Argentinalı futbolçu Lionel Messi milli komandada matçlardan uzaqlaşdırıla bilər.
FİFA futbolçuya qarşı istintaqa başlayıb. Futbolçu dünya çempionatının seçmə mərhələsində Çiliyə qarşı keçirilən matçda yan xətt hakimini təhqir etməkdə şübhəli bilinir. Bu maçda Messi qeydə alınan tək qolu vurmuşdu.
Argentina Futbol Assosiasiyası Messinin ünvanına səslənən ittihamları rədd edib. Oyunu aparan hakimlər briqadası da təhqiq faktını təsdiqləməyiblər. Lakin hakimlərin ifadəsi olmadan belə FİFA-nın Messini diskvalifikasiya etmək hüququ var.
Qeyd edək ki, Messi dünyanın ən çox pul qazanan ikinci futbolçusudur.(avropainfo)