Bakı Slavyan Universiteti Azərbaycan Dillər Universitetinə birləşdirilə bilər...

Analitika 14:57 01.11.2019
Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib. Universitetdə keçirilən bu tədbir cəmiyyətdə heç də yaxşı qarşılanmayıb. Universitet rəhbərliyi ciddi tənqidlərə tuş gəlib.
 
Bakı Slavyan Universitetində yaşanan hadisə bu ali təhsil ocağının Azərbaycan Dillər Universitetinə birləşdirilməsi məsələsini yenidən gündəmə gətirib. Qeyd olunur ki, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu cür qalmaqallı tədbirin gerçəkləşdirilməsinə razılıq verməklə əslində həmin ali təhsil ocağının Azərbaycan Dillər Universitetinə birləşdirilməsini tezləşdirib.
 
Bu iki ali məktəb birləşdirilə bilərmi?
 
Eurasia Diary xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az saytına açıqlamasında bildirib ki, adıçəkilən universitetlərin birləşdirilməsi məsələsi zaman-zaman gündəmdə olub:
 
“Ancaq bu birləşmələr bizim fikirlərimizlə həll olunan məsələ deyil. Bunun üçün ciddi əsaslar olmalıdır. Mütəxəssislər  bunun ətrafında fikir mübadiləsi, təhlillər aparmalı, nə dərəcədə perspektivli olduğundan əminlik ifadə etməlidirlər. Hər halda ciddi nəticələr önə çəkilərək, qərar qəbul olunmalıdır”.
 
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki,  hər iki ali təhsil ocağının birgə fəaliyyət göstərməsi  ilə bağlı təcrübə olsa da, buna ehtiyac yoxdur:
“İki təhsil müəssisəsinin, Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə fəaliyyət göstərməsi təcrübəsi olub. Yəni 1972-ci ildən 2000-ci ilə kimi BSU və ADU Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyət göstərib. Nəzərə alsaq ki, uzun müddət Slavyan Universitetinə rektorluq etmiş akademik Kamal Abdulla  hazırda Dillər Universitetinin rektorudur və bu təhsil müəssisələrnin tədris binaları bitişikdir, nəzəri olaraq birləşdirmə mümkündür. Digər tərəfdən bir-birini təkrar edən ixtisas və fakültələr var və əgər birləşmə baş tutarsa, uyğunlaşmada heç bir problem ola bilməz və bu dövlətin maliyyə yükünü də azalda bilər.
 
Amma praktik olaraq bu mümkün deyil. Çünki Slavyan Universitetinin olması Azərbaycanın slavyan ölkələri ilə tədris-mədəni əlaqələrinin genişlənməsi, azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə, xüsusi ilə slavyan xalqları arasında nümayiş etdirilməsi istiqamətində böyük imkanlara malikdir. Bakı Slavyan Universiteti təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. Burada slavyan dilləri və ədəbiyyatları üzrə fundamental elmi tədqiqatlar həyata keçirilir. Bakı Slavyan Universiteti təkcə Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu rusistika mərkəzi sayılır. Burada bütövlükdə region üçün unikal sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Ən vacib məqam isə  odur ki, ölkəmizdə adambaşına düşən universitet sayımız dünyada qəbul edilmiş normalardan azdır. Bizdə cəmi 164 min tələbə təhsil alır ki, bu da ölkə əhalisinin 1.6 faizi deməkdir. Ona görə də universitetlərin birləşdirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq ali təhsil müəssisələrində ciddi struktur islahatlarına ehtiyac var. Kadr potensialı yenilənməlidir, idarəetməyə yeni yanaşlamar gətirilməlidir. Bakı Slavyan Universiteti təkcə ali təhsil müəssisəsi deyil, eyni zamanda strateji bir yerdir. Ölkədə rus bölməsi üzrə kifayət qədər məktəbli və kontingent var. Onların kadr ehtiyacını ödəmək üçün bu universitetin mövcudluğu zəruridir”.  
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı