Türkiyə, Azərbaycan və Şimali Kipr "Türk Milləti Ailəsi"nin birlikdə şəhid olan övladları

Analitika 20:43 27.09.2019

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası, bir millət üç dövlət fəlsəfəsinin meydana gəlməsinə vəsilə olub. Bu üç dövlət eyni dili, mədəniyyəti və tarixi olan köklərə malikdir.

Minillər əvvəl, Türküstan coğrafiyasından başlayaraq tarix boyu oxşar taleləri bölüşərək birlikdə gülüblər, kədərləniblər, ağlayıblar, vuruşublar, habelə birlikdə qazi və şəhid olublar.

1915-ci ildə Osmanlı İmperiyası Çanaqqalada vuruşarkən, Azərbaycan və Kipr türkləri dərhal cəbhəyə qaçaraq bu ülvi mübarizədə iştirak ediblər. Bu yolda bəziləri qazi, bəziləri isə şəhid olublar.

1915-ci ildən 3 il keçdikdən sonra, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti işğal təhlükəsi altına olduqda 15 sentyabr 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu köməyə gəlib və Azərbaycan uğrunda şəhid olublar.

Qafqaz İslam Ordusu, o dövrdə ittifaq dövlətlərinin qurulmasını istəmədikləri bir ordu idi. Belə bir şəraitdə, Osmanlı İmperiyası Nuru Paşa daxil olmaq üzrə sadəcə formal şəkildə münasibətləri kəsdikləri insanlardan könüllü bir ordu qurdurulmasını təmin edib.

Bu il Bakının azad olunmasının 101-ci ildönümüdür. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakıya daxil olub. Bu müddətdə Azərbaycan, Qarabağ və Dağıstanın düşmən işğalından azad edilməsini təmin edib.

Qafqaz İslam Ordusunda döyüşərkən şəhid olan Azərbaycan və Türkiyə əsgərləri Bakının Şəhidlər Xiyabanında, Bakı Türk Şəhidliyində dəfn edilib. Bakı Türk Şəhidliyində 1130 türk əsgərinin adlarını görmək olar.

Şəhid olan Azərbaycan və Türkiyə əsgərlərinin Bakıdakı Türk Şəhidliyinə nəql edilməsi məsələsi də böyük əhəmiyyətə malikdir. 1920-ci ildə Azərbaycanda Sovet dəmir pərdə dövrünün başlamasından sonra Qafqaz İslam Ordusunda şəhid olan Azərbaycan və Türkiyə əsgərlərinin məzarları illərlə Azərbaycan xalqı tərəfindən kamuflyaj edilərək xüsusi qayğı ilə qorunmuşdur. 1991-ci ildə Azərbaycanın müstəqilliyini qazanmasından sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının yaxın əməkdaşlığı nəticəsində Bakı Türk Şəhidliyinə nəqletmə prosesi təmin edilmişdir.

Bu gün Azərbaycanın bir çox bölgəsində o dövrlərə aid olan Türk Şəhidlikləri və tənha məzarlar var. Vurğulamaq istərdim ki, Bəxtiyar Vahabzadənin “Tənha məzar” adlı bir şeiri də var.

Bakıda Türkiyə Cümhuriyyəti səfirliyinin yaxınlığında Azərbaycan türklərinin Atatürkə duyduqları sevgi və hörmətin simvolu olaraq ucaltdıqları çox böyük və əzəmətli bir Mustafa Kamal Atatürk heykəli var.

Əhəmiyyətli mənbələrdən əldə etdiyim məlumata görə, yaxın aylarda Azərbaycan türklərinin Nuru Paşaya olan sevgi və hörmətinin rəmzi olaraq Bakıda Nuru Paşaya heykəlin qoyulması üçün müəyyən işlər görülür.

Azərbaycan türkləri və Kipr türkləri keçmişdə ortaq acı taleyi yaşayıblar. Azərbaycan türkləri 1918-ci ildə qurduqları Azərbaycan Xalq Cümhuriyyətinin işğal edilməsi və bir çox qeyri-insani əzablarla üzləşiblər. Kipr türk xalqı 1960-cı ildə ortaq olduğu Kipr Respublikasının işğalı və bir çox qeyri-insani əzablar yaşayıblar.

Azərbaycan ərazisi olan Qarabağın ermənilər tərəfindən işğal edilməsindən sonra Azərbaycan xalqı 1990-cı ildə yenidən böyük bir əzab ilə üzləşib. Bənzər şəkildə, Kipr türk xalqı da 1963-1974-cü illərdə yunanların ortaq Kipr Respublikasını işğalı nəticəsində çox böyük əzab-əziyyət çəkib. Həm Azərbaycan türkləri, həm də Kipr türkləri torpaq və insan itkisi verib!

Türkiyə 101 il əvvəl necə Azərbaycan xalqının köməyinə Nuru Paşa başçılığı altındakı Qafqaz İslam Ordusu ilə gəlibsə, 45 il əvvəl 20 İyul 1974-cü ildə də Kipr türk xalqının köməyinə "Mehmetçik"lər ilə gəlib və bu uğurda minlərlə şəhid vermişdir.

Nəticə etibarı ilə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasını bir-birinə bağlayan görüldüyü kimi ortaq dili, mədəniyyəti, tarixi, o cümlədən bənzər əzabları yaşamış olmalarıdır. Biz böyük "Türk Milləti Ailəsi"nin övladlarıyıq. Keçmişdə olduğu kimi, bu gün də birlikdə gülür, kədərlənir, ağlayır, mübarizə aparır, qazi və şəhid oluruq.

Gökhan Gülər,

Kipr Türk Mətbuat Şurasının İdarə Heyətinin üzvü 

 

Tərcümə edən: Təbriz Abbasov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı