Beynəlxalq Futbol Federasiyası (FİFA) DÇ-2108-in təsnifat mərhələsi çərçivəsində Cənubi Afrika Respublikası və Seneqal yığmaları arasındakı oyunun yenidən keçirilməsinə dair qərar qəbul edib.
Bu barədə təşkilatın rəsmi saytında məlumat verilir.
Görüş 12 noyabr 2016-cı il tarixdə keçirilib və CAR-ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cənubi afrikalılar matçda ilk qolu penalti zərbəsində vurublar.
Bu səhv qərara görə qanalı Cozef Lemptinin hakimlik fəaliyyətinə ömürlük xitam verilib. (oxu.az)