"Erməni saytlarını izləyirəm, Azərbaycan sərhədçilərinin Qazax istiqamətində yüksəklikləri ələ keçirməsi barədə bir cümlə belə yoxdur". Eurasia Diary xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu facebook səhifəsində paylaşıb.
Tutalım ki, Ermənistan hakimiyyəti bunu gizlətməyə çalışır, bəs baş nazir Paşinyana müxalif olan partiyalar və media qurumları niyə məsələyə aydınlıq gətirməyə çalışmırlar? Bu əslində bizə də yol göstərir. Ermənilər eyni ilə Lələtəpəninin və Naxçıvandakı ərazilərin itirilməsinə də seyrçi qaldılar, reaksiya vermədilər. Demək, gələcəkdə daha böyük əraziləri itirsələr yenə reaksiya verəcək halları olmayacaq. İstifadə etməliyik!