Cənubda milli bomba və müasir “ÖLÜLƏR” Ərə verim üstümdən bir yük azalsın – I YAZI

Analitika 13:56 03.02.2020

Uşaq nikahı - YUNİSEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olmasıdır.

Azərbaycan cəmiyyətində mövcud olan bir sıra problemlər əksər hallarda uşaqların taleyində öz əksini tapır. Ötən ilin aprelində 14 yaşlı Elina Hacıyevanın oxuduğu məktəbdə intihar etməsi, noyabrda itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanın yaşadığı kənddə vəhşicəsinə qətlə yetirilməsi hadisələri bunu bir daha göstərmiş oldu. Yanvarın 29-da isə on doqquz gün öncə toyu olan 16 yaşlı Fatimə Qəmbərovanın əri İman Məmmədov tərəfindən boğularaq qətlə yetirilməsi ölkə gündəminə növbəti dəfə bomba kimi düşdü. Bu hadisənin Azərbaycanda bağlanan erkən nikahların ən çox qeydə alındığı iki bölgədən biri və ya birincisi olan Cənub zonasında və konkret olaraq Masallı rayonunda baş verməsi diqqət çəkməyə bilməz.

Sosioloq Zəminə Səfərova erkən nikahlarla bağlı Eurasia Diary saytına açıqlama verib.

“Azərbaycanda belə xoşagəlməz halların baş verməsinin səbəblərindən biri də ailələrin, valideynlərin və gənclərin az maariflənməsi, savadsızlıq və sosial vəziyyətdir. Sanki indiki bəzi gənclərə nələrisə qadağa edəndə ona daha çox maraq yaranır. İnsanların xüsusilə də, gənclərin psixologiyası hal-hazırda çox dəyişkəndir və demək olar ki, mürəkkəbləşib”, deyə Z.Səfərova qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Masallı rayonu 2020-ci ilin “Gənclər paytaxtı” seçilib.

Sosioloqun sözlərinə görə, erkən nikahların bir çox səbəbləri var. Bu cür halları qaçırılma ilə, oğlanın imkanlı olduğuna görə, öz istəkləri ilə, valideynlərin təzyiqi ilə, valideynlərin bəzən sosial vəziyyətləri ilə, ailədə maddi vəziyyətlərinin çətin olması ilə əlaqələndirirlər. Elə düşünürlər ki ailə qurduqdan sonra hər şey yaxşı olacaq. Kobud şəkildə desək sanki üzərilərindən yük götürüldüyünü zənn edirlər ki, ərə verim üstümdən bir yük də azalsın, canım qurtarsın. Hətta onun hansı fəsadlarla üzləşdiklərini  belə düşünmürlər.

Z.Səfərova bildirib ki, Azərbaycanda dövlət səviyyəsində samballı ailə modeli haqqında məlumat vəsaitləri dərc edilməli, mətbuatda, sosial şəbəkələrdə, təhsil ocaqlarında, regionlarda əhali arasında geniş maariflənmə işləri aparılmalıdır və TV kanallarda kiçik videoçarxlar hazırlanıb yayımlanmalıdır.

“Ailə dəyərlərinin yaşadılması və gələcəyə ötürülməsinin əhəmiyyəti, nikahdan əvvəl tibbi müayinənin sağlam ailələrin qurulmasına təsiri, ailə adət-ənənələri, nikah münasibətləri, ailə mədəniyyəti, ailə psixoloqu anlayışları haqqında məlumat verilməlidir. Erkən nikahların əsas fəsadları kimi, körpə və ana ölümü hallarının çoxalması, boşanma hallarının artması, qızların təhsil imkanlarının azaldılması, erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması və onların daha çox fiziki və cinsi zorakılığa məruz qalması amillərinin aradan qaldırılması üçün ciddi proqramlar hazırlanmalıdır. Yerlərdə mühafizə orqanları, təhsil ocaqları və aidiyyatlı orqanlar bu haqda ciddi işlər görməli və nəzarət mexanizmini gücləndirməlidir. Qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və əhali arasında erkən nikahla bağlı maarifləndirmə işlərini gücləndirmək lazımdır”, deyə o əlavə edib.

Azərbaycanda QHT-lər bu sahədə müəyyən işlər görürlər. Onlar layihə çərçivəsində regionlarda olur, maariflənmə işləri aparırlar, lakin bu da əhalinin hamısı üçün yetərli olmur. Əhali və ərazi sayına görə QHT-lər o qədər də layihə çərçivəsindən kənar işlər apara bilmirlər. Buna onların maddi və fiziki imkanları kifayət etmir. Əgər biz bu kimi məsələlərə aktual problem kimi yanaşırıqsa, onda belə ciddi məsələlərlə bağlı dövlət tərəfindən də bəzi qərarlar qəbul edilməlidir və nəzarət mexanizmi gücləndirilməlidir. Konkret qadağalar, cərimələr, cəzalar tətbiq edilməlidir. Yaxşı olardı ki, Ailə Qadın və uşaq Problemləri Komitəsi bu kimi problemlərdə işçi qüvvələrini gücləndirsinlər və regionlarda və xüsusilə də cənub bölgələrində maarifləndirici briqadalar təşkil etsinlər. Əlbəttə, bura təcrübəli ekspertlər cəlb edilməlidir. Əgər əhali arasında maarifləndirici tədbirlər gücləndirilərsə, erkən nikahların qarşısının alınmasında böyük rol oynamış olar”, Z.Səfərova qeyd edib.

Qeyd edək ki, Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməz olduğunu bəyan edib: “Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən, xüsusi ilə də Uşaq hüquqları haqqında konvensiyaya görə yetkinlik yaşına çatmamış şəxslər uşaqlar kimi qeydə alınıb və uşaqların nikaha cəlb edilməsi yolverilməzdir. Bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub", deyə o bildirib.

Lakin bu hadisələrin təkrarlanması məsələyə yanaşmanın artıq dəyişilməli olduğunu göstərir.

ARDI VAR...

Gülnar SƏLİMOVA

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı