İqtisadi Turan layihəsi Macarıstan şirkətlərinin gözü Xəzər neftində?

Analitika 12:44 22.10.2019

15 oktyabrda baş tutan Türk Şurasının Bakıdakı Zirvə toplantısında türk dövlətləri arasında müşahidə edilən həmrəylik Türk Birliyi faktorunun artıq reallığa çevrildiyini göstərir.

Qeyd edək ki, bu toplantıdan sonra türkdilli dövlətlərin arasında yeni bir iqtisadi layihənin müzakirə edildiyi spekulasiyaları yayıldı. Əslində, bu təbiidir. Belə ki, Türkiyə və Macarıstandan savayı digər türk dövlətləri təbii sərvətlərlə zəngindir və təbii ki, bu dövlətlər arasında yeni bir iqtisadi platforma formalaşma ehtimalı böyükdür.

Mövzu enerjidirsə əslən Güney Azərbaycandan olan, Körfəz ölkələri Analitik Mərkəzinin məsləhətçisi Dr. Umud Şükriyə müraciət etmək yerinə düşər deyərək, ekspertdən mövzu ilə bağlı Eurasia Diary üçün ekskluziv açıqlamalar aldıq:

U.Şükri Türk Şurasının regional gücə çevrilmək ehtimalının çox yüksək olduğunu bildirdi:

“Günümüzdə regional ittifaqlar artıq beynəlxalq münasibətlərdə daha aktiv və daha ciddi rol oynayır. Orta Asiya və Türk ölkələrin birliyi olan Türk Şurasının da belə bir imkanı var. Türkdilli dövlətlər bu təşkilat daxilində daha ciddi əməkdaşlıq etməklə həm regionda, həm də öz aralarında bir çox problemləri həll edə bilər. Türk Şurası, üzv dövlətlərin aralarındakı ticarət dövriyyəsinin artması və Türk dövlətlərinin öz regionlarındakı siyasi, iqtisadi proseslərə daha efffektiv təsir etməsi baxımından ciddi önəmə sahibdir. Şura üzvlərinin çoxunun zəngin enerji ehtiyatlarına sahib olması təbii ki, üzv dövlətlərin yeni enerji layihələrinin müzakirəsi üçün bir məkan missiyasını həyata keçirə bilər. Türk Şurasında ən çox enerji ehtiyatlarına ehtiyac duyan dövlət də Türkiyədir ki, hazırda bu dövlət Türk Şurasına bu baxımdan daha ciddi bir təşkilat kimi yanaşır və təşkilatın vahid inteqrasiya mərkəzinə çevrilməsini arzu edir.

Ekspert həmçinin ABŞ-ın məşhur neft şirkəti olan “Chevron”un Xəzərdəki payını satışa çıxarması və Macarıstana məxsus neft şirkətlərinin Xəzərdə “Chevron”u əvəzləmək niyyətlərini dəyərləndirdi:

“Macarıstan enerji şirkətlərinin texniki və maliyyə problemləri digər Avropa şirkətlərindən daha çoxdur. Ona görə də Macarıstan şirkətləri Xəzərdəki enerji rəqabətinə dayanıqlı olmaya bilər. Nəzərə almaq lazımdır ki, Xəzərdə çox iri enerji şirkətləri lövbər salıb. “Total”, “Chevron”, “Exxon Mobile”, “BP” kimi şirkətlər hələ də Xəzərdə enerji hasilatında önəmli pay sahibidir. Macar şirkətləri bu şirkətlərlə müqaisədə xeyli zəifdir, yetərsizdir. Ola bilər ki, Macar şirkətləri Xəzərdə enerji hasilatında pay sahibinə çevrilsin, lakin Chevronun yerinə keçmələri çox da mümkün görünmür”.

Həmçinin U.Şükri son dövrlərdə geniş müzakirələrə səbəb olan və “İqtisadi Turan” ın özülü hesab edilən “Trans-Xəzər” layihəsinin baş tutma perspektivlərini izah etdi:

“Keçən il avqust ayında Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələr toplantısında 20 ildən sonra vahid konvensiya imzalandı. Regionda “Trans-Xəzər” kimi strateji layihələrin həyata keçirilməsi üçün bu konvensiyanın imzalanması çox əlamətdar idi. Lakin eyni zamanda bu konvensiya “Trans-Xəzər” və digər Xəzər üzərindən həyata keçiriləcək layihələrdə Xəzəryanı ölkərlərin razılığının gərəkdiyini özündə ehtiva edir. Ona görə də Trans-Xəzər layihəsinin baş tutması üçün Rusiya və İran kimi xəzəryanı dövlətlərin razılığı tələb edilir. Burada kilid dövlətlərdən biri də Türkmənistandır. Türkmənistan öz qazının böyük bir hissəsini Çinə satır. Hazırda bu ölkə öz təbii qazını başqa bazarlara yönləndirməkdə nə qədər maraqlıdır? Bu sualın cavabı ancaq rəsmi Aşqabaddadır”.

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı