Paşinyan Qarabağa getməkdən vaz keçdi SƏBƏB

Analitika 13:32 06.09.2019

Rusiya ilə münasibətləri gərginləşən işğalçı ölkə Azərbaycanla üz-üzə qalacağından ehtiyatlanır; İrəvan ikinci aprel zərbəsi almaq istəmədiyi üçün danışıqlar masası arxasına qayıtmaq istəyir; politoloq: “Bir ölkənin ki, lideri ”Qarabağ Ermənistandır" deyir, hansı danışıqlardan söhbət gedə bilər?"

Eurasia Diary musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın sülh tərəfdarı olmadığı, daha da konkretləşdirsək, danışıqlar yolu ilə torpaqları azad etməkdən birdəfəlik imtinasını nümayiş etdirən növbəti addıma nədənsə ciddi reaksiya verilmədi. Söhbət sentyabrın 2-də işğal olunmuş Azərbaycan ərazilərində qondarma qurumun “müstəqilliy”inə həsr olunmuş şoulara Ermənistan rəhbərliyinin qatılmasından gedir.

Düzdür, bu günlərdə başı özünə qarışmış baş nazir Nikol Paşinyan Xankəndidəki mərasimlərdə iştirak etmədi. Lakin əslində o, 5 avqustda Dağlıq Qarabağda olarkən sözünü demişdi: “Dağlıq Qarabağ Ermənistandır. Nöqdə”. N.Paşinyanın bu fikirləri Azərbaycanın sərt reaksiyası ilə qarşılandı. Amma Paşinyanın bu bəyanatının həmsədr ölkələr tərəfindən də qınanması Ermənistanın mövqelərini zəiflətdi. ABŞ-ın Azərbaycandakı səfiri diplomatık dillə baş nazirin fikrilərinə etirazını ifadə etdi. Bundan sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da N.Paşinaynın avantürist bəyanatına reaksiya verib. “Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir. Hesab edirik ki, daxili ritorika mövcuddur, hansı ki, siyasi hərəkatda özünü əks etdirir. Hesab edirik ki, münaqişə tərəflərinin bəyanatlarına sülh yolu ilə nizamlanma istiqamətində aparılan ümumi səylər məzmununda baxılmalıdır. Təəssüflər olsun ki, biz bu cür bəyanatları müxtəlif səviyyələrdə tərəflərdən eşidirik. Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün önəmlidir” - deyə Zaxarova vurğulayıb.

Göründüyü kimi, N.Paşinyan elə mövqe sərgiləyib ki, hətta Ermənistanı himayə edənlər də ona bəraət qazandıra bilmir. Ancaq bu da var ki, rəsmi İrəvanı bu cür, dolayı qınaqlarla işğaldan çəkindirmək mümkün deyil, bunu ötən illərin təcrübəsi də göstərir. Ola bilər ki, Paşinyan həm də növbəti dəfə qınanmaqdan çəkindiyi, eyni zamanda Azərbaycanın qəfil hərbi zərbələrinə tuş gələ biləcəyindən ehtiyatlandığı üçün Qarabağdakı şoulara qatılmaqdan vaz keçib. Həm də Ermənistan rəhbərliyinə bu günlərdə danışıqların görüntüsünü yaratmaq çox vacibdir. Ermənistan XİN rəhbəri çox çalışır ki, sentyabrın ikinci yarısında ABŞ-da keçiriləcək BMT Baş Assambleyasının toplantısı çərçivəsində azərbaycanlı həmkarı ilə bir araya gəlsin. Bununla da Ermənistan Paşinyanın “miatsum” bəyanatını unutdurmaq və status-kvonun uzadılması üçün növbəti imkanlar əldə etmək istəyir.

Paşinyan Qarabağa ile ilgili görsel sonucu

Ancaq  Ermənistan XİN başçısı  Zöhrab Mnatsakanyan Paşinyanın “miatsum” bəyanatını müdafiə edəndən sonra növbəti dəfə Xankəndinə gəldi. Özü də nazir bu dəfə başının dəstəsi ilə Azərbaycan ərazilərində peyda oldu. Mnatsakanyan Ermənistanın xaricdə akkreditə olunmuş səfirləri ilə birgə Dağlıq Qarabağdakı tədbirlərə qatıldı. “Yeni Müsavat” erməni mənbələrinə istinadən bildirir ki, Ermənistan XİN başçısı Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq “xin rəhbəri” ilə görüş keçirib, səfirlərlə birgə müzakirələr aparıb və gələcək strategiyadan danışıb. Bütün bu davranışlar Bakı ilə İrəvan arasında danışıqların davamını mənasız edir. Elə əksər ekspertlər bu fikirdədir ki, artıq Ermənistan mövqeyini bəyan edib, bundan sonra danışıqlar masasına qayıtmaq, sadəcə, vaxt itkisidir. Odur ki, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara başlanılması zəruri sayılır.

N.Paşinyan kimi, Ermənistan prezidenti Armen Sərkisyan da Qarabağ ermənilərinə ünvanlandığı məktubda faktiki olaraq Azərbaycanı təhdid edib. Üstəlik, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan qondarma qurumun elan edilməsi münasibətilə göndərdiyi “təbrik məktubu”nda bildirib ki, heç bir halda Qarabağ məsələsində “ümumerməni birliyi”nin pozulmasına icazə verilməməlidir. “İllərlə davamlı olaraq dediyim kimi, bu gün də təkrar etmək istəyirəm ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, - deyə Sərkisyan iddia edib. Xatırladaq ki, N.Paşinyan ABŞ səfəri zamanı erməni diasporu ilə görüşəcəyini, “miatsum”dan danışacağını anons edib. Beləliklə, Ermənistanda və ümumiyyətlə, ermənilər arasında bir qarış ərazinin belə Azərbaycana qaytarılmasından söhbət getmir. Bu isə savaşı labüd edir.

“Azərbaycan rəsmi İrəvanı danışıqlar prosesinin səmərəliliyini artırmağa, yəni artıq qəbul olunmuş sazişləri həyata keçirməyə məcbur etmək üçün Ermənistan hərbi birləşmələri ilə açıq hərbi qarşıdurmaya keçə bilər”. Bu sözləri axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi politoloq, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma kəskinləşəcəyi halda, Rusiya yenidən hər iki tərəfi hərbi güc istifadəsindən imtina etməyə və problemləri diplomatik yolla həll etməyə çağıracaq. “Mənim fikrimcə, rəsmi Bakı belə olan halda Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bu yolla getməyi tələb etməlidir: danışıqlar prosesinin hazırkı formada heç bir irəliləyişə töhfə vermədiyini qəbul edin, həmçinin prosesin səmərəliliyini artırmaq məqsədilə onu modernləşdirin”, - deyə Perenciyev bildirib.

Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikoly Patruşevin İrəvandan sonra Bakıya səfər etməsini şərh edən ekspertlər bildirirlər ki, əsas məqsəd savaşın qarşısını almaqdır. Ancaq Azərbaycan sülh prosesinə sadiqlik nümayiş etdirdiyi halda, Ermənistan fərqli davranış sərgiləyir. Elə Ermənistan XİN başçısının Qarabağa səfirlərlə birlikdə səfərə etməsi bunun təzahürüdür. Ancaq Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan həmkarı Elmar Məmmədyarovla görüşəcəyini açıqlayıb. Hansı ki, nə Paşinyan, nə də onun nazirinin davranışları danışıqların ruhuna uyğun gəlmir.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, Ermənistanın xarici ölkələrdəki səfirlərinin Dağlıq Qarabağa gətirilməsi təxribatdır: “Çalışacaqlar ki, səfirlər vasitəsilə Dağlıq Qarabağı beynəlxalq aləmə tanıtsınlar. Keçən il də belə bir səfər təşkil olunmuşdu”. Danışıqların perspekivinə gəldikdə, ekspert indiki şərtlər daxilində danışıqların əleyhinə olduğunu bildirdi: “Bir ölkənin ki, lideri ”Qarabağ Ermənistandır" deyir, hansı danışıqlardan söhbət gedə bilər? Mən düşünürəm ki, danışıqların bərpası ermənilərin xeyrinə olar. O halda ermənilər deyə bilər ki, “Qarabağ Ermənistandır” dedilər və danışıqları da bərpa etdilər. Bu isə bizim maraqlarımıza cavab vermir".

Azərbaycan Xarici İşlər Nazirliyi isə hələlik danışıqlarla bağlı hər hansı açıqlama verməyib. XİN-in mətbuat xidməti son günlər davamlı şəkildə Ermənistan rəhbərliyinin destruktiv mövqeyinə sərt reaksiya verib. Elə Paşinyan və Sərkisyanın Qarabağ separatçılarına təbrik göndərməsi də cavabsız qalmayıb. Eyni zamanda “Yeni Müsavat”a bildirilib ki, Qarabağdakı “müstəqillik” şousu və Azərbaycan ərazilərinə qanunsuz gələnlərlə bağlı səfirliklər səviyyəsində işlər aparılır. Ancaq XİN hesab edir ki, Dağlıq Qarabağdakı qondarma rejimin keçirdiyi tədbirlərə rəsmi reaksiya verməyə dəyməz, çünki söhbət separatçılardan gedir.

****

Paşinyan Qarabağa ile ilgili görsel sonucu

Ermənistan hakimiyyəti bu günlərdə aqoniya vəziyyətindədir. Rusiya öz forpostuna təzyiqləri getdikcə artırır. Erməni mətbuatı yazır ki, Putin Robert Köçəryanın həbsdən buraxılması üçün Paşinyan hökumətinə 10 gün vaxt verib. Artıq bu müddətin yarısı geridə qalıb. Deməli, gələn həftə Ermənistanla bağlı maraqlı proseslərin şahidi ola bilərik. Yeri gəlmişkən, 12 sentyabrda R.Köçəryanın və tərəfdarlarının məhkəməsi başlayacaq. “Kommersant” qəzeti yazıb ki, R.Köçəryan üçüncü dəfə həbsdən azad edilə bilər. Qəzet eks-prezidentlə bağlı Konstitusiya Məhkəməsinin çıxardığı yumşaq qərara da istinad edib. Rusiya prezidentinin bu günlərdə yubiley təbriki yolladığı Köçəryanla həbsxanada görüşəcəyi barədə xəbərdarlıq Paşinyanı çətin durumla üz-üzə qoyub. Virtualaz.org xəbər verir ki, əvvəlcə “Past” adlı erməni qəzeti Putinin oktyabrda Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Yerevana səfəri zamanı həbsdə olan eks-prezident Robert Köçəryanla görüşmək istədiyini yazıb. Qəzet iddia edib ki, Rusiya tərəfi Putinin həbsxanada Köçəryanı ziyarət etməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edib. Qəzetin yazdığına görə, erməni tərəfi bu tələbi rədd edib, nəticədə Moskva sammitin Yerevanda keçirilməsinin təxirə salınmasını və başqa üzv ölkənin paytaxtına təyin edilməsini nəzərdən keçirir. Bəzi qərbyönümlü erməni ekspertlər isə Putinə yönəlik sərt fikirlər səsləndirirlər.  “Məlumatlı vətəndaşlar ittifaqı” adlı QHT-nin lideri, Soros Fondundan və digər qərb institutlarından maliyyələşən və Paşinyanın “məxməri inqilabı”ına fəal dəstək verən Daniel İoannisyan özünün Facebook səhifəsində münasibət bildirib. İoannesyan yazıb ki, Putin Köçəryanın yanına, həbsxanaya getmək istəyirsə öz işidir, amma gərək ehtiyatlı ola. Çünki “qapı arxadan bağlana” bilər. “Əgər Vladimir Putin Robert Köçəryanla həbsxanada görüşmək istəyirsə, qoy ehtiyatlı olsun ki, qapını arxasınca bağlamasınlar”,-o yazıb.

Müşahidələr onu göstərir ki, Ermənistanın Azərbaycanla danışıqlara can atmasının bir səbəbi də hazırda Rusiyanın ondan üz döndərməsi, Paşinyan hakimiyyətini diz üstə çökdürmək cəhdidir. İrəvan bu durumda “ikinci aprel dərsi” almaq istəmədiyi üçün nəyin bahasına olursa-olsun Azərbaycanla danışıqları bərpa etməyə çalışır. Amma maraqlısı budur ki, heç bir həmsədr ölkə, xüsusilə də Rusiya danışıqlara ev sahibliyi etməyə həvəs göstərmir. Heç ATƏT-in Minsk Qrupunun turist həmsədrləri də gözə dəymir. Tufanqabağı sakitlik isə Paşinyanı çox narahat edir...Azərbaycan hərbi əməliyyatları bərpa etsə, Rusiya bu dəfə apreldəki kimi 4 gün yox, 4 ay susa bilər, erməniləri qorxudan budur...

 

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB
09:53 28.03.2024
Hamısı