Rəsmi Moskva Qarabağda müharibəyə imkan verməyəcək - Rusiyalı politoloq | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Rəsmi Moskva Qarabağda müharibəyə imkan verməyəcək - Rusiyalı politoloq

Ekspert rəyi A- A A+

"Moskvada Qarabağ probleminin nisbətən yaxın tezlikdə həll olunacağına dair illüziyalar yoxdur. Lakin indiki status-kvonun partlayışlara yol vermədən qorunub saxlanılması taktikası işləyir və bundan sonra da işləyəcək".

Eurasia Diary virtualaz.org-a istinadən xəbər verir ki, bu fikirləri Yerevanda keçirilən diskussiyalar zamanı tanınmış rusiyalı politoloq, “Rusiya qlobal siyasətdə” jurnalının redaktoru Fyodr Lukyanov deyib.

Lukyanovun fikrincə, Rusiya üçün Qarabağ münaqişəsi zonasında yeni eskalasiya heç bir halda sərfəli deyi və o, istənilən vasitə ilə belə ssenarinin qarşısını almağa çalışacaq.  Politoloqun sözlərinə görə, dondurulmuş münaqişə ona görə yaxşı deyil ki, onun həlli üçün həmişə şans var. Qarabağla bağlı isə periodik olaraq bu şansdan istifadə edilir.

“Rusiya bunu çox diqqətlə izləyir. Mən hesab edirəm ki, əgər prioritetləri formalaşdırsaq, o zaman Rusiya üçün ən başlıcası orada müharibənin yenidən alovlanmamasıdır. Heç bir halda, heç bir şəraitdə Rusiyaya bu gərək deyil, sərfəli deyil”,-Lukyanov deyib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...