“Münhen görüşü “Madrid prinsipləri” dəfninin sonu idi” - Rus politoloq | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


“Münhen görüşü “Madrid prinsipləri” dəfninin sonu idi” - Rus politoloq

Analitika A- A A+

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında təşkil edilmiş panel müzakirə Dağlıq Qarabağ münaqişəsinin dinc nizama salınması prosesinin son əhəmiyyətli hadisəsidir. Görüş bir həftədən artıqdır Azərbaycan, Ermənistan və beynəlxalq mətbuatda müzakirə olunmağa davam edir.

Rus siyasi şərhçi Vadim Dubnov bildirib ki, Münhen görüşü “Madrid prinsipləri” dəfninin sonu idi.

“Mərasimi bitmiş hesab etmək olar. “Madrid prinsipləri” tərəflərin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, addımların müəyyən ardıcıllığı və konkret müddəalardan ibarət müəyyən sənəd idi. “Ərazilər yoxdur, təhlükəsizlik var” ən vacib müddəadır və bu, “Görüşədək, Madrid” deməkdir”, - deyə o bildirib.

ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...