Milli Təhlükəsizlik şefinin istefasının arxasında hansı məqamlar var? Ermənistanda çevriliş ehtimalı...

Analitika 17:28 17.09.2019

Xəbər verdiyimiz kimi ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan vəzifəsindən istefa verib.

Vanesyan bunu öz müraciətində bildirib.

Qeyd edək ki, bir müddət əvvəl onun istefa verdiyi, ancaq Ermənistanın Baş Naziri Nikol Paşinyanın çağırışından sonra ərizəsini geri götürdüyünə dair məlumat yayılmışdı.

Vanesyandan Paşinyana “Stop” mesajı...

A.Vanesyanın istefa məktubu erməni mətbuatında yayımlanıb. Həmin məktubda Vanesyan Paşinyan iqtidarına qarşı sərt ittihamlar irəli sürüb:

“Mən hesab edirəm ki, hazırkı vəziyyətdə və gələcək kontekstində bu qərar mənim Ermənistana və xalqıma xidmətim üçün ən arzuolunan və əsaslı qərardır… Kor-koranə qərar qəbul etmək, əməllərdə xaos, prioritetləri ikinci dərəcəlilərdən ayıra bilməmək məqsədlərə aparan yol deyil. Bunun zabit şərəfi ilə heç bir əlaqəsi yoxdur. Zabit poqonları və hadisələrin bu cür inkişaf prosesi bir araya sığmaz. Qoy mənim istefam ayıldıcı “Dayan” siqnalı olsun, bütün qalan variantlarda isə Vətən qarşısında borc qalib gələcək. Ölkəmiz üçün sülh və əminamanlıq!”

Vanesyan istefa məktubunda heç bir ad çəkməsə də “STOP” mesajının baş nazir Paşinyana ünvanlandığı və məktubda tənqid edilən cəhətlərin məhz ona xas olduğu sirr deyil. Paşinyanla onun ciddi fikir ayrılıqları var idi, lakin Vanesyan zabit şərəfini qorumaq üçün istefa verdiyini açıqlayıb. Deməli, Ermənistan iqtidarının qəbul etdiyi bəzi qərarları icra etmək onun zabit şərəfinə uyğun deyil. Və Vanesyan bu qərarları qəbul edən hökuməti tənqid edir, onu “STOP”-a çağırır və vətəndaşları ayıldır.

Paşinyan istefa barədə: “Heç nəyi başa düşmürəm”

Paşinyanın Vanesyanın istefasından xəbəri var idi. Bu onun üçün sürpriz olmamışdı. Vanesyan ümumən onun fəaliyyətindən narazı idi. Aralarında tez-tez müxtəlif mövzularda mübahisələr yaşandığı və son aylarda Vanesyanın bir neçə dəfə istefa üçün müraciət etdiyi erməni KİV-lərində qeyd edilmişdi. İstefa haqqında da ictimaiyyətə ilk xəbər verən Vanesyan yox, Paşinyan oldu.

Baş Nazir dünənki mətbuat konfransında Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin işində nələrin onu təmin etmədiyi haqda təfərrüatları açıqlamaqdan imtina edib. O, bildirib ki, “bu, ictimai şəkildə müzakirə oluna biləcək” məsələ deyil. Eyni zamanda Paşinyan Vanesyanın məktubunda istefasının əsas səbəbi kimi təqdim etdiyi “zabit şərəfi” məsələsinə də toxunub:

 “Elə bir hal olmayıb ki, Vanetsyan “zabit şərəfi” ilə əlaqədar hər hansı probleminin olduğunu bildirsin. Mən onun nədən bəhs etdiyini anlamıram”.

Bəs Vanesyan kimdir?

Artur Vanesyan Ermənistanda məşhur oliqarx “AB Trans” şirkətlər qrupunun sahibi (60%-nin) Qaqaik Vanesyanın oğludur. Anası Marqarita Azaryan Ermənistan Dövlət Qulluğu Şurasının üzvü və Fövqəladə Hallar Nazirliyinin müşaviri vəzifələrini icra edib. Ata-oğul Vanesyanların Rusiya ilə sıx əlaqələri olduğu şübhəsizdir. Koçaryan dövründə “əli gətirən” biznesmenə çevrilən atanın və yenə həmin dövrlərdə müxtəlif dövlət orqanlarında çalışan ananın övladı olmuş Arturun Rusiya ilə bağının olması şübhəsizdir. Xatırladaq ki, Artur Vanesyan həm də 2002-ci ildə Rusiyanın Federal Təhlükəsizlik Bürosunun Akademiyasında ixtisasartırma kursu keçib.

Paşinyanla Vanisyan arasında ciddi ixtilafa səbəb olan mövzulardan biri də 2008-ci il mart hadisələrinə yanaşma idi. Vanisyan bu hadisələrin üzərinə gedilməsinin və Paşinyanın o dövrün liderlərindən qisas almasının rəsmi Moskvanı narahat edəcəyini dəfələrlə bildirmişdi. Artur həmçinin Koçaryanın ikinci dəfə həbsə yollanmasının da əlehinə idi. Bütün bunlar onun bir il əvvəl Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanla telefon danışığının audioyazısında öz əksini tapıb.

Belə ki, bir il əvvəl Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri Artur Vanetsyan və Sasun Xaçatryanın telefon danışığının audioyazısı erməni ictimaiyyətində ciddi rezonans doğurmuşdu. Xüsusi İstintaq Xidmətinin rəhbəri Xaçatryan audioyazıda Robert Koçaryana qarşı ittiham irəlü sürmək və məhkəmədən eks-prezidentin həbsinə imkan verən qərar almaq niyyətində olduğunu bildirir. O həmçinin deyir ki, eyni işlə bağlı KTMT baş katibi Xaçaturovu da təqsirləndirilən şəxs qismində cəlb etməyi düşünür. Cavabında MTX rəhbəri Artur Vanetsyan Xaçaturova toxunmamağı məsləhət görür, əks halda Rusiya ilə münasibətlərin pozulacağı haqda xəbərdarlıq edir.

“Axı o KTMT şefidir, toxunmaq lazım deyil – biabır olarıq. Heç olmasa ölkəni tərk etməməsi haqda iltizam”, – Vanetsyan deyir.

“Qapatmayaq onu? Artıq bizdədir. Onda baş nazirlə (Paşinyanla) danış, çünki ona dedim ki, haqqında həbs qətimkan tədbiri seçiləcək”, – Xüsusi İstintaq Xidmətinin rəhbəri cavab verir.

Səs yazısından da göründüyü kimi Vanesyan 1 mart hadisələri ilə bağlı həbslərə, xüsusilə də o dövr KTMT-nin rəhbəri olan Yuri Xaçaturovun həbsinə kəskin etiraz edir. Görünür, onunla Paşinyan arasında mübahisələrin ilkin mərhləsi elə burdan başlayıb.

Vanesyanın istefasının pərdə arxasında duran məqamlar...

Vanesyan istefasında 4 pərdə arxası məqam ola bilər. Birinci versiyaya görə, Vanesyan Paşinyanın devriləcəyini proqnazlaşdırıb və hər kəsdən əvvəl batan gəmini tərk etmək istəyib. Çünki son illərdə, xüsusilə “Amulsar”olayı, Koçaryanın məhkəməsi, Rusiya ilə münasibətlər, Azərbaycanla müharibə risklərinin artması və ən əsası vəd edilən sosial-iqtisadi islahatların aparılmaması Paşinyanın və komandasının ölkə içindəki nüfuzunu olduqca aşağı salıb.

İkinci ehtimal Rusiya faktoru ilə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Vanisyanın Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi var. Belə olan halda onun Moskvadan işarə alaraq istefa verdiyini ehtimal etmək olar. Bu versiyada Vanisyanın istefası Koçaryanın həbsdən çıxarılmamasına “Putinin etirazı” kimi izah edilə bilər.

Üçüncü versiya Vanesyanın Qarabağ klanına, ya da muxalifətə “transferi” ilə bağlıdır. Belə ki, hökumətdən istefa verən Vanetsyan parlamentdə 26 nümayəndə ilə təmsil olunan və ana muxalifət hesab edilən Çiçəklənən Ermənistana, ya da Qardabağda qondarma seçkilərdə yeni komanda yaratmağa hazırlaşan klana keçid edə bilər.

Dördüncü versiya isə “çevriliş” ehtimalı ilə bağlıdır. Belə ki, Paşinyanın Koçaryanın həbs edilməsi ilə Qarabağ klanına “müharibə elan etdiyi” məlumdur. Koçaryanın həbsindən sonra isə erməni mətbuatında klanın çevriliş hazırlığında olduğu ilə bağlı ardıcıl xəbərlər yayıldı. Bu klansa Ermənistanın müstəqillik tarixində bir dəfə uğurlu çevriliş edə bilib. Bu Paşinyanın da jurnalist kimi çalışdığı zamanlarda dəstəklədiyi Levon Ter-Petrasyana qarşı baş tutmuş çevriliş idi. 1998-ci ildə Baş Nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyan eyni vaxtda istefa hədələrini səsləndirdilər və yaşanmış siyasi krizisdən sonra prezident Petrosyanı istefaya məcbur etdilər. Əgər Vanisyandan sonra Daxili İşlər və ya Müdafiə naziri istefa versələr eyni aqibəti Paşinyan da yaşaya bilər...

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı