"Yeni formalaşacaq Milli Məclis islahatçı parlament olmalıdır" Umud Mirzəyev

Ekspertlər əmindir ki, Milli Məclisə növbədənkənar seçki Azərbaycan xalqının iradəsini ifadə edəcək

Analitika 10:47 13.01.2020

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək. Budəfəki seçkiyə həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə olduqca böyük maraq var. Buna ilkin misal olaraq, növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayının çoxluğunu göstərmək olar. Bu məqsədlə Mərkəzi Seçki Komissiyasında (MSK) Vətəndaş və İnkişaf, Yeni Azərbaycan, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Milli İstiqlal, Demokrat, Böyük Azərbaycan, Ana Vətən, Təkamül, Müsavat, Sosial Rifah, Vəhdət, Demokratik İslahatlar, Liberal Demokrat, Demokratik Maarifçilik, Müasir Müsavat və Vahid Azərbaycan partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb. Seçkiyə namizəd qismində qatılmaq üçün minlərlə şəxs müraciət edib. Namizədliyi təsdiqlənənlərin sayı yüzlərlədir. Bununla yanaşı, beynəlxalq təşkilatlar da seçkidə müşahidəçilik etmək barədə qərarlarını açıqlayıblar.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu vurğulayıb ki, parlament seçkisi ölkə gündəmində olan əsas hadisələrdən biridir. Onun fikrincə, Milli Məclisə keçirilən bu seçki hər kəsin taleyinə təsir edə bilən, hər kəsi düşündürən, ilgiləndirən prosesdir: "Şəxsi müşahidələrim əsasında qeyd edə bilərəm ki, seçkiyə namizəd kimi qatılanların sayı çoxdur. Bu faktın özü də cəmiyyətdə seçkiyə olan marağın göstəricisidir. Seçicilər üçün hər bir seçki dairəsində alternativ namizədlər var. Belə olan halda, seçicilər düzgün seçim etməli, layiqli namizədə səs verməlidirlər. Çünki Prezident İlham Əliyev geniş islahatlar prosesinə start verib. Yeni formalaşacaq Milli Məclis bu islahatlara cavab verməli, islahatçı parlament olmalıdır. Ümid edirəm ki, yeni tərkibdə yeni simalar görəcəyik. Çox istərdim ki, yeni parlament xalqımıza, dövlətimizə uğur gətirsin. İnanıram ki, belə də olacaq. Bu seçkiyə beynəlxalq maraq var və onlar prosesi izləyirlər. Şübhə etmirəm ki, bu seçki beynəlxalq müşahidəçilərin yaddaşında normal, sivil, demokratik, şəffaf proses kimi qalacaq”.
 
Siyasi şərhçi Aydın Quliyev isə hesab edir ki, seçkinin ilkin mərhələsində aktivlik müşahidə edilməsi müsbət tendensiyadır. Onun sözlərinə görə, bu, sonda seçkinin nəticəsinin tanınmasına və parlamentin nüfuzuna müsbət təsir göstərə bilər: "Seçkidə iştirak edən siyasi partiyaların, eləcə də namizədlərin sayının çox olması seçkinin mötəbərliyini, həmçinin cəmiyyətin bu prosesə marağını ifadə edən amillərdir. Çox maraqlıdır ki, indiyə qədər parlament və prezident seçkilərini boykot edən radikal müxalifətin müəyyən bir hissəsi də artıq seçkiyə qatılıb. Seçkiyə qatılmayan radikal kəsimin səsi bu səbəbdən eşidilməz olub. Əslində cəmiyyət həmin radikal kəsimin seçkiyə getməməsinin qətiyyən fərqində deyil. Seçkiyə qatılan müxalifət dairələrinin isə bu gün istifadə etdiyi ideoloji tezislər cəmiyyətə praktik şəkildə təsir göstərə bilmir. Beynəlxalq təşkilatların da Azərbaycanda keçiriləcək parlament seçkilərinə marağı açıq-aydın hiss olunmaqdadır. Azərbaycanın müraciət etdiyi beynəlxalq təşkilatların demək olar ki, hamısının seçkidə müşahidəçi kimi iştirak etmək istəyini ifadə etməsinin özü də müsbət tendensiyadır. Bu, seçkinin nəticəsinin beynəlxalq səviyyədə tanınmasında vacib rol oynayacaq”.
 
 
Siyasi şərhçi deyib ki, seçkidə iştirak edən namizədlərin və siyasi partiyaların sayının çox olması təbliğat-təşviqat dövründə xüsusi fəallıq olacağının ilkin əlamətidir: "Bu da o deməkdir ki, seçki zamanı böyük bir səsvermə fəallığı müşahidə ediləcək. Partiya və namizədlərin seçki prosesində çoxluğu ölkədə səsvermə günündə əvvəlki dövrlərlə müqayisədə yetərsayın xeyli dərəcədə fərqli olacağını proqnozlaşdırmağa əsas verir. Bütün bunlar müsbət amillərdir. Əsas məsələ budur ki, cəmiyyətin bu seçkidən gözləntiləri tam olmasa da, xeyli dərəcədə özünü doğrultsun. Cəmiyyət parlamentdən təkidlə yenilənmə, yeni simaların qanunverici orqanda olmasını gözləyir. Bu, cəmiyyətin müxtəlif təbəqələrini və müxtəlif siyasi partiyaları əhatə etmək baxımından baş verməlidir. Cəmiyyət bunu gözləyir. Əgər belə olarsa, əminlikdə demək olar ki, parlamentin həm cəmiyyətdə legetim qəbul olunması, həm də dünyada tanınması məsələsində əvvəlki dövrlərlə müqayisədə xeyli müsbət nəticələr əldə edəcəyik. Ümid edək ki, seçki böyük siyasi fəallıq şəraitində keçəcək, nəticələr Azərbaycan xalqının iradəsinə uyğun olacaq”.
 
Rufik İsmayılov
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı