“Barselona”nın argentinalı futbolçusu Lionel Messi İspaniya çempionatı tarixinin ən yaxşı oyunçusu seçilib.
İspaniya futbol tarixinin tədqiqat və statistika mərkəzi (CIHEFE) portuqaliyalı Kriştianu Ronaldonu heç ilk onluğa da salmayıb.
Hesabında 349 qolu olan Lionel Messi 545 bal toplayıb. 415 xal toplayan K.Ronaldo 17-ci yerdədir. İkinci pillədə 528 balla “Real Madrid”in sabiq futbolçusu Raul Qonzales (1994-2010) qərarlaşıb. Üçüncü yeri isə “Barselona”da çıxış etmiş Sezar Sançes (1939-1955) tutub - 524 bal.
Araşdırma çərçivəsində 9280 futbolçu və 86 ölkə çempionatı nəzərdən keçirilib. Təhlil zamanı oynanılan dəqiqələr, qollar, avtoqollar və qırmızı vərəqələr əsas götürülüb.(oxu.az)