General-feldmarşal devriləcəkmi? Misir xalqı ayağa qalxdı

Analitika 14:56 23.09.2019

Ötən həftənin cumə günündən başlayan, Misirdə Tahrir başda olmaqla bir çox meydan və vilayətlərdə 5 ildir iqtidarda olan prezident Əbdülfəttah əl Sisiyə qarşı etiraz aksiyaları günü-gündən genişlənir.  Sisi 2014-cü ildə xalq tərəfindən demokratik yolla seçilmiş prezident Seyid Mursiyə qarşı hərbi çevriliş edərək hakimiyyəti ələ almışdı.

Mısır'da cuma eylemlerinden bu yana yaklaşık 300 kişi gözaltına alındı

Qeyd edək ki, ötən gün Anadolu Agentliyin verdiyi məlumatlara görə 300-ə yaxın dinc aksiyaçı həbs edilib. Hökumət vətəndaşların aktiv istifadə etdikləri sosial şəbəkələrə girişi məhdudlaşdırıb. Xarici xəbər agentliklərinin fəaliyyəti də həmçinin Sisinin qəbul etdiyi qərarla məhdudlaşdırılıb. Bütün bunların müqabilində hökumət hələ də aksiyaların qarşısını ala bilməyib. Əksinə aksiyalar paytaxt Qahirədən digər qəsəbə və şəhərlərə sıçrayıb. Misirdəki Sisi əlehinə formalaşan nümayişlərin isə açar ismi misirli iş adamı Məhəmməd Əlidir. Misirdə onun sosial şəbəkələrdəki çağırışlarından sonra başlayan küçə nümayişləri getdikcə genişlənməkdədir. Bütün bunlar Misirdə yeni bir “bahar”ın başladığı mənasına gəlir?

Bu sualı Eurasia Diary oxucuları üçün Yaxın və Orta Şərq regionu üzrə ekspert, dr. Ersan Sarıkahya cavablandırıb.

Ersan Sarıkahya ile ilgili görsel sonucu

E.Sarıkahya Misirdəki aksiyaların necə başladğını belə izah edib:

“Misirdə hərbi çevriliş nəticəsində iqtidara gələn Sisiyə qarşı xalq hərəkatının başlanması və vətəndaşların küçələrə çıxaraq aksiyalar keçirməsinin ən önəmli səbəbkarı İspaniyada sürgündə yaşayan Sisi əleyhdarı iş adamı Məhəmməd Əlidir. Bu şəxs Sisinin və onu iqtidara daşıyan generalların korrupsiya fəaliyyətlərini ifşa edən və muxalif qüvvələri ətrafında toplayan əsas sima kimi tanınır. Ötən günlərdə yenə Məhəmməd Əli şəxsi tvitter hesabında “bu qədər kifayətdir Sisi” həştəqini paylaşmış və bu paylaşımdan sonra bir milyona yaxın misirli bu həyştəqi paylaşaraq rejimə etirazlarını eynən "ərəb baharı"nda olduğu kimi ilkin mərhələdə sosial şəbəkələr üzərindən ifadə etmişdi. Əli ötən həftənin cümə günü Misirdə Əhli və Zemalik komandalarının qarşılaşmasından sonra xalqı küçələrə çağırmışdı və bu çağırış effektli olmuş, minlərlə şəxs küçə nümayişlərinə qatılmışdı”.

E.Sarıkahya xalqı ayağa qaldıran misirli biznesmenin kimliyi barədə maraqlı faktları açıb:

“O ünlü bir inşaat şirkətinin sahibidir. Təxminən 15 ildir ki, Misir ordusunda əhatəli inşaat layihələri həyata keçirir. Bəlkə də buna görə Sisi və onu dəstəkləyən generalların korrupsiya fəaliyyətlərindən kifayət qədər xəbərdardı və bununla bağlı onda kifayət qədər sənədlər var. Məhəmməd Əli “Amlak” adlı inşaat şirkəti vasitəsilə Sisi rejiminin dövlətə məxsus olan pulları İskəndəriyyə və digər əhəmiyyətli limanlarda həyata keçirilən genişmiqyaslı layihələrdə mənimsədiyini iddia edir. Bu sürgündəki iş adamı Sisi rejiminə müharibə elan edib və əlində olan rejimin bütün korrupsiya ilə bağlı sənədlərini sosial medyada paylaşıb. Əli iyuldan bu yana yayımladığı vidiolarda Sisi rejiminin yeyinti və mənimsəmə fəaliyyətlərini açıq şəkildə ifşa edib. Onun yayımladığı videolara milyonlarca baxış gəlib. Bu videolar milyonlar tərəfindən izləndikdən və reaksiyalara səbəb odluqdan sonra Qahirədə keçirilən gənclər konfransında Sisi ona qarşı ittihamlar irəli sürən Məhəmməd Əliyə cavab verdi. O, cavabında qapalı ifadələrdən istifadə etdi. Sisi, “mən yeni bir ölkə inşa edirəm” deməklə milyonlarla vəsaitin xərcləndiyi inşaatların Misir xalqına və dövlətinə məxsus olduğunu bildirdi”.

Əli Sisini devirmək üçün 30 milyon misirlini küçələrə çağırıb. 30 milyon rəqəmi simvolikdir və bu rəqəm həbsdə vəfat edən sabiq prezident Mursinin inqilabına işarə edir. Əlinin xalqı futbol üzrə ölkə kuboku oyunundan sonra inqilaba çağırması da taktiki bir gedişdir, çünki kubokda qarşılaşan kamandalar – Əhli və Zemalik Misirdə ən çox azərkeşə sahib iki komandadır.

Cumə günündən başlanan etirazlarda yüzlərlə insan həbs edilib. Ölkədə elan edilən qeyri-rəsmi fövqəladə haldan muxalifət də bərk narahatdır. Misir Partiyası həbs edilənlərin dərhal azad edilməsi və siyasi islahatların həyata keçirilməsini tələb edib. İnqilabçı Sosialist Hərəkat Partiyası isə açıqlamalarında qorxu dövrünün sona çatdığını və Sisinin istefasının artıq çox asan olduğunu iddia edib. Prezident Sisi isə baş verənlərdən çox narahatdır. O, sosial medyanın təsir gücündən qorxaraq müxtəlif şəbəkələrin və xarici xəbər agentliklərinin ölkədəki fəaliyyətini məhdudlaşdırmaq haqqında əmr verib. Lakin bu əmr əks reaksiyaya səbəb olub. Bu işlər qısa zamanda çözülə bilməz. Hadisələrin bu ssenaridə davamı Misirin qısa zamanda bir çox fövqəladə yeniliklərlə üzləşəcəyinə işarə edir”- deyə ekspert əlavə edib.

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı