türk şirkətlərinin milyonlarla dollarlıq investisiyaları var. Bu, Rusiyapərəst siyasət yürüdən İvanaşvili hökumətini narahat edən bir məsələdir. Türkiyəyə yaxın bir regionda bu tipli provakativ aksiyalar keçirməkdə əsas məqsədlərdən biri də bölgəni gələcəkdə rus inevsitisaysına hazırlamaqdır”.

A.Süleymanovun sözlərinə görə bütün bunlar Gürcüstanı yenidən Avrasiya İqtisadi Birliyinə çəkmək üçün oynanan siyasi oyunlardır.

“Bu tipli aksiyalar, pafoslu çıxışlar və digərləri eyni siyasi oyunun bir parçasıdır. Oyunu oynayanların məqsədi Gürcüstanı Avrasiya Birliyinə çəkmək, onun Qərblə əməkdaşlığının qarşısını almaqdır. Lakin gürcü xalqı artıq əvvəlki xalq deyil və buna imkan verməyəcək. Gürcüstan xarici siyasətdə istiqamətini seçib, hədəf NATO və Avropa İttifaqına inteqrasiyadır».

Mövzuyla bağlı gürcü  politoloq Gela Vasadze Eurasia Diary üçün ekskluziv açıqlamalar verib.

Onun sözlərinə görə, bu mitinqlərin arxasında Kremlinin izi var:

“Bilirsiniz ki, dünənki aksiyaların təşkilatçısı qismində Gürcüstan Vətənpərvərlik Alyansı iştirak edib. Bu partiya yarandığı gündən bu yana Rusiya və Gürcüstan münasibətlərinin yaxşılaşdırılması, problemlərin həll edilməsi, uzlaşmaların, qarşılıqlı razılaşmaların əldə edilməsinə çağırışlar edir. Bu partiya hər zaman anti-türk və anti-islam mövqeyi ilə seçilib. Və son günlərdə bu partiya özünün seçki təbliğat-təşviqat kompaniyasına başlayıb. Partiyanın platformasına diqqət yetirdiyimiz zaman Rusiya ilə Gürcüstan arasında ərazilərin işğalı problemi diqqət mərkəzindən yayındırıldığını və işğala rəğmən Rusiya ilə münasibətlərin yaxşılaşdırılması prinsipinin  yer aldığını görə bilərik. Sadəcə bu faktor belə partiyanın arxasında Kremlinin durduğuna işarə edir. Lakin partiyanın platformasından və çağırışlarından asılı olmayaraq Rusiya Gürcüstan ərazisinin 20 faizini işğal edib və işğal davam etdiyi müddətdə Gürcüstanda heç bir siyasi qrup Rusiya ilə əlaqələri düzəldə bilməz”.

Gürcü ekspert aksiyaların Batumidə keçirilməsinin məntiqi əsasının olduğunu bildirib:

“Batumidə və bütövlükdə Acarıstan bölgəsində təqaüdçülərin sayı olduqca çoxdur. Burada yaşayan insanlar sovet dövrünün adamlarıdır və onların əksəriyyəti sovet dövründəki gəncliklərinin xoş illərini həsrətlə anırlar. Bu səbəbdən burada yaşayan vətəndaşlarda Rusiyaya qarşı xüsusi simpatiya var. Ona görə də Alyansın bu regionda “Rusiya ilə danışıqların aparılması və əlaqələrin yaxşılaşdırılması” şüarları altında mitinqlər keçirməsi normal hesab edilməlidir. Və qeyd etmək lazımdır ki, bu aksiyalarda söylənilən şüarlar heç də bütün gürcü xalqının fikirlərini özündə ehtiva etmir”.

Vasadzenin sözlərinə görə rus və gürcü xalqları arasında ciddi konflikt yoxdur.

“Gürcülər ruslarla yaxşı münasibətlərə sahibdir. Gürcüstanda çoxlu rus yaşayır. Lakin gürcülərin əksəriyyəti Putinə mənfi münasibət bəsləyir. Rus millətiylə isə ciddi problem yoxdur. Bununla belə, rus hakimiyyəti ilə var. Və bu problem ərazilər işğaldan azad edilənədək düzəlməyəcək”, - deyə gürcü ekspert bildirib.

Nicat İSMAYILOV

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı