Rusiyalı analitikdən Qarabağ açıqlaması: "Niyə Azərbaycan hələ də münaqişə zonasına hücum etməyib"

Analitika 17:35 06.08.2019

"Əgər Qarabağ Ermənistandırsa, onda Nikol Paşinyanın danışıqlar prosesində Qarabağın nümayəndələrinin xüsusi və ayrıca iştirak ehtiyacına dair tələbini necə başa düşmək lazımdır?" 

Bunu Eurasia Diary-ə eksklüziv açıqlamasında xarici siyasət, təhlükəsizlik və müdafiə məsələləri üzrə analitik Qriqori Trofimçuk Ermənistanın Baş naziri Nikol Paşinyanın pan-erməni oyunlarını izləmək üçün Azərbaycanın işğal altındakı Xankəndi şəhərinə səfəri zamanı səsləndirdiyi "Artsax (Qarabağ) Ermənistandır və alternativi yoxdur" bəyanatını şərh edərkən bildirib.
 
O düşünür ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanı müharibəyə çəkəcək təxribatlardan çəkinmir və anklavın bu cür müstəqillik formasının görüntüsünü yaratmağa çalışır.

"Üstəlik, bu, ilk hadisə deyil, bütövlükdə bu cür hadisələr silsiləsindəndir. Bu məsələ Azərbaycanın əsəblərini tarıma çəkir. Eyni zamanda, bizi təəccübləndirdi ki, niyə Azərbaycan hələ də münaqişə zonasına hücum etməyib. Bir daha təkrar edirəm: düşünmürəm ki, Paşinyan bütün Cənubi Qafqazı sarsıda biləcək problemləri təkbaşına müstəqil həll etmək iqtidarındadır. Burada artıq məsələn KTMT kimi təşkilatlarla nələrin baş verdiyini düşünməliyik".

Politoloq Paşinyanın çıxışının danışıqlar prosesinə ehtimal olunan təsirlərinə də toxunub. Onun fikrincə, hazırda bütün danışıqlar prosesi Bakıdan asılıdır.

"Bakı Ermənistandakı hakimiyyət dəyişikliyini gözlədi və bundan sonra İlham Əliyevin Nikol Paşinyanla Qarabağla bağlı ilk görüşü baş tutdu. Azərbaycan və Ermənistan xarici işlər nazirləri mütəmadi görüşürlər. Bu, Bakının problemi dinc, siyasi, diplomatik yolla həll etməyə hazır olduğunu göstərir".

Analitikin fikrincə, Azərbaycanın bu addımları, əsasən Ermənistanın yeni hökumətinin tanınması da çox qiymətlidir.

"Bütün bunlardan sonra, həqiqətən anlaşılmaz bir şəkildə və tamamilə dəqiq son məqsədləri olmayan, hətta Rusiya üçün də küçədən çıxanların legitimliyini tanımaq qərarına gəlindiyini təsəvvür edə bilərsinizmi? Buna baxmayaraq, Paşinyan bu jesti qiymətləndirmədi və daha çoxunu istəyir. Kənardan baxsaq, Azərbaycanın 2016-cı il "Aprel döyüşləri"ndən sonra özünü saxlamağı bacarması, yəni müharibəni davam etdirməməsi qəribədir. Buna baxmayaraq, Azərbaycan tərəfindən danışıqlara xitam verilməsi ilə bağlı heç bir açıqlama verilməyib. Bakı ümid edir ki, Moskva vəziyyətin mürəkkəbliyini başa düşəcək və məsuliyyətli müşahidəçi kimi gərgin vəziyyətdən çıxış yolu tapacaq".

Azərbaycanın bu vəziyyətdə nə etməli olduğuna gəlincə Trofimçuk belə cavab verib:

"Mən bu suala dəfələrlə cavab vermişəm. Əvvəlcə etməli olduğum ən vacib məqam - Qarabağla bağlı beynəlxalq müşahidəçilər qrupu ilə ATƏT-in Minsk Qrupunu yoxlayardım ki, onlar Nikol Paşinyanın danışıqlar formatını dəyişdirməyə yönəlmiş bəyanatlarını eşidiblərmi və buna necə reaksiya verməyi düşünürlər. Mən onlardan xahiş edərdim ki, bütün digər məsələləri kənara qoysunlar. İkincisi, Bakının dəfələrlə qaldırdığı ATƏT-in Minsk Qrupunun daxilində rotasiya məsələsidir. Ancaq yenə də hamı öz yerində qalmaqda davam edir və əslində hələ də münaqişənin kəskinləşməsini dayandırmaq üçün heç nə etmirlər. Başqa təkliflərim də var, amma hələlik müşahidəçilərdən aydın cavabları eşitmək istərdim. Yoxsa aydın şəkildə demək lazımdır ki, müşahidəçilər (Rusiya istisna olmaqla) Qarabağda və bütövlükdə Cənubi Qafqazda genişmiqyaslı müharibədən faydalanırlar".

 

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı