"İlham Əliyev bu mesajı birbaşa İrana ünvanladı" "Siz Ermənistanla necə qucaqlaşırsınız?"

Analitika 17:31 27.11.2019

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı mərasimdə maraqlı nitq söyləyib.

İlham Əliyev nitqində Ermənistanla əməkdaşlıq edən müsəlman dövlətlərini tənqid edib:

"Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?

Biz dəfələrlə İslam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!"

İlham Əliyev nitqində tənqid etdiyi dövlətlər hansılardır? İlham Əliyev bu çıxışda hansı dövlətə mesaj verirdi?

Bu suallar hazırda ölkə ictimaiyyətində ən çox müzakirə edilən mövzunun əsasını təşkil edir. Əslində Azərbaycanın son dövrlər müxtəlif diplomatik problemlər yaşadığı və Ermənistanda sıx əməkdaşlıq edən müsəlman dövlətlərinin hansılar olduğunu təxmin etmək bir o qədər də çətin deyil. Təbii ki, bu siyahıda İran, Suriya və Livanın adı dərhal çəkilə bilər. Xüsusilə İranla münasibətlər baxımından 2019-cu il çox gərgin keçib  və bu ili  “ münasibətlərin buzlaşdığı dövr” adlandırmaq olar.

Mövzuyla bağlı Eurasia Diary-ə ekskluziv müsahibə verən Orta Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, uzun illər Azərbaycanın İrandakı səfirliyində xidmət etmiş Sədrəttin Sultan da prezidentin bəhs etdiyimiz tənqidlərinin ünvanının birbaşa İran olduğunu vurğulayıb:

Sözün düzü, prezident bu çıxışında ad çəkməsə də faktiki olaraq İrana mesaj ünvanladı. Çünki Azərbaycanın İrandan umacağı çoxdur. Buna səbəb İrandakı hakimiyyətin bizə özünü yaxın göstərməyə çalışması, bir sıra hallarda rəsmi Bakıya axsaqqalıq etməyə səy göstərməsi, Azərbaycan müsəlmanlarının əksəriyyətinin şiə əqidəsində olması və İranda yaşayan vətəndaşların böyük bir qisminin Azərbaycan türkü olmasıdır. Bu baxımdan İran hakimiyyəti öz dövlətinin Azərbayana Türkiyədən daha yaxın olduğunu iddia edir. Lakin İran bu iddiaları doğruldacaq bir siyasi xətt izləmir. İslam Konfransı Təşkilatı başda olmaqla bir çox beynəlxalq qurumlarda İran Ermənistanın işğalçı olaraq tanınması ilə bağlı rəsmi sənədlərə imza atıb və bunu dəstəkləyib. Lakin rəsmi Tehran imza çəkdiyi sənədlərə sadiq qalmayıb və işğalçı Ermənistanla bir çox sahələrdə əməkdaşlıq edib. Hazırda İranın onlarla şirkəti Ermənistana, hətta işğal altında olan Dağlıq Qarabağa investisiya qoyub. Bu il Ermənistan Baş Naziri Nikol Paşinyanın İrana rəsmi səfəri çərçivəsində “Ararat” idman klubunda keçirilən tədbirdə “Qarabağ Ermənistanındır” mesajının verilməsi də yenə İrandaki hakimiyyətin məsuliyyətindədir.

Hətta ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi bu yaxınlarda öz açıqlamasında Ermənistanla İran arasındakı iqtisadi əməkdaşlığı başa düşdüklərini və bunu kobud səhf hesab etmədiklərini qeyd edib. Yəni, ABŞ belə İran-Ermənistan münasibətlərindən xəbərdardır. Bundan savayı İrəvandakı “Göy Məscid” və Şuşadakı “Yuxarı Gövhər Ağa” məscidinin İran tərəfindən təmir edilməsi, bu məscidlərin fars mədəniyyətinin bir nümunəsi kimi təqdim edilməsi rəsmi Bakını hiddətləndirən əsas məqamlardan biridir. Və bütün bunları nəzərə alaraq prezidentin çıxışının birbaşa İrana ünvanlandığını qeyd etmək mümkündür”.

“Bir şeyi başa düşmək lazımdır ki, bu iki dövlətin maraqları qətiyyən uzlaşmır, üst-üstə düşmür. İran Azərbaycanın zəifləməsini, region dövlətlərindən asılı vəziyyətə düşməsini, onun müstəqilliyinin və sabitliyinin sarsılmasını arzulayan bir dövlətdir. Çünki İran siyasi cəhətdən Azərbaycanı sevmir. Buna səbəb Azərbaycanın sekulyar dövlət olması, Qərblə, xüsusilə də ABŞ və İsraildə sıx əməkdaşlıq etməsi və İranın teokratiyasını heç bir şəkildə qəbul etməməsidir. Bu məsələnin birinci tərəfidir.

İkinci tərəfdən, İran əhalisinin böyük bir hissəsi Azərbaycan türküdür. Azərbaycandakı müstəqil respublikanın daha da güclənməsi, iqtisadi inkişafa nail olan, demokratik bir dövlətə çevrilməsi, Güney Azərbaycanın da bu dövlətə inteqrasiya etmək niyyətinin formalaşmasına, İrandan ayrılma meyillərinin artmasına səbəb ola bilər. Ona görə də İran hər vəchlə Azərbaycan maraqlarını tapdayır, buna görə heç çəkinmədən Ermənistanla sıx əməkdaşlıq edir...” – deyə ekspert əlavə edib.

Nicat İSMAYILOV

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı