“Azərbaycanda kişilərə qarşı şiddət artıb, qadınlara qarşı yox” Ekspertlərdən həyacan təbili

Analitika 12:16 13.10.2019

Son zamanlar cəmiyyətdə qadınlara qarşı şiddətin artması ilə bağlı sosial şəbəkələrədə əks təbliğat aparılır. “Şiddətə son” şüarı ilə xüsusilə gənc xanımlar kişilərə qarşı çıxır, bütün mübahisəli məqamlarda əks cinsin yanlış olduğunu nəzərə çatdırırlar. Bu da öz növbəsində aiələrdə problemlərin yaranmasına, qadınların belə hadisələrdən təsirlənərək mübahisə yaratmasına və aqressiv davranışa gətirib çıxarır. Ekspertlər qeyd edir ki, ümumiyyətlə şiddət məsələlərinin sosial şəbəkədə paylaşılması, qadınların daha çox haqlı olduqları barədə təbliğat aiələrdə gərgin vəziyyət yaradır.

Maraqlıdır, doğurdan da qadınlara qarşı şiddət daha çoxdur, ya biz ancaq qadına şiddəti qabardırıq ? Ümumiyyətlə tərəflərdən birinin mövqeyini üstün tutaraq kütləvi şəkildə təbliğat aparmaq nə dərəcədə düzgündür, bunun ailələrə təsiri necədir?

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Hadı Rəcəbli deyir ki, vaxtilə parlamentdə “Məişət zorakılığı haqqında qanun” barədə müzakirələr aparanda çox gərgin vəziyyət yarandı:

“Deputatların çoxu dedi ki, “Necə yəni uşağa, qadına səs qaldırmaq olmaz ?” Əgər cəmiyyətdə indi belə qanun qəbul olunubsa müzakirələr aparılmalıdır, yekun nəticə əldə edilməlidir. Cəmiyyətin özəyi ailə, ailənin təməli isə qadındır. Mən həmişə gənclərə arzu edəndə deyirəm ki, bir-birlərinə qarşı qarşılıqlı güzəşt etməyi bacarsınlar. Əgər ortada ailə adlı məfhum, övladlar varsa mütləq şəkildə ər-arvad bir-birini yola verməlidir. Düzdür ailə söz-söhbətsiz olmur, lakin istənilən halda bütün məsələləri tənzimləmək, yoluna qoymaq lazımdır. Deyirlər qadın zəif məxluqdur, lakin bu belə deyil qadınlar çox güclüdürlər. Bütün hallarda kişilər qadınlara qayğı göstərməli, imkan daxilində kişilər daha çox güzəştə getməlidir”.

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, Azərbaycanda kişilərə qarşı şiddət daha güclüdür, nəinki qadınlara:

“Ortada çox böyük sosial bəla var, lakin insanlar başa düşmür. Bu gün Azərbaycanda qadına şiddət yoxdur, bu gün Azərbaycanda ailə faciəsi var. Sadəcə qadına şiddət bu məsələnin görünən tərəfidir. Hazırda bizdə ailələrdə vəziyyət çox pisdir. 100 evlənəndən 27-i boşanırsa düşünün ki, bunun neçəsi evdə mübahisə edir. 80 faizədək ailələrimizdə arzuolunmaz münasibət hökm sürür. Bu həmin ailənin yox, bütövlükdə xalqın faciəsidir. Çünki o cür ortamda böyüyən uşağın da psixologiyası düzgün formalaşmır. İndi psixolji mərkəzlərin çoxuna getsəniz görəcəksiniz ki, ora gələnlərin əksəriyyəti azyaşlılardır. Buna görə biz “SOS” siqnalı çalmalıyıq, deməli deyilik ki, qadına qarşı şiddət var. Biz mənəvi dəyərləri qoruyub düzgün ailə modelinin formalaşmasına səbəb olmalıyıq. İndi bəzi feministlər, qurumlar hay salıb ki, qadına qarşı şiddət artıb. Kişilərə qarşı şiddət artıb, qadınlara qarşı yox. Qadın bütün günü psixoloji olaraq dili ilə kişiyə təsir edir. Kişinin də güclü olduğu tərəf fiziki tərəfidir, o da fiziki güclə ona təsir edir. Buna görə də söhbət ailədən getməlidir, fərddən yox. Şiddətin olduğunu iddia etməklə qadınlar dünyada  Azərbaycan kişisi barədə mənfi obraz yaradırlar. Bu məslənin həlli yolu var. Təklif edirəm ki, sahələr üzrə sosial iş xidməti yaradılsın. Həmin xidmət də hər ailəni diqqət mərkəzində saxlasın ki, hansı ailədə riskli, gərgin vəziyyət var. Buxidmət lazım gəldikdə maarifləndirmə işi də aparmalıdır. Bu kimi müəyyən tədbirlərin görülməsi ilə problemi həll etmək, mənəvi dəyərləri formalaşdırmaq mümkündür”.

Məsələnin psixolji məqamlarından danışan klinik psixoloq Nuriyyə Quliyeva deyir ki, son dövrlərdə xoşagəlməz hallar ailələrdə münaqişələrə səbəb olmaqla bərabər, cütlüklərdə stress və gərginlik yaradır:

“Qadınlar daha çox qadın qurbanların tərəfindən çıxış edərək vəziyyəti daha çox emosional qiymətləndirirlər. Kişilər daha çox öz həmcinslərinin tərəfini tutub, törədilən hadisəyə səbəb də gətirirlər. Bu da öz növbəsində tərəflər arasında mübahisələrin yaranmasına gətirir. Qadına qarşı törədilən şiddət halları xəbər halında yayıldıqdan sonra qadınlar evdə öz haqlarını daha çox tələb etməyə başlayır, belə olan halda da onların həyat yoldaşları ilə münasibətləri korlanır. Xüsusilə təhsil almayan qadınlar, evdar xanımlar təhsil almaq, işləmək istəyirlər ki, bu da həyat yoldaşları tərəfindən birmənalı qarşılanmır. Lakin onu da deyim ki, bu cür xəbərlərin yayılması hər ailədə mübahisə yaratmır. Bəzi ailələr bundan dərs çıxarıb daha çox möhəmlənir. Mübahisəli ailələr adətən bu tip hadisələrdən təsirlənərək problem yaşayırlar”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı