Amerikalı ekspert Xocalı soyqırımında əli olan erməni siyasətçi və generallarını ittiham etdi

Analitika 13:02 21.02.2020

Keçmiş postsovet məkanı olan Ermənistanla Azərbaycan arasındakı münaqişə hələ çox qədim tarixə dayanır. 1988-ci ildən başlayaraq ermənilər Qarabağı qanunsuz və birtərəfli qaydada Azərbaycandan qorparmaqla Azərbaycana qarşı təcavüzkar fəaliyyət planlarını həyata keçirdilər. Ancaq ətraflı araşdırılsa, açıq görmək olar ki, münaqişənin kök səbəbləri əsrlər boyu davam edən Ermənistanın Azərbaycana qarşı tarixi ərazi iddialarına dayanır. Ermənilər, əslində, Sovetlər quruluşundan əvvəl Azərbaycan torpaqlarında ərazilərinin olması iddiasını formalaşdıraraq buna inanmağa başladılar. Sovet rejiminin tərkib hissəsində 70 il birgə yaşamalarına baxmayaraq, düşmənçilik hisslərini öz mənfur ideologiyalarında qoruyub saxlayan erməni millətçiləri 1991-1992-ci ilin əvvəllərində Azərbaycana qarşı silahlı hücumları daha da gücləndirdilər. Nəticədə Dağlıq Qarabağ bölgəsində ümumi sahəsi 940 kvadrat kilometr olan və 7000 nəfərlik əhalisi olan Xocalı rayonu erməni hərbi əməliyyatının hədəfinə çevrildi.

1991-ci ilin oktyabrında Xocalı tamamilə erməni qüvvələri tərəfindən mühasirəyə alındı ​​və 30 oktyabrda nəqliyyat yolu qəsdən məhv edildi, bunun nəticəsində yalnız helikopterlər nəqliyyat vasitəsi oldu. Daha sonra qanlı erməni təcavüzkarları mülki şəxsləri daşıyan helikopterləri hədəfə aldılar və nəhayət onlardan biri Şuşa şəhəri üzərində vurularaq içərisində 40 nəfərlə birgə məhv edildi. 1992-ci ilin yanvar ayında qəsəbədə elektrik enerjisi kəsildi.

1992-ci ildə Xocalını işğal etmək Ermənistana strateji üstünlüklə yanaşı, Qarabağ bölgəsinin digər şəhərlərini ələ keçirmək üçün əlverişli şərait yaratdı. Erməni təcavüzkarları törətdiyi vəhşiliklərlə azərbaycanlılara psixoloji təsir edərək, ardıcıl olaraq həyata keçirmək istədiyi hərbi əməliyyatlara mane olan yerli sakinlərdə fobiya yaratmağa başlayırdı. Xocalı soyqırımının Qarabağda etnik təmizlənmə və Xocalını yer üzündən silmək cəhdi olduğu danılmaz bir həqiqətdir. Bununla belə, Xocalıda və ətraf ərazilərdə silinməz qalan izlər hələ də Ermənistanın ərazi iddialarını təkzib edən tarixi sübutlardır.

Bundan əlavə, bu gün dünyanın dörd bir yanından gələn ekspertlərin, tarixçilərin, jurnalistlərin və hərbi müxbirlərin, hətta müharibədə iştirak edənlərin, dünyaya çatdırmaq üçün əllərində bir çox dəlillər var. Bu gün Amerikadan olan daha bir ekspert Xocalı soyqırımını yenidən araşdıraraq Eurasia Diary ilə fikirlərini bölüşür.

Peter Tase, müstəqil jurnalist və ABŞ-dakı Paraqvay Tədqiqatlar və Latın Amerikası münasibətləri üzrə araşdırmaçı alimdir. O, həmçinin Cənubi Qafqazdakı geosiyasi məsələləri, xüsusən də Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsini tədqiq edir.

Peter Tase bildirib ki, Xocalıda törədilən cinayətlərə görə Ermənistan Respublikasının, onun siyasi və hərbi rəhbərliyinin, eləcə də tabeliyində olan yerli silahlı dəstələrin məsuliyyət daşıması çoxsaylı faktlarla təsdiqlənir. Buraya istintaqa dair materiallar, məruzələr, şahid ifadələri, beynəlxalq media mənbələrindəki sübutlar, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının hesabatları daxildir.

"Avropa İnsan Hüquqları Məhkəməsi, 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilən cinayətlərlə əlaqədar əhəmiyyətli bir nəticəyə gəldi, hücumu həyata keçirən şəxslərin davranışlarını "müharibə cinayətləri və ya bəşəriyyətə qarşı cinayətlər hesab ediləcək xüsusi ağır cinayətlər" olaraq müəyyən etdi. Avropa Məhkəməsinin bu qeydi cinayətin təsnifatı ilə bağlı hər hansı şübhəyə yer qoymur və buna görə məsuliyyət daşındığını göstərir: “Hesabatlar göstərir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı, erməni əsgərləri tərəfindən qəsəbəyə hücum nəticəsində yüzlərlə azərbaycan əsilli mülki şəxs şəhərdən qaçmaq istədikləri vaxt öldürülmüş, yaralanmış və ya girov götürülmüşdür".

"Xocalı Soyqırımı İkinci Dünya Müharibəsi zamanı Almaniya işğalı altında olan Avropada yəhudi xalqına qarşı baş verənlərə bənzər şəkildə törədilərək Azərbaycan xalqına çox böyük acı və iztirab gətirdi. Nasist Almaniyasının Silahlı Qüvvələri tərəfindən törədilən Holokost hadisəsi Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ilin fevral ayında Xocalıda törətdiyi cinayətə çox oxşayırdı. Buna görə Beynəlxalq ictimaiyyət, xüsusən Avropa və Atlantik akeanı boyu bütün demokratik hökumətlər, hər il Ermənistan Silahlı Qüvvələri və onun dəstəyi ilə təşkil olunan bəşəriyyətə qarşı törədilən dəhşətli cinayət kimi Xocalı Soyqırımını qeyd etməlidirlər.

Ermənistan Respublikası otuz ildən artıqdır ki, Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal etmişdir və işğal olunmuş torpaqlarda Xocalı soyqırımı daxil olmaqla azərbaycanlı günahsız mülki şəxslərə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Ermənistan hökuməti və silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Şuşa, Kəlbəcər, Füzuli və Dağlıq Qarabağ ərazisinə bitişik işğal olunmuş digər rayonlarda aparılan kampaniya nəticəsində bütün Azərbaycan vətəndaşları etnik təmizləməyə məruz qalmışdır. Ermənilər ələ keçirdikləri Azərbaycanın suveren ərazisi olan bütün torpaqlarda Azərbaycanın mədəni irsini məhv ediblər. Dünya bilməlidir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın mədəni, dini və tarixi irsi olmamışdır; bu ərazi (Dağlıq Qarabağ) Azərbaycanın doğma diyarı, qədim mədəniyyəti və tarixinin ayrılmaz bir parçasıdır".

Elnur Ənvəroğlu,

Jurnalist, Eurasia Diary-nin baş redaktoru

 

Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO

Xəbər xətti

KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
23:40 05.05.2024
Kürdəmirdə yağan güclü yağış fəsadlar törədib
23:10 05.05.2024
Qusara qar yağıb, Zərdaba isə dolu düşüb
Qusara qar yağıb, Zərdaba isə dolu düşüb
22:40 05.05.2024
Bakıda minik avtomobili yandı
22:20 05.05.2024
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
22:00 05.05.2024
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
22:00 05.05.2024
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
21:40 05.05.2024
Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib
Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib
21:20 05.05.2024
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib
21:00 05.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 66-ya çatıb
20:40 05.05.2024
BƏƏ Braziliyaya milyardlarla dollar sərmayə yatırmağı planlaşdırır
20:20 05.05.2024
Yallı fenomenal milli mədəniyyət nümunəsi - Səməd Vəkilov yazır -FOTO
Yallı fenomenal milli mədəniyyət nümunəsi - Səməd Vəkilov yazır -FOTO
19:10 05.05.2024
Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
19:00 05.05.2024
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib
18:40 05.05.2024
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək
18:20 05.05.2024
İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib
18:00 05.05.2024
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:40 05.05.2024
Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb
17:20 05.05.2024
Sabunçu rayonunda ər arvadını BOĞARAQ ÖLDÜRDÜ
17:00 05.05.2024
Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib
Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib
16:40 05.05.2024
KİV: Rusiya Avropada təxribat hazırlayır
16:30 05.05.2024
Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında memorandum imzalanıb
16:15 05.05.2024
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
16:00 05.05.2024
"Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
15:40 05.05.2024
Latviyada təyyarə magistral yola qəza enişi edib
15:20 05.05.2024
Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
15:00 05.05.2024
Ukraynada yaralanan azərbaycanlı hüquqşünasdan XƏBƏR VAR - FOTO
14:40 05.05.2024
CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib
CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib
14:20 05.05.2024
Starbucks 35 milyard dollar dəyər itirib
Starbucks 35 milyard dollar dəyər itirib
14:00 05.05.2024
Çin lideri illər sonra Avropaya səfərə çıxdı
13:40 05.05.2024
Kuleba Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasından yazdı
13:20 05.05.2024
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
13:00 05.05.2024
Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
12:45 05.05.2024
Bakıda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:40 05.05.2024
Qəbələdəki Cotari kilsəsində Pasxa bayramı qeyd edilib
12:20 05.05.2024
Rusiya şəkər ixracına qadağa qoyub
Rusiya şəkər ixracına qadağa qoyub
12:00 05.05.2024
London tarixində İLK: Mer 3-cü müddətə vəzifədə qalacaq
11:20 05.05.2024
Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiya demarkasiya prosesi əlbəttə ki, sülh müqaviləsinin imzalanması prosesini yaxınlaşdırır" - Daria Grevtsova ilə MÜSAHİBƏ
Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiya demarkasiya prosesi əlbəttə ki, sülh müqaviləsinin imzalanması prosesini yaxınlaşdırır" - Daria Grevtsova ilə MÜSAHİBƏ
11:00 05.05.2024
Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ
10:40 05.05.2024
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
10:20 05.05.2024
Hamısı