Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın gənc hücumçusu Mahir Mədətov İtaliyanın “Roma” klubunun maraq dairəsinə düşüb.
"Canavarlar” millimizin də şərəfini qoruyan futbolçu ilə yaxından maraqlanırlar. Bunu bu gün Bakıdakı mətbuat konfransında “Roma”nın baş məşqçisi Eysebio Di Françesko da təsdiqləyib. O, bununla bağlı sualı cavablandırarkən deyib ki, Mahiri tanıyıram:
“Uzaqdan yaxşı zərbələri var. Təbii ki, onun da oyununu izləyəcəyik. Amma biz Bakıya oyuna görə gəlmişik. Ümumiyyətlə, “Qarabağ”ın Mahirdən də başqa təhlükəli futbolçuları var”.