Naxçıvanda Türkiyə hərbi bazası ... Türk hökumətinin ağlından belə keçmir...

Analitika 17:29 29.08.2019

Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ruben Safrastyanın ötən günlərdə verdiyi açıqlama Azərbaycanda gündəmi zəbt edən əsas mövzuya çevrilib. Erməni akademik açıqlamasında Naxçıvan Muxtar Respublikası ərazisində Türkiyənin hərbi baza yaradacağını bildirib:

Ruben Safrastyan ile ilgili görsel sonucu

“Hazırda Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasına hazırlıq gedir. Ankaranın əsas məqsədi geosiyasi xarakter daşıyır və Cənubi Qafqazdakı Rusiya-Türkiyə rəqabətindən qaynaqlanır”.

Bu açıqlamanı verən Ruben Safrastyan kimdir?

Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ruben Safrastyan həm də Ermənistan İctimai Şurasının üzvüdür. O, Türk tarixi, Türk dili və Osmanlı dövləti ilə bağlı onlarla kitab və monoqrafiya müəllifidir. Və ən önəmlisi bu şəxs illərlə Ermənistanın Almaniyadakı səfirinin müşaviri vəzifəsində çalışıb. Safrastyanın Ermənistan xarici işlər orqanlarında uzun müddət çalışdığı da bilinir. Yəni, bu “qocaman” erməni akademik, həm də sabiq diplomatdır.

Safratsyanın bu açıqlaması iki mənaya yozula bilər:

Əvvəla o, doğurdan da Naxçıvanda Türk hərbi bazası yaradılması “təhdid”ini öz ölkəsindəki siyasətçilərin diqqətinə çatdırmaq istəyə bilər. Çünki Safratsyan Naxçıvanda artıq adi hala çevrilən Türkiyə və Azərbaycan ordularının birgə hərbi təlimlərini Ermənistanın təhlükəsizliyi üçün bir problem olaraq görür və bu təlimlərin məntiqi davamı kimi Türkiyənin Naxçıvanda hərbi baza formalaşdıra biləcəyini proqnazlaşdırır.

Safratsyanın sabiq diplomat olduğunu nəzərə alsaq, onun bu açıqlamasından ikinci bir məna da çıxara bilərik. O, Azərbaycan ictimaiyyətinə türk hərbi bazası məsələsinin geniş müzakirə edilməsini və bu yöndə müsbət ictimai rəyin yaranmasını hədəfləmiş ola bilər. Çünki Türkiyənin bu gün Naxçıvanda hərbi baza yaratması nə Rusiyanın, nə də Ermənistanın Avropadakı havadarlarının qəti xoşuna gəlməyəcək. Rusiya Türkiyənin bu addımını özünün 102-ci bazasına alternativ kimi qəbul edəcək. Yəni hadisələrin bu formatda inkişafı Azərbaycan-Rusiya və Türkiyə-Rusiya münasibətlərində gərginliyə səbəb olacaq.

Azərbaycanda, konkret olaraq Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdirilməsi təklifi siyasətçilərimiz tərəfindən tez-tez səsləndirilir. Lakin qeyd etmək lazımdır ki, Naxçıvanda türk hərbi bazasının yaranması regionda yeni bir "güclər savaşı"nın başlanması mənasına gəlir. Belə ki, Türk ordusunun NATO sistemində yer aldığını nəzərə alsaq, Ermənistanda 102 saylı hərbi bazası mövcud olan Rusiyanın Azərbaycan ərazisində NATO dövlətinin hərbi baza yaratmasına göz yumacağı mümkün görünmür.

Qeyd edək ki, indiki siyasi şəraitdə Cənubi Qafqaza “girmək” Türk hökumətinin ağlından belə keçmir. Çünki hazırda Türkiyə Yaxın və Orta Şərq alovlarını söndürmək, Suriyada və Şərqi Aralıq dənizində üzləşdiyi problemləri sovuşdurmağa çalışır. Yəni, Türkiyənin Cənubi Qafqazda Rusiya ilə rəqabətə girəcək imkanı yoxdur...

Deyək ki, Türkiyə Naxçıvanda hərbi baza yaratmaq arzusundadır. Bu hansı dövlətin maraqlarına xidmət edir?

Əvvəlcə onu deyək ki, bu ümumiyyətlə mümkün deyil. Çünki Azərbaycan Respublikasının Hərbi Doktrinasında qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində heç bir dövlətin və ya qurumun hərbi bazası yerləşdirilə bilməz:

"Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır.”

Qeyd edək ki, qardaş Türkiyə Respublikasının sadəcə iki ölkədə, Sudan və Qətərdə hərbi bazaları mövcuddur. Və Türkiyə ordusu təhlükəsizlik səbəblərinə görə İraq və Suriyada müvəqqəti hərbi məntəqələr saxlayır. Azərbaycanın hərbi gücünü isə yuxarıda adını çəkdiyim dövlətlərin hərbi gücüylə müqayisə etməyə yəqin ki, gərək yoxdur. Üstəgəl, Azərbaycanın Naxçıvandan üzləşə biləcəyi yeganə təhdid Ermənistandır. Rusiyanın Ermənistanda yerləşən 102-ci bazası isə Azərbaycanın təhlükəsizliyi üçün təhdid hesab edilməməlidir. Çünki bu hərbi baza Naxçıvanla deyil, Türkiyə ilə sərhəddə yerləşir və Türkiyənin (NATO-nun) hücumundan Ermənistanı qorumaq üçün formalaşdırılıb. Qısası, nə bu baza, nə də Ermənistan Naxçıvan üçün təhlükə hesab edilə bilməz. Və Türkiyənin hər hansı xarici müdaxiləyə reaksiya verməsi üçün ölkəmizdə hərbi bazasını yerləşdirməyə ehtiyacı yoxdur.

102-ci baza ile ilgili görsel sonucu

İstənilən halda Azərbaycan öz torpaqlarını və təhlükəsizliyini özü təmin etməyə qadir olan bir dövlətdir. Və sırf Naxçıvanda Türkiyə hərbi bazasının yaradılması regionda yeni geosiyasi böhranlara səbəb olar ki, bu sadəcə Ermənistanın xeyrinə olan bir situasiyadır.

Politoloq İlqar Vəlizadə də bildirib ki, Ermənsitan tərəfi artıq uzun müddətdir ki, bu məsələni tez-tez gündəmə gətirir:

“Məlum məsələdir ki, burada onların əsas məqsədi məsələyə Rusiya tərəfinin diqqətini cəlb etməkdir. Çünki Ermənistan tərəfi özü aciz olduğuna görə, Azərbaycan və Türkiyənin öz güclərini birləşdirməsi cəhdlərinə qarşı çıxmaq üçün Rusiyanı qızışdırmağa çalışır. Halbuki, bir neçə ay bundan əvvəl də buna bənzər təlimlər keçirilmişdi. Lakin Rusiyanın Ermənistandakı hərbi təlimçisi cavab olaraq bildirmişdi ki, onlar bu təlimləri diqqətlə izləyirlər və Rusiya üçün heç bir təhlükə görmürlər”.

Vəlizadə qeyd edib ki, Azərbaycanın Hərbi Doktrinasında göstərilir ki, istənilən ölkə Azərbaycan ərazisində müştərək hərbi təlimlər keçirə bilər, lakin hərbi baza qurulmasından söhbət gedə bilməz.

"Bunu Rusiya tərəfi də gözəl başa düşür. Buna əsasən deyə bilərik ki, Azərbaycan tərəfi dəfələrlə Rusiya, Gürcüstan, İran, o cümlədən Türkiyə ilə bir sıra hərbi təlimlər keçirib. Lakin bu, o demək deyil ki, həmin dövlətlər Azərbaycan ərazisində hərbi baza qurub möhkəmlənəcək. Bu, tamamilə absurd fikirdir və bunu ancaq Ermənistan hakimiyyətinin xəstə təfəkkürlü nümayəndələri düşünə bilərlər”, - deyə siyasi şərhçi vurğulayıb.

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı