Rusiya hökuməti şəkər ixracını müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb.
Ednews Bloomberg-ə istinadən xəbər verir ki, Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkənin ərzaq bazarında sabitliyin qorunması üçün şəkər ixracı ilə bağlı tədbirlərin görüldüyü bildirilib.
Buna uyğun olaraq bəyanatda 31 avqust 2024-cü ilə qədər şəkər ixracına qadağa qoyulduğu, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistana ixraca müəyyən miqdarlarda istisnaların verildiyi bildirilib.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, ölkədə hər il 6 milyon ton şəkər istehlak edilir və bu il təxminən 6,9 milyon ton şəkər istehsal ediləcəyi gözlənilir.
Xəyal Ramiz