"Azərbaycan və Gürcüstan bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşır" Əflatun Amaşov

Analitika 16:39 26.08.2019

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində 25 avqust 2019-cu il tarixində keçirilmiş qondarma "prezident seçkiləri"nə münasibət bildirib.

XİN-in bəyanatında deyilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin, onların nəticələrini tanımır.

Qeyd olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Məsələylə bağlı Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov öz fikirlərini Eurasia Diary ilə bölüşüb.

Millət vəkili bildirib ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşıb.

"Azərbaycan və Gürcüstan qonşu və dost ölkələrdir. Artıq bizim münasibətlərimiz starteji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz müxtəlif qurumlarda Avropa Şurasında, ATƏT-də, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, GUAM-da və s. təşkilatlarda adətən regionumuzun maraqları naminə eyni mövqedən çıxışlar edirik. Azərbaycanla Gürcüstan hər zaman  bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşıb. Abxaziyada keçirilən məlum "seçkilərə" gəlincə, Azərbaycan XİN mövqeyini birmənalı qaydada ifadə edib. Biz Gürcüstanı vahid dövlət kimi tanıyırıq və onun beynəlxalq səviyyədə qəbul edilmiş əraziləri çərçivəsində tanıyırıq. Eyni zamanda, Gürcüstan tərəfi də Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz Gürcüstanın ərazi bütövlüyünə xələl gətirən və onun ərazilərində yaranmış qondarma qurumların "seçkilərini" heç zaman tanımamışıq. Eyni zamanda, Gürcüstan da Dağlıq Qarabağda qondarma qurumun keçirdiyi "seçkilərlə" bağlı həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verib. Son belə bəyanat 2017-ci ildə qondarma qurumun qondarma referendumla bağlı keçirdiyi Gürcüstan tərəfinin həmin o referendum nəticələrinin tanınmaması ilə bağlı verdiyi bəyanatdır", - deyə Ə.Amaşov bildirib.

Nicat İsmayılov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı