Rusiya sülhməramlıları bölgədə yerləşsəydi biz Lələtəpəni azad edə bilərdikmi? - ekspert | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Rusiya sülhməramlıları bölgədə yerləşsəydi biz Lələtəpəni azad edə bilərdikmi? - ekspert

Ekspert rəyi A- A A+

"Rusiya-Gürcüstan müharibəsindən 11 il keçdi. “İlk atəşi kim açdı” sualı hələ də tərəflər arasında mübahisə predmetidir. Rusiya Gürcüstanı, Gürcüstan Rusiyanı ittiham edir".

Eurasia Diary xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Rusiyanın iddiası odur ki, Gürcüstan ordusu Rusiyanın Cənubi Osetiyadakı sülhməramlılarına hücum edib.

"Rusiya bu bəhanə ilə ordusunu hərəkətə gətirdi, tankları Tiflisə istiqamətləndi. Avropa ölkələri, o cümlədən Fransanın fəal vasitəçiliyi ilə müharibə dayandırıldı. Buna baxmayaraq, nəticə Gürcüstanın zərərinə oldu, Rusiya Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdi.

2008-ci il müharibəsinin başlanma səbəbi və inkişafı “Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilə bilərmi” sualına cavabı da tam çılpaqlığı ilə ortaya qoyur. Biz də Gürcüstan ordusu kimi Dağlıq Qarabağda hansısa hissəni azad etmək istəsəydik Rusiya “sülhməramlılarımıza atəş açıldı” deyib Dağlıq Qarabağın işğalını rəsmiləşdirəcəkdi. Bir anlığa təsəvvür edin ki, Rusiya sülhməramlıları bölgədə yerləşsəydi biz Lələtəpəni azad edə bilərdikmi? Ona görə də münaqişənin həllinin istənilən mərhələsində Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə icazə vermək olmaz. Onlar buralara gəlsələr, bir daha çıxmayacaq və illər uzunu başımıza dərd olacaqlar", - deyə E.Şahinoğlu bildirib.

Gülnar SƏLİMOVA

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...