Baş Katib açıqladı: Ukrayna NATO-ya üzv olur Putin nə edəcək?

Analitika 12:20 06.11.2019

Ötən gün NATO baş katibi Yan Stoltenberq Ukraynanın “1+1” proqramına verdiyi müsahibədə Ukraynanın NATO-ya inteqrasiyası ilə bağlı önəmli açıqlamalar verib.

Stoltenberq Ukraynanın NATO üzvü olmasında heç bir maniyənin olmadığını vurğulayıb:

“NATO-dakı müttəfiq dövlətlərin hər biri Ukraynanın NATO üzv omasına qərar verib. Ukraynanın NATO sisteminə inteqrasiyası üçün gərəkli olan reformasiyaların həyata keçirilməsində rəsmi Kiyevə yardım edəcəyik”.

Qeyd edək ki, 30 oktyabrda Ukraynada rəsmi səfərdə olan Stolenberq mətbuata verdiyi açılamada NATO-nun qapılarının hər zaman Ukraynanın üzünə açıq olduğunu bildirmişdi.

Stoltenberqin açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən Ukraynanın NATO-ya üzvlüyünün yaxın günlərdə reallaşacağı fikrini formalaşdırdı. Lakin unutmaq olmaz ki, Putin hələ Ukraynanın NATO üzvü olmaq niyyətlərinin yeni-yeni dilə gətirildiyi zamanlarda buna sərt etiraz etmiş və “imkan verməyəcəyik” deməklə həm Qərbə, həm də rəsmi Kiyevə ciddi mesaj vermişdi. Daha sonra Kırım problemi baş vermiş, Rusiya Ukrayna ərazilərinin bir qismini nəzarətinə götürmüşdü.

Mövzuyla bağlı ukraynalı politoloq Vadim Tryuxan Eurasia Diary-ə ekskluziv müsahibə verib.

Politoloq NATO baş katibinin açıqlamalarını şərh edərkən Ukraynanın NATO-ya qısa zamanda üzv ola bilməyəcəyini qeyd edib:

“Sözün düzü, Ukraynanın NATO-ya üzv olması qısa zamanda mümkün deyil. Buna zaman lazımdır. Əvvəlcə, ölkə daxilində və regionda bir çox problemlər həllini tapmalıdır. Həmçinin Ukrayna NATO standartlarına cavab vermək üçün bir çox islahatlar həyata keçirməlidir. Lakin qeyd edə bilərəm ki, hazırkı hökumət əvvəlkinə nisbətən bu məsələdə daha ciddi addımlar atır və intensiv çalışır. Düşünürəm ki, NATO Baş Katibi Stoltenberq ona görə məhz indi belə açıqlamalar verib ki, Ukrayna hökumətinə öz dəstəyini ifadə etsin və onun Rusiyanın potensial təhdidlərindən çəkinməməsini təmin etsin”.

V.Turxan həmçinin Ukraynanın NATO-ya üzv olması ehtimalında Rusiyanın sərgiləcəyi mövqeyi belə izah edib:

“Rusiya Ukraynaya edəcəyini edib. Mən belə hesab edirəm ki, problem rusların Ukraynanın NATO üzvü olmasını istməməsində deyil, problem ondadır ki, Rusiya ümumiyyətlə suveren və müstəqil Ukraynanın mövcudluğunu istəmir. Eyni zamanda təbii ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına bacardığı qədər müqavimət göstərib və göstərəcək. Çünki Ukraynanın NATO-ya üzv olması digər post-sovet ölkələrinin də bu sistemə inteqrasiyasına təkan verəcək”.

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı