15 illik boyunduruq müqaviləsi ANALİZ

Analitika 12:07 06.12.2019
ABŞ Ermənistanın Rusiyadan silah tədarükünə niyə maraqlıdır?
 
Ermənistanın hərbi-siyasi hakimiyyəti regionda və dünyada baş verən geopolitik proseslərin rəsmi İrəvan üçün heç də xoşagəlməz məcrada inkişaf etdiyini gözəl dərk edir. Elə buna görə də, Paşinyan hökuməti diplomatik dalana dirənməsinin fonunda sürətlə silahlanmaya meyl göstərməyə başlayıb. Dünyanın ən hegemon ölkəsi olan Amerika Birləşmiş Ştatlarında mövcud olan erməni lobbisindən tapdığı maliyə qaynaqları və rəsmi Vaşinqtondan, o cümlədən, ABŞ-a yaxınlığı ilə tanınan beynəlxalq təşkilatlardan aldığı yardımlar Ermənistanı müəyyən mənada ürəkləndirib. Hərçənd, İrəvan oynadığı ikili oyunların nəticəsi olaraq, əldə etdiyi pulu elə Amerika istehsallı böyük silahlara xərcləyə bilmir.
 
 
Rusiyanın vassalığından çıxa bilməməsi hələ də onu məhz bu ölkədən alınan silah və döyüş texnikasının hesabına öz arsenalını yeniləməyə məcbur edir. İqtisadi baxımdan hələ ki, uçurumun qırağı ilə irəliləyən Ermənistan ancaq Rusiyadan kredit yolu ilə silah ala bilir. Baxmayaraq ki, rus silah müəssisələrindən ticarət yolu ilə əldə edilən döyüş texnikaları və hərbi hava vasitələri o qədər də müasir hesab edilmir, arsenalın dəyşdirilə bilməsi üçün alternativ imkanlar mövcud olsa da, bu, rəsmi İrəvan üçün əlçatmaz olaraq qalır.

15 illik boyunduruq müqaviləsi

Məlum olduğu kimi, son dörd il ərzində Ermənistan Rusiyadan hər biri təxminən 15 il müddətinə ümumi dəyəri 300 milyon dollar olan üç kredit götürüb. Təbii ki, bu güzəştli kredit hesabına rəsmi İrəvan öz silahlı qüvvələrini müasir standartlara uyğunlaşdırılmış texnika ilə qismən modernləşdirməyə nail ola biləcək. Erməni mətbuatının yaydığı məlumata görə, Rusiyadan kreditlə növbəti silah paketinin-yəni dördüncü kreditin alınması üçün rəsmi Moskva ilə danışıqlar aparılır. Yerli medianın qənaətinə görə, rəsmi İrəvan bununla da silah alışına görə əsas rəqib hesab etdiyi Azərbaycanı qabaqlayır.

Təbii ki, bu ancaq Paşinyan hökumətinin təbliğat vasitəsindən başqa bir şey deyil. Nədənsə, Ermənistan Kütləvi İnformasiya Vasitələri təkcə Azərbaycan Müdafiə Nazirliyinin illik büdcəsinin Ermənistan Respublikasının illik büdcəsindən böyük olduğunu ifadə etməyə cəsarət göstərə bilmir.
 
 
Ermənistan rəsmilərinin özləri də etiraf edir ki, silahlanma və aresanlı yeniləmək üçün rəsmi İrəvanın kreditlə silah almaqdan özgə yolu yoxdur. Bu istiqamətdə isə ona ancaq Rusiya dayaq durur. Daha dəqiq desək, dünya silah bazarındakı mövqelərini itirə-itirə gedən rəsmi Moskva, Ermənistan kimi alıcısını hər yolla ondan silah tədarükünə məcbur edir. Bu, ABŞ və digər ölkələrdə, eləcə də Rusiyada yaşayan ermənilər vasitəsilə Ermənistana göndərilən pulların dolayısı ilə rus silahına yönəldilməsi, həmçinin rəsmi İrəvanın başqa dövlətlərin silah bazarına yaxın düşə bilməməsini təmin edir.

Buynuzlu erməni strategiyası

Söz yox ki, Kreml gözəl bilir ki, əgər Ermənistan müstəqil şəkildə silah bazarından öz ehtiyaclarını idxal edə bilsə, bu, həm də dolayısı ilə onun iqtisadi göstəricilərinə də müəyyən mənada müsbət təsir göstərə bilər. Digər tərəfdən silah ticarətinə müstəqil qərar verən rəsmi İrəvan müasir hərbi texnikaları əldə etməklə yanaşı, həm də həmin silahların idarə edilməsi və istifadəsi üçün xarici ölkələrlə kadr hazırlığı haqda razılaşma əldə edəcək. Bu isə, silah satan ölkələrin təkcə ticari maraqlarının yox, həm də kəşfiyyat və əks-kəşfiyyat, hərbi, hərbi-siyasi və geopolitik maraqlarının bölgədə möhkəmlənməsinə xidmət göstərəcək. Çünki, bütün bu sadalananlar baş versə, Ermənistanın Rusiyadan asılılığı zaman-zaman azalmağa başlayacaq.
 
 
Təbii ki, rəsmi Moskva belə bir tendensiyanın formalaşmasına heç cür razı olmayacaq. Ən azından, müstəqil siyasət yürüdən digər iki Qafqaz ölkəsi- Azərbaycan və Gürcüstan təcrübəsi Ermənistan tərəfindən mənimsənilsə, rəsmi İrəvan Rusiyadan birmənalı şəkildə üz çevirib Qərbə doğru meyllənəcək. Hazırda iqtisadi göstəriciləri çox aşağı pillədə dayanan, həmçinin idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsi üçün heç bir iqtisadi resursu olmayan Ermənistan Qərbin dəstəyindən yararlanmağa daha çox maraqlıdır.

Təyyarə kölgəsində nazlanma siyasəti

Ermənistanın indiki baş naziri Nikol Paşinyan hələ hakimiyyətə gəldiyi ərəfədə, İrəvan və Gümrü yaxınlığında yerləşən 102-ci rus hərbi bazasının ölkədən çıxarılması fikrini, həmçinin rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qopacağını səsləndirmişdi.

Amma anti-Rusiya kampaniyası uzun sürə bilmədi. Rəsmi Moskva Ermənistanın öz orbitindən çıxmasını əngəlllədi. Əslində, yeni erməni hökumətinin bu çağırışları bir növü, Kremlə “naz eləməyə” bənzəyirdi. Çünki, üçüncü kredit paketi ətrafında danışıqlar səmərəli mərhələyə keçdikdən sonra Paşinyan və komandasının Rusiya əleyhinə çağırışları demək olar ki, nəzərəçarpacaq dərəcədə azaldı. Əldə olunan razılşamaya görə, Ermənistan ilk mərhələdə sözügedən kredit paketlərindən əlavə, Rusiyadan 4 ədəd Su-30SM döyüş təyyarəsi alacaq. Gələn ilin fevralından artıq bu hava döyüş vasitələrinin Ermənistan tərəfinə təhvil verilməsinə başlanacaq. Sonrakı mərhələlərdə isə həmin modeldən olan daha 8 ədəd təyyarə rəsmi İrəvana satılacaq.
 
 
Kredit paketlərinə gəlincə, İrəvanın alacağı silah və sursat növlərinin təfərrüatı məlum olmasa da, bunun iri artilleriya və hava hücumundan müdafiə sistemləri, radielektron mübarizə vasitələri, həmçinin zirehli texnikadan ibarət olacağı ehtimalı daha yüksəkdir.

Silah bazarında dumana bürünən atom stansiyası

Metsamor... Söhbət Ermənistanın istənilən sahə üzrə kredit almasından düşəndə, bu ölkədə ilk xatırlanan obyekt Metsamor Atom Elektrik Stansiyası olur. Son 27 il ərzində Amerika Birləşmiş Ştatları və Rusiya Ermənistana ümumi məbləği milyardlarla dollar civarında olan humanitar, elmi, mədəni və hərbi yardım edib. Nəinki Ermənistan, bütün region üçün ən ciddi fəlakət mənbəyi olan Metsamor Atom Stansiyasının sıradan çıxmış reaktorlarının yenisi ilə əvəzlənməsinə cəmi 250-300 milyon dollar vəsait lazım olduğu halda, istər adı çəkilən dövlətlər, istərsə də dünyanın digər nəhəng ölkələri İrəvana bu məbləğdə kredit verməkdən yayınır. Amma təkcə Rusiya bir reaktorun qiyməti həcmində Ermənistana silah krediti ayırır. Atom Elektrik Stansiyasının yenilənməsinə yetəcək maliyə vəsaitinin isə cəmi 30 faizini kredit kimi verə biləcəyini elan edən Kreml həm də yeni reaktorun məhz “Rosatom” tərəfindən tikilməsi şərtini irəli sürüb. Bu fakt sübut edir ki, Ermənistana vassallığı kimi baxan rəsmi Moskvanı bu ölkənin ekoloji və iqtisadi problemləri qətiyyən düşündürmür.
 

 
Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İranı əhatə edən hərbi, hərbi-siyasi, geopolitik maraqlarının episentrini Ermənistana kökləyən Birləşmiş Ştatlar hökuməti də Ermənistanın “saatlı bombası”nın mövcud vəziyyətini ifadə edən “həyacan təbilləri”ni qulaqardına vurur. Erməni cəmiyyətinin demokratikləşməsi, insan hüquqları, gender bərabərliyi, təhsil və sayrə bu kimi müxtəlif layihələrin icrasına 100 milyonlarla dollar yardım ayıran Vaşinqton Metsamorun saçdığı təhlükəni lokallaşdırmaq üçün heç bir səy göstərmir.

ABŞ-a xidmət edən rus silahı

Diqqət çəkən məqamlardan biri də budur ki, Ermənistan müstəqillik əldə etdikdən sonra rəsmi İrəvana intensiv olaraq maliyə yardımı ayıran Vaşinqton onun pulları ilə Moskvadan alınan silah və sursata göz yumur... Maraqlı mənzərə yaranır... Niyə ABŞ ermənilərin Rusiyadan silah almasını loyal qarşılayır?! Cavab çox sadədir: Amerika Birləşmiş Ştatları rəsmi İrəvanı Türkiyə və İranla yanaşı həm də Rusiyanın özünə qarşı hazırlayır. Daha açıq desək, Amerika tərəfindən bu ölkədə gerçəkləşdirilən humanitar xarakterli layihələrə ayrılan külli miqdardakı vəsait havaya sovrulmuş deyil...
 
 
Digər tərəfdən də, gələcəkdə Qərb dairələrindəki güc mərkəzlərinin diktəsi ilə regionda ermənilər tərəfindən qanlı hadisələr törədildikdə, təbii ki, erməni terror birləşmələri ancaq və ancaq bu gün Ermənistanın rus hərbi şirkətlərindən aldığı silahları tətbiq edəcək. Ağ Ev isə bu faktdan Rusiya əleyhinə yetərincə ciddi arqument kimi istifadə edəcək. Necə ki, yaxın keçmişdə Yaxın Şərq və ərəb ölkələrində qanunsuz silahlı dəstələrin ABŞ tərəfindən dəstəkləndiyi məlum olduğu halda onların istifadə etdiyi silahların rus istehsallı olması heç də az rezonans doğurmamışdı.

Satqınlıq qabiliyyəti təkmilləşdirilən erməni cəmiyyəti

Silah kreditləri məsələsində Rusiyanın fəallığı, ABŞ-ın isə susqunluğunun daha bir pərdəarxası məqamlardan biri də, yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın iqtisadi cəhətdən inkişaf etməməsində böyük güclərin daha bir marağının gizlənməsidir.

Məlumdur ki, hər iki ölkədə erməni lobbisinin və diasporunun imkanları yetərincə genişdir. Bu həm də bu dövlətlərdə ermənilərin kompakt və ya məhəlli şəkildə yaşamasından xəbər verir. Son illər Ermənistanın demoqrafik göstəricilərini əks etdirən rəsmi sənədlərə istinadən demək olar ki, ölkəni tərk edənlərin sayı yetərincə çoxdur. Miqrasiya edənlər isə əsasən ABŞ və Rusiyaya gedir. Deməli, həmin dövlətlərə çörək dalınca gedən ermənilər iş tapmaq və ya biznes qurmaq üçün mexaniki olaraq müəyyən şərtləri qəbul edir və hansısa qüvvələrdən asıılı vəziyyətə düşür. Təbii ki, bu asılılıq onu kiminsə maraqlarını yerinə yetirməyə də vadar edir. Söz yox ki, miqrasiya təşkilatlarında fəaliyyət göstərən kəşfiyyat və xüsusi xidmət orqanları bu amilləri nəzərə almamış deyil. Ehtiyac içində boğulub başqa ölkəyə gəlmiş erməni mütləqdir ki, çətinliyinin ilk vaxtlarında onun üçün iş və çörəkpulu sarıdan münbit şərait yaradanlara “minnətdarlıq hissi”ni Ermənistana qayıdandan sonra da heç vaxt unutmayacaq.
 
 
Bu pərdəarxası məqamları tam detalları ilə açıqlayanda belə qənaətə gəlmək olar ki, İrəvanda “tam məxfi” qrifi altında səssiz müharibə aparan ABŞ və Rusiya Ermənistanda özünün sosial və gizli agentura şəbəkəsinin daha güclü olmasına çalışır.

Bir sözlə, dolanışıq üçün xaricə üz tutub qısa müddətdən sonra varlanaraq evinə dönən erməni artıq, daimi “iş yeri” və ailəsini dolandırmaq üçün çörəkpulu ilə təmin edilib. Bu fakt son illər Ermənistanda Amerika və Rusiya tərəfdarları arasında qızışan açıq mübahisələrdən, səsləndirilən bəyanatlardan da aydın sezilir.

Ermənistana dolanan “intihar kəməri”...
 
 
Başqa bir “dumanlı mənzərə”ni də aydınlaşdırmağa çalışaq. Kremldən silah almaq üçün kredit paketləri “qoparmağa” çalışan rəsmi İrəvanın amerikalı qonaqları erməni hökumətinin gözünün içinə baxa-baxa Amerika silahının rus texnologiyasından daha müasir və etibarlı olduğunu açıq tezislərlə ifadə edir, Ermənistanda Amerika istehsallı hərbi texnika, silah və sursata maraq oyadırlar. Təbii ki, rəsmi Vaşinqtonu təmsil edən diplomatlar Ermənistanın mövcud durumunu, hətta erməni hökumətinin başında dayananlardan daha yaxşı bilir. Amerika siyasi dairələri indiki halda Ermənistanın Rusiyadan silah almaqdan yaxa qurtara bilməyəciyini gözəl anlayır və bu prosesin başa çatmasına maraqlı da deyillər.


O da məlumdur ki, ABŞ hazırkı vəziyyətdə Ermənistan üzərindən qurduğu strateji planları icra etdikdən sonra bu gün Rusiyadan alınan silah, hərbi texnika ancaq rəsmi İrəvanın məhvinə sərf ediləcək.... İraq... Liviya... Suriya....

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu

(ordu.az)
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI
16:56 18.03.2024
Şəhid ailələri və müharibə əlillərinə bu il daha 1500 mənzil və fərdi ev veriləcək
16:50 18.03.2024
Hamısı