"Qarabağda müharibə başlasa, Pakistan..." tanınmış hərbi müxbirdən mühüm açıqlama

Analitika 11:21 24.09.2019

Xəbər verdiyimiz kimi, Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) BMT Baş Məclisi çərçivəsində keçirilmiş qrup görüşündə dünyanın Ermənistana Azərbaycan ərazilərini azad etməsi və işğala son qoyması üçün daha çox təzyiq göstərməsini tələb edib.

O qeyd edib ki, Pakistan Azərbaycanı dəstəkləyir və Ermənistan kimi təcavüzkar qüvvələrin dünyadakı əsas güclər tərəfindən sərt şəkildə qınanılmadığı təqdirdə sülhü bərqərar etmək mümkün olmayacaq.

Mahmud Qureyşi əlavə edib ki, Dağlıq Qarabağ on illiklər boyunca insanların əzab-əziyyət çəkməsinə səbəb olmuş bir yanar atəşdir. Kəşmir və Dağlıq Qarabağ oxşar hallarla üzləşib. Nazir Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı dərhal tərk etməsini tələb edib.

Pakistanlı nazirin bu açıqlamaları Azərbaycan və Pakistan arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu bir daha ortaya qoyub. Bununla bərabər, qeyd etmək lazımdır ki, son aylarda xüsusən Ermənistan Baş Naziri Nikol Paşinyanın Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi populist və bir o qədər də radikal bəyanatlar Azərbaycan və Ermənistan arasında müharibə riskini olduqca artırıb. Daha doğrusu hazırki siyasi şəraitdə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün müharibədən başqa yolu qalmayıb.

Bəs hər zaman Azərbaycanın beynəlxalq tribunalarda maraqlarını müdafiə edən və dəstəkləyən Pakistan Qarabağ müharibəsi başlaryarsa, Azərbaycana dəstəyini hərbi sahədə davam etdirə bilərmi? Pakistan Xarici İşlər nazirinin İƏT toplantısında Ermənistan rəhbərliyinə verdiyi sözlü və qeyri-rəsmi notanın arxasında hansı məqamlar dayanır?

Eurasia Diary bu suallara pakistanlı ekspert, Pakistanın “DND Xəbər Agentliyi”nin rəhbəri, uzun illər hərbi və diplomatik müxbir kimi çalışmış tanınmış jurnalist Ağa İqrar Haruna müraciət edib.

agha iqrar haroon ile ilgili görsel sonucu

O, Pakistanın Azərbaycanın müstəqilliyindən bu yana bir qardaş kimi yanında durduğunu vurğulayıb:

“Pakistan hər zaman bir qardaş kimi Azərbaycana dəstək olub, onun yanında durub. Pakistan Azərbaycanın müstəqilliyi tanıyan ilk dövlətlərdən biridir. Pakistan xalqı, milləti və hökuməti hər zaman beynəlxalq arenalarda Azərbaycanın maraqlarını müdafiə edib. Bizim Xarici İşlər naziri Qureyşinin sonuncu çıxışı bir daha iki dövlət arasındakı qardaşlıq əlaqələrini ortaya qoyub”.

A.İ.Harun Pakistanın Kəşmir problemi ilə Azərbaycanın Dağlıq Qarabağ problemi arasında bir çox oxşar cəhətlərin olduğunu qeyd edib və Pakistan Xarici İşlər naziri Qureyşinin açıqlamalarını bu müstəvidən təhlil edib:

“Hazırda Kəşmirin vəziyyəti də Qarabağın vəziyyəti ilə bənzərdir. Nəzərə alaq ki, orada da Qarabağdakı kimi müsəlmanlara qarşı soyqırımlar və qətliamlar törədilib. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb ki, Kəşmirdə də buna bənzər hallar baş verib. Ona görə də Pakistan xalqı və hökuməti Azərbaycan xalqının üzləşdiyi vəziyyəti çox gözəl başa düşür. Pakistan Xarici İşlər naziri Qureyşinin sözügedən bəyanatı Pakistan xarici siyasəti üçün mühüm hadisədir. Bu bəyanatdan da göründüyü kimi Pakistan ciddi surətdə Ermənistandan Dağlıq Qarabağı dərhal tərk etməsini tələb edir”.

Ekspert həmçinin Dağlıq Qarabağda müharibə başladığı zaman Pakistanın buna biganə qalmayacağını və Azərbaycana dəstək olacağını əminliklə vurğulayıb:

İlgili resim

“Bir peşekar jurnalist, hərbi və diplomatik müxbir kimi deyə bilərəm ki, Qarabağda müharibə başlasa Pakistan hərbi köməyini Azərbaycandan əsirgəməyəcək. Təsadüfi deyil ki, Pakistan özünün ən yüksək səviyyəli silahlarını Azərbaycana təklif edir. Əgər birbaşa hərbi münaqişə baş verərsə, Pakistan hər bir yola bir dost kimi və Azərbaycanın güvəndiyi bir ölkə kimi ona dəstək olacaq...”

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı