Paşinyan BMT-də nə deməyə hazırlaşır?

Analitika 15:16 07.09.2019
Ermənistanın Baş naziri Nikol Paşinyan bu ay ABŞ-a səfərə hazırlaşır. Onun ABŞ səfərinin bir sıra məqsədləri var.
 
Eurasia Diary xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Paşinyanın ABŞ-a səfərinin məqsədləri barədə danışarkən qeyd edib. 
 
“Paşinyanın ABŞ-a səfərinə birinci məqsədi BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış etməkdir. İkinci məqsəd BMT koridorlarında ABŞ Prezidenti Donald Trampla görüşün reallaşmasına çalışmaq, üçüncü məqsəd isə Nyu Yorkdan Los-Angelesə keçib, buradakı erməni diasporu qarşısında çıxış etməkdir”.
 
Politoloq hesab edir ki, Paşinyanın Trampla görüşmək istəyinin reallaşması çətindir: “Ötən il də Paşinyan Trampla görüşməyə çalışdı, hətta bu məqsədlə əvvəlcə müşavirini Vaşinqtona yolladı, ardınca da ermənipərəst konqresmenlərin Ağ Evə məktub göndərilməsinə nail oldu. Ancaq bütün cəhdlər boşa çıxdı. Tramp Paşinyanla görüşmədi. Bu dəfə də Ağ Ev sahibinin belə bir istəyi yoxdur”.
 
E.Şahinoğlunun fikrincə, Nikol Paşiyanın BMT Baş Assambleyasında və onun sessiyada nə deyəcəyini təxmin etmək üçün ötənilki çıxışının əsas tezislərinə diqqət yetirmək kifayətdir.
 
“Paşinyan Baş Assambleyada ötənilki çıxışında demişdi ki, “Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır, əks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi lazımdır, əhalisi yox”. O daha sonra bildrimişdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz”. Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanın xarici siyasətinin prioritetlərindən olduğunu deyərək, əlavə etmişdi ki, qondarma “dqr”ın statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq.
 
Nyu Yorkdakı bu çıxışı ilə sülh danışıqlarına zərbə vuran Paşinyan beynəlxalq aləmi Azərbaycana təzyiqi artırmağa təhrik etmişdi: “Münaqişəni hərbi yolla həll etmək üçün hər hansı bir cəhd regionun təhlükəsizliyi, demokratiya və insan hüquqları üçün birbaşa təhlükədir. Ermənistan münaqişənin ATƏT-in Minsk qrupu formatında həlli prosesində konstruktiv şəkildə iştirak etməyə davam edəcək. Bu, münaqişənin həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış mandatı olan formatdır”.
 
Maraqlıdır ki, Nikol Paşinyanın “sülhə çağıran” çıxışından bir neçə gün sonra Ermənistanın işğalçı qoşunları hərbi təlimlər keçirmişdi və bununla özləri bölgədəki gərginliyi artırmışdı. Paşinyanın ötənilki çıxışı Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən hər hansı nəticə əldə etməyin mümkünsüzlüyünü bəribaşdan müəyyən etdi. Paşinyan ötən ilin sentyabr ayında təxribatçı açıqlamalarını bu tezislərlə möhkəmləndirdi: “Dağlıq Qarabağda referendum keçirilməlidir”, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” (bu ilin avqustun 5-də Xankəndində dediyi bu ifadəni o hələ bir il əvvəl beyinlərə yetirməyə çalışırdı), “Dağlıq Qarabağın Azərbaycana adiyyatı yoxdur”.
 
E.Şahinoğlu həmçinin qeyd edib ki, Paşinyanın BMT Baş Assambleyasının sessiyasında budəfəki çıxışında da oxşar tezislərin səslənəcəyini proqnozlaşdırmaq olar: “O ötənilki çıxışına Azərbaycana qarşı yeni ittihamlarına bunları da əlavə edə bilər: “Azərbaycan sülhdə maraqlı deyil”, “Azərbaycan münaqişəni hərbi yolla həllinə üstünlük verməklə bölgədə müharibə riskini artırır”.
 
Aydındır ki, Paşinyanın bu çıxışından sonra Azərbaycan Xarici İşlər Nazirliyi ənənəvi açıqlamasını yayacaq. Ancaq Paşinyanın təxribatçı çıxışlarına başqa səviyyədə reaksiya verilməlidir. O da indidən aydındır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu Yorkda gözlənilən görüşü ötənilki kimi nəticə verməyəcək. Bu görüşlər danışıqların imitasiyasından başqa heç nə deyil. Bizə isə imitasiya deyil, münaqişənin həllini yaxınlaşdırmaq lazımdır”, - deyə E.Şahinoğlu bildirib.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı